Loading...
Mən

Mən "O"nu Çox Sevirəm ...

Loading...
Mən “O”nu Çox Sevirəm...

Mən "O"nu Çox Sevirəm ...

Hər nə oldusa, oldu, mən yenə də “O”nu çox sevirəm. Lap çox. Heç “O” özü təsəvvür edə bilməz ki, necə... Necə olduğunu bilsə, bəlkə kövrələr, amma bunu mən hiss etmərəm. Hiss etdirməz... Hər şey bu gün tamam fərqlidir, amma mənim xəyallarımda həmin günlər canlanır hər gün. Nə qədər az müddət olsa da, nə qədər yarımçıq olsa da hər şey mənim xəyallarımda bütövdür. Elə sən də mənim xəyallarımda əlçatmaz qəhrəmansan. İdealımsan. Səni bu qədər sevməyimin səbəbini anlamıram. Bəlkə də məni yarı sözdən anlayırdın deyə. Bəlkə də səndə özümü tapmışdım deyə. Çox şey səbəb ola bilər, amma dəqiq bilmirəm...

Mən "O"nu Çox Sevirəm ...

Mən hələ də “O”nu çox sevirəm. “O”nu unutmayacağam, illər keçəcək, bəlkə yaddan çıxacaq, amma unudulmayacaq. Həmişə keçmişə dönüb baxdığımda, günlüyümü oxuduğumda “O”nu xoş təəssüratlarla xatırlayacağam. Biz ayrıldıq. Əlbəttə, çox üzüldüm, amma bir şeyə sevinirəm ki, mənim xatirimdə yaxşı insan kimi iz qoydun. Sən çox yaxşı insansan. Səni çox sevməyimin bir səbəbi də budur.

Mən "O"nu Çox Sevirəm ...

Mən “O”nu o qədər çox sevirəm ki.... “O” qısa müddətlik də olsa, mənim həyatımda silinməz iz qoydu. Mənə həyəcanlı anlar yaşatdı. Mən bir daha sevginin qüdrətini anladım. Bir daha başa düşdüm ki, sevginin qarşısında ən qürurlu insanlar da baş əyir. Ən qəddar insanlar da ağlayır. Ən zülmkar insanlar da acizləşir. Hər şey üçün sənə təşəkkür edirəm. Sənə son sözüm o oldu ki, “Səni gözləyəcəyəm....” Gözləyirəm də. Gəlməsən də gözləyirəm. Ürəyim dözən qədər dözürəm. Səbrim çatan qədər gözləyirəm. Düşünməməyə çalışıram, amma hər an ağlımdasan. Hər an fikrimdəsən. Hər an sənin üçün dua edirəm, Allahdan sənin üçün hər şeyin yaxşısını istəyirəm. Bir də həmişə düz yolda olmağını. İnşallah, Allah məni eşidir və səni qoruyur. Səni yaşadır. Bilirsən, sən indi mənimlə olmasan da təsəllim sadəcə budur ki, Sən Varsan.. Haralardasa nəfəs alırsan. İnan ki, var olmağın belə bəsdir mənimçün. Bəlkə də sənsizliyə buna görə dözə bilirəm: - var olduğunu bildiyimə görə.. Həyatda xoşbəxtlik arzulayıram sənə, diləyirəm ki, üzün həmişə gülsün, qəm-kədər nədir, bilməyəsən. Öz həyat yolunda, yeni macəralarında sənə uğurlar arzulayıram. Səni heç kim əvəz etmir....
Sən Sadəcə Mənim Sirrimsən....
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

19 Avqust 2013 22:03

Gozel yazidir
--------------------

***
❃❃❃

***

Night Wolf

15 Avqust 2013 01:07

men de onu cox sevirem ela idi tesekkurler
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Night Wolf

8 Avqust 2013 23:48

Mən “O”nu Çox Sevirəm...



