Loading...
Eşq Bağışlayar?

Eşq Bağışlayar?

Loading...
Eşq Bağışlayar?

Dünyanın ən gözəl, ən qəribə, ən yabani və eyni zamanda ən evcil duyğusunu yəni eşqi, bu dəfə də qeyri-adi suallarla təhlil etməyə hazırsınızmı?

Niyə həmişə səhv insanlara aşiq oluruq?

Səhv insanlara aşiq oluruq. Çünki başımızın içində "doğru insan" deyə bir anlayış var. Zehinimizdə müəyyən ölçülərdən, daha doğrusu qalıqlardan meydana gələn bir sxem qururuq. Dayanmadan həyatımızın qadınını (kişisini) axtarırıq və onu tapma mövzusunda olduqca səbirsiz davranırıq. Ayrıca qəbul edin ki, eşq söz mövzusu olduğunda qadağan olunanların və maneələrin ayrı bir cazibədarlığı olur. Qeyri-mümkünlük eşqə tam fərqli bir ləzzət qatır. Biz də əslində içdən içə bu qeyri-mümkünlüyü yaşamaqdan xoşlanır, bunun içimizdəki ehtirası artırmasına göz yumuruq. Bir tərəfdən də heç cür nizamlı və uzun bir əlaqə qura bilməmənin ağrısını çəkirik.

Eşq hər vaxt fədakarlıqmı demək?

Təbii ki xeyr. Bir tərəfin digəri üçün özünü heçə sayması eşq deyil. Eşq iki şəxsiyyət, bir eqoizm və əslində insanın tamamilə öz eqosunu təmin etməkdir. Ruhunu doyurmaq, ürək çiçəyinin suyunu vermək üçün yaşamağa ehtiyac duyduğu bir müddətdir. Lakin bu eqoizmi mənfi mənada ələ almamaq gərək. Bir-birinə aşiq olan iki insanın əlaqələri, bir istiqamətiylə dünyanın geri qalanına bağlıdır. Onların özlərinə xas bir dilləri, bir ünsiyyət formaları, bəzən ətraflarındakı heç kimin, ən yaxınlarının belə içinə girə bilmədiyi bir dünyaları vardır. Eşqin eqoist tərəfi normal bir eqoizmdən çox, bir qabığına çəkilmişlikdən və məhrumiyyətdən qaynaqlanır. Ancaq bir tərəfin özünü parçalaması və digərinin bundan faydalanması eşqin deyil, tək istiqamətli bir asılılığın işarəsidir.

Eşq Bağışlayar?

Eşq filmlərinin həyatımızdakı əhəmiyyəti nədir?

Xüsusilə qadınların zəifliyi sayıla biləcək bu filmlər, eşqi daha yaxşı qəbul etmək üzrə gözlərini açmağı təmin edər. İçlərindəki sıx hislərə qarşı olan etibarlarını artırar. Eşq filmlərinə çox maraqlıyıq. Çünki bizi zaman zaman ümidsizliyə, quraqlıqlara, narahatlıqlara, qorxulara, ağrı çəkməyə və uduzmaya sürüyən bu hissin bir mənası olduğunu dərk edirik. Ağ pərdədə bu duyğu hər vaxt daha sadə görünər və bu sadəlik bizi içinə girdiyimiz açmacalardan bir az olsun çıxarar.

Əlaqənin xüsusilə təhlükəyə girdiyi zamanlar varmı?

Əlaqəyə üçüncü bir adamın girməsi - ki bunun mütləq başqa bir qadın ya da kişi olması mütləq deyil - eşqi ən çox təhlükəyə soxan vəziyyətdir. Bunun ən gözəl nümunəsi uşaq sahibi olmaq... Eşqin var oluşuna dayaq olan o azadlıq hissi bir anda bitər və cütlüyün üzərinə artıq bir ailə olmanın məsuliyyətləri yığılar. Əgər bir-birinə aşiq olan iki insan əlaqələri zaman içində çətin vəziyyətlərlə üzləşərsə və onlar bu vəziyyətlə başa çıxmağı öyrənə bilməmişlər sə, bu yeni həyat forması onları bir-birlərini qırmağa itələyər. Və eşqlərinin mübahisələr, gərginliklər, köhnə hadisələr, sinir krizləri və üsyanlar arasında itib getməsinə səbəb olar.


Eşq Bağışlayar?

Aldatsa belə sizi sevirmi?

