Loading...
Çünkilər Ağır Gəlməyə Başlamışsa...

Çünkilər Ağır Gəlməyə Başlamışsa...

Loading...
Çünkilər Ağır Gəlməyə Başlamışsa...
Bir insanı sizi sevmədiyini bilə-bilə sevmək çətindir...

Çünkilər Ağır Gəlməyə Başlamışsa...

Bir insanı sizi sevmədiyini bilə-bilə sevmək çətindir. Bir insanın sizə gəlməsini gözləmək, ona çox yaxın olub da eyni anda kilometrlərcə uzaq olmaq daha da çətindir. Çünki nə edəcəyinizi bilə bilməzsiniz. Necə davranmanız lazım olduğunu, onun həyatında harada olduğunuzu bilə bilməzsiniz. Bu boşluq sizi boğar, küncə sıxışdırar, hərəkət belə edə bilməzsiniz. Üstəlik onun sizə qarşı heç bir addım atmayışı, sizi hər kəslə eyni yerə qoyması içinə batan xəncərdən fərqsizdir.

Çünkilər Ağır Gəlməyə Başlamışsa...

Siz israrla onu ürəyinizin ən dərin nöqtəsinə dəvət edərkən o bu dəvətə qarşılıq belə verməz. Səsiniz çıxmaz. Çünki sevirsiniz. Çünki onu hər şəkildə qəbul etmisiniz. Çünki sizi arada buraxdığı hər gün üçün özünüzü "bunu etməsində məntiqli bir səbəb vardır şübhəsiz" deyə ovutmağa alışdırmısınız. Yox məntiqi yoxdur. Çünki o yalnız sevmir, çünki sizinlə eyni duyğuları paylaşmır, çünki sizin onu hiss etdiyiniz kimi o sizi hiss etmir, çünki sizin ona uzaq olduğunuz günlərdə onun qoxusuyla həsrət aradan qaldırdığınız kimi sizin qoxunuzla, xəyalinizlə həsrət aradan qaldırmır.

Çünkilər Ağır Gəlməyə Başlamışsa...

Onsuz keçirdiyiniz hər gecə gözyaşlarınızla boğulan yastığınız, heç cür sığa bilmədiyiniz yatağınız sizi sıxmağa başlayar. Yatmadığınız, düşünməkdən yorulduğunuz gecələrin sayı artmağa başlamışsa və o sizin onunla əlaqədar bütün bu yaşadıqlarınızı içində hiss etmirsə sizi sevmir deməkdir. Çünki hissləriniz fərqlidir, çünki bir-birinizə baxışınız fərqlidir. Bunu yavaş yavaş fərqinə varmaq ağrıtsa da ürəyinizi bəzən qapını çəkib getmək lazımdır. Hələ ki bu "çünki"lərin ağırlığı altında əzilməyə başlamışsınızsa o zaman iki dəfə getmək lazımdır....

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

udu

22 Yanvar 2011 15:10

DERDINI CEKDIYIMIZ SEYLER NE QEDER BOWDU BU DUNYADA EN BOYUK DERD ALLAH QORUSUN ALLAHIN QEZEBIDIR recourse

KaRoLeVa

19 Yanvar 2011 17:40

Hemiweki kimi xeberin cox maraqlidi 5+. "cunki"leri atmaq isterdim
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

ChocoLatte

18 Yanvar 2011 21:12

Çünkilər Ağır Gəlməyə Başlamışsa...
Bir insanı sizi sevmədiyini bilə-bilə sevmək çətindir...


Bir sevgi eger qarsiliqsizdisa o sevgi gec ve ya tez bitecekdir....

FLOR

18 Yanvar 2011 21:07

hec de yox ne sixilmaq lazimdi nede derd cekmek

MoNuElLa

18 Yanvar 2011 16:27

Hec men
cunki
demirem
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

Mamedovich

18 Yanvar 2011 13:55

Çünkilər Ağır Gəlməyə Başlamışsa...


Bu söz nə məna verir çatmadı mənə=(

arzu.ps

18 Yanvar 2011 12:59

Deyesen eledi.Çünkilər yordu məni artiq.Ehhhhhhhhhhh her şeyi silib atmaq çox çetindi cray
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

Nilay

18 Yanvar 2011 12:46

fellow

Mr_RoCCo

18 Yanvar 2011 11:09

Çünki o yalnız sevmir, çünki sizinlə eyni duyğuları paylaşmır, çünki sizin onu hiss etdiyiniz kimi o sizi hiss etmir, çünki sizin ona uzaq olduğunuz günlərdə onun qoxusuyla həsrət aradan qaldırdığınız kimi sizin qoxunuzla, xəyalinizlə həsrət aradan qaldırmır.
no love
--------------------
FaceBook
Instagram - ageelvevo

Elif_87

18 Yanvar 2011 11:07

Yazını çox bəyəndim, hədsiz dərəcədə 5+...

Çünkilər, kaşkilər insanın hansısa səhvlərindən doğan sözlərdir...

Dandoline

18 Yanvar 2011 10:06

Ana səhifədəki qızın nə qəşəng sifəti var.. love