Hər nə oldusa, oldu, mən yenə də “O”nu çox sevirəm. Lap çox. Heç “O” özü təsəvvür edə bilməz ki, necə... Necə olduğunu bilsə, bəlkə kövrələr, amma bunu mən hiss etmərəm. Hiss etdirməz... Hər şey bu gün tamam fərqlidir, amma mənim xəyallarımda həmin günlər canlanır hər gün. Nə qədər az müddət olsa da, nə qədər yarımçıq olsa da hər şey mənim xəyallarımda bütövdür. Elə sən də mənim xəyallarımda əlçatmaz qəhrəmansan. İdealımsan. Səni bu qədər sevməyimin səbəbini anlamıram. Bəlkə də məni yarı sözdən anlayırdın deyə. Bəlkə də səndə özümü tapmışdım deyə. Çox şey səbəb ola bilər, amma dəqiq bilmirəm...



Mən hələ də “O”nu çox sevirəm. “O”nu unutmayacağam, illər keçəcək, bəlkə yaddan çıxacaq, amma unudulmayacaq. Həmişə keçmişə dönüb baxdığımda, günlüyümü oxuduğumda “O”nu xoş təəssüratlarla xatırlayacağam. Biz ayrıldıq. Əlbəttə, çox üzüldüm, amma bir şeyə sevinirəm ki, mənim xatirimdə yaxşı insan kimi iz qoydun. Sən çox yaxşı insansan. Səni çox sevməyimin bir səbəbi də budur.



Mən “O”nu o qədər çox sevirəm ki.... “O” qısa müddətlik də olsa, mənim həyatımda silinməz iz qoydu. Mənə həyəcanlı anlar yaşatdı. Mən bir daha sevginin qüdrətini anladım. Bir daha başa düşdüm ki, sevginin qarşısında ən qürurlu insanlar da baş əyir. Ən qəddar insanlar da ağlayır. Ən zülmkar insanlar da acizləşir. Hər şey üçün sənə təşəkkür edirəm. Sənə son sözüm o oldu ki, “Səni gözləyəcəyəm....” Gözləyirəm də. Gəlməsən də gözləyirəm. Ürəyim dözən qədər dözürəm. Səbrim çatan qədər gözləyirəm. Düşünməməyə çalışıram, amma hər an ağlımdasan. Hər an fikrimdəsən. Hər an sənin üçün dua edirəm, Allahdan sənin üçün hər şeyin yaxşısını istəyirəm. Bir də həmişə düz yolda olmağını. İnşallah, Allah məni eşidir və səni qoruyur. Səni yaşadır. Bilirsən, sən indi mənimlə olmasan da təsəllim sadəcə budur ki, Sən Varsan.. Haralardasa nəfəs alırsan. İnan ki, var olmağın belə bəsdir mənimçün. Bəlkə də sənsizliyə buna görə dözə bilirəm: - var olduğunu bildiyimə görə.. Həyatda xoşbəxtlik arzulayıram sənə, diləyirəm ki, üzün həmişə gülsün, qəm-kədər nədir, bilməyəsən. Öz həyat yolunda, yeni macəralarında sənə uğurlar arzulayıram. Səni heç kim əvəz etmir....
Sən Sadəcə Mənim Sirrimsən....
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

ADELE

24 Oktyabr 2012 20:34

Mən “O”nu Çox Sevirəm...
--------------------
Hatasız Kul Olmaz

PeTTy

21 Oktyabr 2012 18:05

Qeşeng xeberdi.Beyendim.

MaTriX

8 Yanvar 2011 14:15

Sevirem deye bilmirem(

KaRoLeVa

13 Noyabr 2010 21:00

awkim mende seni seviremmmm
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Fatime

4 İyul 2010 18:38

inanmıram ki kimisə cox sevərəm. bəlkə gələcəkdə sevdim kimisə ancaq çox yox.

Special

11 İyun 2010 15:40

Sevməyi bacardığın kimi unutmağıda bacarmalısan

Bu yazılar mənə məktəbdə yazdığımız inşaları xatırladır ona görə xoşlamıram

Paris

11 İyun 2010 15:35

Gözəl yazıdı amma həyatda belə sevgi çox az yaşanır.

(Bakinech)

11 İyun 2010 15:31

Bravoo..


Bravoo..

WoRKaHoLiC

11 İyun 2010 15:23

Of...yazini oxuduqda sanki ureyimdeki hisslerim sozle ifade olunmusdu..bugun ayrildiq..her sey sencun nece de asand imish... men de gozleyecem "O"nu...

