Loading...
Sevgimizi anlamırıq...

Sevgimizi anlamırıq...

Loading...
Sevgi qəribədir bilirsənmi? O hər şeyi bağışlayar, o hər şeyi unudar, o hər şeyə inandırar, inanar... Təki biz xoşbəxt olaq... Amma biz o xoşbəxtliyi görməyirik, dəyərləndirmirik... Sevgi ovcunda tutduğun balıq kimidr... Əlində tutacaq qədər yaxın olsada yaşaması üçün lazım olan su hiss etmədən əlindən süzülüb keçə bilər... Sevgi əlində toxunacaq qədər yaxın olan zaman hiss etmədən məhv olub gedə bilir...



Bəzən Biz “Sevdiyimiz haqqında hər şey bilirik” deyə düşünürük...Amma heç özümüz haqqında hər şeyi bilmirik...Başa düşmürük...Bilirsənmi niyə?

Bəzən küsərkən ən acı sözləri deyirik bir birimizə... Dalaşarkən acı sözləri dodağımız deyəndə ürəyimiz bir sözü deyir.”MƏNİ QUCAQLA”...Amma o zaman qürurumuzdan keçib özümüz ilk addımı ata bilmirik...Necə axı “Mən haqlıyam” prinsipini sübut etməliyik...

Sevgimizi anlamırıq...

Ayrılarkən bir daha geri dönməyəcəyəm deyə düşünürük...Onsuz yaşamağı bacaracağam deyə düşünürük.... Amma əslində geri dönməyəcəm dedikdə özümüz qayıdacağımızı bilirik...Bəlkədə istəyirik....Gedirik ki,o insan bizi saxlasın.”Getmə” desin...Onun üçün dəyərli ,əzvəzolunmaz biri olduğumuzu bizə sübut etsin...

Sevgimizi anlamırıq...


Yeni həyatın qapısını açırıq üzümüzə..Keçmiş həyatı unutduğumuzu düşünərək.Amma ürəyini keçmişdə qoyub yeni həyata başlamaq olarmı?

Bəzən söhbət etmək üçün boş boş sözlər danışarıq.Təki aramızda soyuqluq olmasın...Təki danışaq...Təki baxışalrımız danışsın bizimlə bərabər..Bəzən o qədər sözlər deyərik ki...Bəhanələrimizi doğruldacaq sözlər... Əslində o sözlərin əvəzinə sadəcə “ SƏN SEVİRƏM” demək istəyirik...
Əslində heç özümüz özümüzü anlamırıq...

Sevgimizi anlamırıq...

Hardasa kiminsə ürəyi sənin üçün döyünündüyünü bilmək... Sadəcə sevildiyini bilmək özü bir xoşbəxtlikdir. Sevən qəlbin döyüntüsündən gözəl musiqi varmi? Bəzən amma o musiqinin səsini özümüz eşitmək istəmirik... Qorxularımızla qəlbimizi bərk bərk sıxaraq qəlbimizin səsini dinləmirik...Bəzənsə qəlbimizdə ərköyün , sevildiyini bilən balaca bir uşaq gizlənir.Və o öz şıltaqlığı ilə sevgi nəğməsinin səsini azaldır...
Bax əslində özümüz özümüzü anlamırıq. Əslində özümüz hər şeyi çətinləşdiririk.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sweety

3 İyul 2010 14:26

Sevgi gözəldir ama həqiqi sevgi love

Balım

4 İyun 2010 10:10

SEVGİ COX GOZELDİR.ONU TAPMİSAM VE İTİRMEK İSTEMİREM..

Vamp

29 May 2010 18:16

Sitat: Aze_girl
Hər kəs bir cür yazır. Hər kəs bir cür hisslərini, fikirlərini dilə gətrir ancaq Ledi-Vamp bir başqa yazır. Xəyallardan, uzun -uzadı real olmayan fikirlərdən uzaq..

utan Çox sağ ol rose
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Aze_girl

29 May 2010 18:06

Hər kəs bir cür yazır. Hər kəs bir cür hisslərini, fikirlərini dilə gətrir ancaq Ledi-Vamp bir başqa yazır. Xəyallardan, uzun -uzadı real olmayan fikirlərdən uzaq..