Kişilər üçün bəli... Bir kişi birlikdə olduğu qadını çox sevib yenə də aldatma ehtimalı var. Əksəriyyətlə də cinsilikdən qaynaqlanan səbəblərlə... Qadınlar aldatma hadisəsinə fərqli məqsədlərlə, planlı şəkildə həyata keçirdirlər. Əksəriyyətlə də bunu birlikdə olduqları kişidən intiqam almaq üçün edərlər. Qadının içində sədaqət duyğusuna yer olmayan bir eşq yaşaması, çox daha aşağı bir ehtimaldır.

İnsan bir eşqi telefonunda bitirə bilərmi?

Bitirə bilməz. Bitirirsə də yaşadığı şeyin eşq olmadığından əmin ola bilər. Əgər bir insanı sevmiş və onunla bir dövr həyatı paylaşmıqsa, içimizdəki ehtiras fırtınası dayandığında belə o gözəl günlərin xatirinə heç olmasa gözlərinin içinə baxaraq və bir şərh edərək ayrılmağı ona borclu olduğumuzu bildirərik. Yəni bir qadını (kişini) mesajla başınızdan atırsınızsa, bilin ki ona heç bir zaman aşiq olmamısınız.

Eşq Bağışlayar?

Eşqin nə qədər yaxınlığa və uzaqlığa ehtiyacı var?

Bir-birini tək bir baxışla anlayacaq qədər yaxın və bir fərd olaraq var olmağa davam edə biləcək qədər uzaq... Aradakı sərhəd olduqca incədir və bir çox cütlük bu sərhədi tutdurmağı bacara bilməz. Ya əlaqələri kifayət qədər dərin deyil ya da tam tərsinə artıq birləşib tək bir varlıq halına gəlmiş. Halbuki aradakı məsafənin doğru təyin edilməsi vəziyyətində eşqin ömürü çox daha uzun olar.

Eşqlə əlaqədar ən böyük yanılmalar nələrdir?

Çoxumuz onu ovucumuzun içinə götürüb idarə edə biləcəyimizi, istəklərimiz istiqamətində istiqamətləndirə biləcəyimizi və istədiyimiz zaman ata biləcəyimizi sanarıq. Çox bəyənmə, xoşlanma və təsirlənmə kimi duyğularımızı dərhal eşqlə qarışdırırıq. Ən böyük yanılmalarımızdan biri isə budur: Həyatımızın bəzi dövrlərində sevilməyə, əlaqəyə, isti bir toxunuşa o qədər çox ehtiyacımız olur ki, qarşımıza çıxan ilk qadına (kişiyə) aşiq olduğumuzu sanarıq. Əslində içimizdəki hiss sevməkdən çox, sevməyi sevməkdir.

Eşq Bağışlayar?


"Mədənizə enən yumruğu" bioloji olaraq şərh edilə bilərmi?

Həm də asanca... Aşiq olduğumuz müddətdə qanımızda "phenyiethylamin" yəni eşq hormonu vardır. Ancaq zaman içində bu hormonun səviyyəsi düşər, əlaqənin irəli mərhələlərində eşq kimyəvi təsirini itirər və mədədə uçuşan kəpənəklər bir sonrakı eşqə qədər tarixə qarışar. Ancaq əgər bu ilk həyəcanın yerinə qarşılıqlı güvən, sevgi, anlayış, hörmət və dostluqdan ibarət olan bir qarışıq qoya bilmişsək, eşq sevgiyə çevrilər və bu sevgi bir ömür boyu belə davam edə bilər.

Niyə bəzilərimiz ard-arda əlaqələr yaşayarkən aşiq olmaqda bu qədər çətinlik çəkirik?

Bir insan aşiq olmaqda çətinlik çəkərsə bunun fərqli səbəbləri ola bilər. Ən klassik səbəb, adamın daha əvvəl yaşadığı əlaqələrdən qaynaqlanan etibarsızlığı və qarşı cins haqqındakı mənfi mühakimələridir. Bunun xaricində bir də eşqi hər istiqamətiylə yaşaya bilməyənlərə, daha doğrusu yaşamaqdan kef ala bilməyənlərə rast gəlinər. Bunlara "eşqə qabiliyyəti olmayanlar" deyə bilərik. Nə özləri o sehirli siqnalları göndərə bilərlər, nə də göndərilənləri ala bilərlər. Bunlar adətən "Mən sevmirəm", "Sevgi mənlik deyil" cümlələrini tez-tez işlədirlər. Həyatlarında böyük bir boşluq olmasını heç vaxt görmürlər və boyunlarına almırlar. Bir də eşqin özü ilə gətirdiyi çətinliklərdən qaçırlar. Hətta sevərsə nəyinsə azalmasından qorxanlar vardır. Öz özlərinə çatan bu insanlar daha seçici davranarlar və tapıldıqları hər hansı bir mühitdə eşq axtarışına girməzlər. Yəni hadisəyə məntiq cəhətdən baxmağı seçərlər. Və böyük bir boşluq içində yaşayarlar. Bunu qəbul etməzlər
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

