Loading...

Sevgi insanlara verdiyimiz müddətdə sevgidir
Sevgi
- 01 Oktyabr, 2010
- 3 605 Baxış
Loading...

Rahib qəbirstanlıqdakı işini qurtarırdı. O an, 50 illik arvadını itirən 78 yaşındakı adam "onu nə qədər çox sevdim" deyərək çığırtı ilə ağlamağa başladı. Qoca adamın qoca səsi mərasimin səssizliyini pozmuşdu. Qəbir başındakı digər ailə və dostlar şok və utanc içində idilər. Yetişkin uşaqları alı al, göyü göy atalarını sakitləşdirməyə çalışdılar. "Yaxşı ata, səni başa düşürük". Qoca gözlərini dikmiş qazılan qəbrə yavaş yavaş enən tabuta baxırdı... Rahib mərasimi davam etdi. Mərasimin sonunda ailə fərdlərini ölüm mərasiminin bağlanışı olaraq tabutun üstünə torpaq atmağa çağırdı. Qoca xaric hamısı sıra ilə torpaq atdılar. Qoca adam hələ də "onu nə qədər çox sevdim" deyə səsli-səsli danışırdı. Qızı və iki oğlu danışmasını əngəlləmək istədilər amma o davam etdi... "Onu sevmişdim..."
İnsanlar qəbirstanlığı tərk etməyə hazırlaşarkən qoca getməmək üçün müqavimət göstərirdi. Gözlərini qəbrə zilləmiş baxırdı. Rahib yaxınlaşdı: "Özünüzü necə hiss etdiyinizi bilirəm, amma getmə vaxtı gəlib. Buradan ayrılmalı və özünüzü həyatın axışına buraxmalıyıq" dedi. Qoca çarəsizlik içində bir dəfə də "onu nə qədər çox sevdim" dedi. "Məni anlamırsınız" dedi rahibə, "amma mən bunu ona sadəcə bir dəfə deyə bildim"
Zəng çalmadığı müddətdə zəng deyildir.
Mahnı ifa edilmədiyi müddətdə mahnı deyildir.
Sevgi könlümüzdə məhbus olsun deyə yaradılmamışdır.
Sevgi insanlara verdiyiniz müddətdə sevgidir...
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...