Qreqor Zamza

9 İyun 2010 10:53

love
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Nahid-19

8 İyun 2010 21:22

Eeeeeeeeex VALLAH məndə monu çox sevirəm..Bu arada şəkillərin yeri varhaaaa....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

_JeSSicA_

8 İyun 2010 19:55

Mən bir daha sevginin qüdrətini anladım. Bir daha başa düşdüm ki, sevginin qarşısında ən qürurlu insanlar da baş əyir. Ən qəddar insanlar da ağlayır. Ən zülmkar insanlar da acizləşir. Hər şey üçün sənə təşəkkür edirəm. Sənə son sözüm o oldu ki, “Səni gözləyəcəyəm....” Gözləyirəm də. Gəlməsən də gözləyirəm

Sevgi hec dolmayan bir quyudur..Ehh neyse..Maraqli idi..

Miss_Zaqadka

8 İyun 2010 17:53

Sekilleri cox beyendim...hec kimi sevmirem...

Babydoll

8 İyun 2010 16:53

Tesekkur ler xeber ucun.
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

nepasluwnaya

8 İyun 2010 16:43

cox ama coooooox beyendim..super:)
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Kedicik_19

8 İyun 2010 16:11

Hər nə oldusa, oldu, mən yenə də “O”nu çox sevirəm. Lap çox. Heç “O” özü təsəvvür edə bilməz ki, necə... Necə olduğunu bilsə, bəlkə kövrələr, amma bunu mən hiss etmərəm. Hiss etdirməz... Hər şey bu gün tamam fərqlidir, amma mənim xəyallarımda həmin günlər canlanır hər gün. Nə qədər az müddət olsa da, nə qədər yarımçıq olsa da hər şey mənim xəyallarımda bütövdür. Elə sən də mənim xəyallarımda əlçatmaz qəhrəmansan. İdealımsan. Səni bu qədər sevməyimin səbəbini anlamıram. Bəlkə də məni yarı sözdən anlayırdın deyə. Bəlkə də səndə özümü tapmışdım deyə. Çox şey səbəb ola bilər, amma dəqiq bilmirəm...
Yazi super idi,cox beyendim

LARACROFT

6 İyun 2010 23:36

Əgər ilk sevgidirsə unutmaq olmur.Həmişə bir xatirə kimi səninlə yaşayır.

GuArD Of DaRk nə vaxtdır səni joyda görmürdüm.Səni burda yenidən görməyimə şad oldum.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

devecili

6 İyun 2010 23:10

İnan ki, var olmağın belə bəsdir mənimçün. Bəlkə də sənsizliyə buna görə dözə bilirəm: - var olduğunu bildiyimə görə.. Həyatda xoşbəxtlik arzulayıram sənə, diləyirəm ki, üzün həmişə gülsün, qəm-kədər nədir, bilməyəsən. Öz həyat yolunda, yeni macəralarında sənə uğurlar arzulayıram.... cox gözəl cümlədi...

İrmak

6 İyun 2010 23:03

cox sagol xeber ucun
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Nagil

6 İyun 2010 23:00

İnan ki, var olmağın belə bəsdir mənimçün. Bəlkə də sənsizliyə buna görə dözə bilirəm: - var olduğunu bildiyimə görə.. Həyatda xoşbəxtlik arzulayıram sənə, diləyirəm ki, üzün həmişə gülsün, qəm-kədər nədir, bilməyəsən. Öz həyat yolunda, yeni macəralarında sənə uğurlar arzulayıram. Səni heç kim əvəz etmir....coxxxxxxxx gozel yazidir.cox beyendim,goz zovqumu oxsadiginiza gore tesekkurler

Lineage

6 İyun 2010 22:57

love

ChocoLatte

6 İyun 2010 22:53

Nece deyerler no comment...

G.H.O.S.T

6 İyun 2010 22:52

Cox sevmek olar e.ancaq hec vaxt unutmamaq tez-tez olmur.

m.Hesenzade

6 İyun 2010 22:51

love
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Vanessa

6 İyun 2010 22:49

Artiq..sevgiye aid rey yaza bilmirem... sorry