LeiLa

4 Sentyabr 2010 14:34

Hər inasan 2-inci şansa layiqdir!!!
--------------------
Одно из самых обычных заблуждений состоит в том, чтобы считать людей добрыми, злыми, глупыми,
умными. Человек течет, и в нем есть все возможности: был глуп - стал умен, был зол - стал добр,
и наоборот. В этом величие человека. И из-за этого нельзя судить человека... Ты осудил, а он уже
другой.

True_Love

2 Sentyabr 2010 13:50

sad

_Ayka21_

2 Sentyabr 2010 10:49

sevgi manlik deyil nu yena da coooox sagolun.

m.Hesenzade

2 Sentyabr 2010 01:31

recourse
--------------------
Qara Kitabın Xoş Xatirələri...

MASTER-SAN

2 Sentyabr 2010 00:42

Oxudumbu xeberi amamki size bir wey deyim .Qismetimizde hansi insan varsa onunlada evleneceyik .Kimse sevib kim ise sevmeyib evlenecek ve bu sohbetde burda olub gedecek .Sevgini guya men tapmiwdim ammaki men qoyun olmuwam ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

devecili

1 Sentyabr 2010 23:09

hmm... razılaşmadığım cavablar var...

Mamedovich

1 Sentyabr 2010 22:39

Maraqli idi tesekkurler

Nagil

1 Sentyabr 2010 22:06

amma biraz movzu adiyla uygun deyil idi menim fikrime gore haaaa

Nagil

1 Sentyabr 2010 21:56

bir nov insanlarin esq xususiyyetleri aciqlanib burda amma en aktual olani sonuncudur.hemise demisem deyiremde men sevmirem,sevmeyecem,sevgi yoxdur deyenler ele en boyuk esqe sahib olurlar.menim fikrime gore buna sebeb onlarin heyatlarindaki yada ic dunyalarindaki bosluqdur ve qarsina cixan adami ele mehz buna gore cox sevirler smile

LARACROFT

1 Sentyabr 2010 20:01

Oxudum.Maraqlı sualları və cavabları olan yazı idi.
Çox sağ ol.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

music_my_life

1 Sentyabr 2010 18:15

tewekkurler

b_a_l_a_c_a

1 Sentyabr 2010 18:01

eeeeeeeeeeeehh sevgi!!!!!!!

Nahid-19

1 Sentyabr 2010 17:58

Sadəcə təşəkkürlər i fso....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Babydoll

1 Sentyabr 2010 17:20

Məncə eşqi təhlil etmək mümkün deyil.Eşq hər insan üçün fərqlidir.Bu fərqli olduğu vaxtda onu təhlil etmək olmayacaq.Təşəkkürlər
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Faya

1 Sentyabr 2010 17:19

Suallar da cavablar da çox gözəldir, təşəkkerlər lovejoy
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Elif_87

1 Sentyabr 2010 16:43

Mövzudakı suallar çox xoşuma gəldi cavabları qədə good r...

Eşq nədirsə hələ ona tam cavab tapılmayıb...
Eşq bəzən sevgi, xoşbəxtlik... Bəzənsə əzab, iztirab gətirir insanlara...

_Zac_Efron_

1 Sentyabr 2010 16:36

Ewqdir mehrabi uca goylerin,ewqsiz ey dunya nedir deyerin??!
--------------------
Лучше умереть стоя, чем жить на коленях

crazy women

1 Sentyabr 2010 16:34

Niyə həmişə səhv insanlara aşiq oluruq?-
-cunki nece deyerler"awkin gozu kordur"
thanks xebere gore)

JOY_LADY

1 Sentyabr 2010 16:10

Aldatsa belə sizi sevirmi?

SEVIRSE GELSIN YANIMA ALDADANDAN SONRA P.X YEDIM ERIZESI YAZSIN BAXARIQ

"Mədənizə enən yumruğu" bioloji olaraq şərh edilə bilərmi?

BU SUALI ANCAQ DOXTOR SEVGILIM OLSA CAVAB VERER

İrmak

1 Sentyabr 2010 16:09

Eh sevginin dermanı tapılsaydi nə dərd...
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

l2a1000

1 Sentyabr 2010 16:06

Yazıda şəkillərdə superdi təşəkkürlər 5+

D-e-V-i-L

1 Sentyabr 2010 16:02

Yaxwidi TsK