Loading...

Bir gün...
Sevgi
- 22 İyul, 2010
- 2 708 Baxış
Loading...
Bir gün həyatımdan çıxacaqsan və mən sənin həmişə son günkü halınla xatırlayacağam. Sənin ən gözəl halın nə idi deyə düşünürəm.Və içimdən bir səs illər əvvəlinə aparır məni.
Səni hər vəziyyətdə içimdə hiss edə bilirəm.Sən nə qədər anlaya bilərsən bilməyirəm. Amma mənim kimi hər şeydən və hər kəsdən uzaq bir həyatın olmasaydı bunun nə demək olduğunu anlayardın. Səni anlıya bilirəm sevdiklərin və sənə dəstək verən hər kəsin yanında ağlamaq belə sənin üçün təbiidir. Mənim üçün lüks olan hər şey sənə təbii gəlir.

İndi yuxudasan. Bir siqaret yandırmış yatağının ucunda yaşadıqlarını və mənim sənə söylədiklərimi və hətta yaşadıqlarının bir səhv olduğunu düşünürsəndir. Qanayan yaram sənin üçün bilirəm. Ama bu bir səhvdir. Halbuki yalnız sevmişdim səni. Hələ ağılımın bir ucundan çıxmırsan. Son dəfə çıxmayan olacaqsan. Səni heç vaxt unutmayacağam. Evlənib uşaq sahibi olsan və adım bir tərəfə, dünyada olduğumu unutsanda mən yenə buraxdığın yerdə olacağam. Parkdakı uşaqlara baxıb səni yaşayacağam. Həyatımın qalanını sənsiz yaşamağı öyrənməliyəm. Və belə ki heç sızlamamalı içim səni gördüyümdə. Sən utanmalı, sən başını əyməlisən. Etdiklərindən utanmalı, yaxşılıqlarına qədər üşüməlisən yazın qovurucu istiliyində... Amma olmaz bunu sənə yaraşdıramam. Sən bunları yaşamamalı, görməməlisən. Qorxma balaca mən gizli bir küncdən seyr edər sonra yavaşca itərəm. Sən heç görməzsən məni.

Bəlkə bir gün ortaq bir tanışımızdan xəbərlərimi alarsan. Onlardan haqqımda pis bir şeylər eşitsən nə olar qulaq asma yalandır mütləq. Sənin kədərlənməyin üçün deyilmişdir. İçim yanır kimsəyə izah edə bilmirəm. Sən belə anlaya bilmədikdən sonra kim anlasın. Mənə güldüklərini bilirəm bunu yaxşılıqlarıma qədər bilirəm. Yorğun bədənimi ulduzlara daşıyacaqlar bu mənim ən xoşbəxt günüm olacaq. Sevdiklərimi oradan görə biləcəyəm. Sənə və sevdiyim bütün insanlara yaxın olacam. Son bir sevgi son bir xoşbəxtlik tutdum səninlə, bəlkə də çox qısa idi kimiləri üçün. Haradan bilsinlər mənim üçün bir ömürə əvəz olduğunu. Mən gözlərimdə yaşadım bu eşqi və yenə gözlərimdə buraxdım ümidlərimi. Bunları bir gün oxuyacaqsanmı? Oxuyarkən ağlayacaqsanmı bilmirəm. Amma məni anlaya bilməyin üçün çox zaman keçməsi lazımdır bəlkədə əsrlər.
Tək oynayıram sən belə fərqində olmadan. Mən buyam, kimsənin istəmədiyi, kimsənin anlamadığı. Anlamaq istəmədiyi. Yuxuların ən şirini sənin üçün olsun canımın içi.
Tək oynayıram sən belə fərqində olmadan. Mən buyam, kimsənin istəmədiyi, kimsənin anlamadığı. Anlamaq istəmədiyi. Yuxuların ən şirini sənin üçün olsun canımın içi.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...