Sən mənim üçün bir şanssan. Həyat hər vaxt belə şanslar təqdim etməz insana. Təqdim etdiyində də bunun dəyərini bilmək gərək.Mən həyatın mənə verdiyi bu şansı sonuna qədər istifadə etməyə qərarlıyam laughing

PRAQMATIK

29 May 2010 10:54

Mən səni ürəyimdə dəfn etdim..
Lakin bu ürək məzarlıq deyil dəyərli insanların mənzili..

Elif_87

29 May 2010 10:31

Sitat: Lalitta
yazı maraqlıdırancaq bir müddət sevgi məndən uzaq olsun!!!

MR.QARRI

29 May 2010 10:18

maraqlı və düşündürücüdür

Vamp

29 May 2010 09:38

Sitat: belickaaa
Ledy-Vampozun yazmisan????????

Sitat: Rufat
Ledi Vamp indi şirin yuxudadır. Yerinə mən cavab verim: bəli tam olaraq özü yazıb.

smile
Sitat: _SHiRiNe_
wekiller qewengdi))

Rufat seçib.
Kimin mövzuya aid şərhi yoxdursa başqa yerdə öz atamacalı mövzudan kənar fikirlərini yazsın.
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

_SHiRiNe_

29 May 2010 01:44

wekiller qewengdi)) winked

Rufat

29 May 2010 00:54

Sitat: belickaaa
Ledy-Vamp
ozun yazmisan????????

Ledi Vamp indi şirin yuxudadır. Yerinə mən cavab verim: bəli tam olaraq özü yazıb.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

NellY

29 May 2010 00:38

dogurdan lazzat eledi.....4oox xowuma galdi!!!ellerine salik...
Ledy-Vamp
ozun yazmisan????????


dogurdan lazzat eledi.....4oox xowuma galdi!!!ellerine salik...
Ledy-Vamp
ozun yazmisan????????

Y_F_F

29 May 2010 00:32

...super..heqiqeten de bu beledi.,chox duzgun fikirlerdi..teshekkur...

Lunchi_Pulchi

29 May 2010 00:16

...Bəzənsə qəlbimizdə ərköyün , sevildiyini bilən balaca bir uşaq gizlənir.
həqiqətən bu belədir.
mövzu elə gözəl yazılıb ki əlavə tapmırama

WoRKaHoLiC

29 May 2010 00:16

1ci defediki sevgi haqqinda 1 yazini sonacan oxudum..coox xosuma geldi..senki hisslerim sozlerle ifade olunub ve yazilib..tesekkurler...

WoRKaHoLiC

29 May 2010 00:13

1ci defediki sevgi haqqinda 1 yazini sonacan oxudum..coox xosuma geldi..senki hisslerim sozlerle ifade olunub ve yazilib..tesekkurler...

Vanessa

28 May 2010 23:57

Fariwka...sevgiden cox wey yazardim....amma sozle anladila bilecek bir wey deyil...Mende anlamiram heleki oyrenirem) love

LARACROFT

28 May 2010 23:51

Gözəl yazıdı.Söz tapmıram yazmağa.
Çox sağ ol padruşkam
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Kedicik_19

28 May 2010 23:03

Ehhh sevgini kim anlayib ki,men de anlayam

m.Hesenzade

28 May 2010 22:53

Sevgim mənim xoşbəxtliyimdi love
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Ruvi

28 May 2010 22:49

Sevgi elə bir mürəkkəbdri ki, yazırsanda başa düşmürsən pozursanda.

ChocoLatte

28 May 2010 22:15

Tesekkurler...

Sevgini anlamaq ucun onu yasamaq lazimdi buda mene aid deyil neyneyim e men seve bilmirem...

XeTaI

28 May 2010 21:54

Sevgini anlamaq üçün əvvəlcə qadınları anlaya bilmək lazımdır, bu ki hələ mümkün olmadığından deyəcək artıq sözüm yoxdur

Rufat

28 May 2010 21:43

Mən anlamıram ki, mənmi uşaq kimiyəm, hisslərimi izah edə bilmirəm yoxsa sənmi uşaq kimisən, məni anlamırsan? Bəlkə fikrimizi bildirməkçün, uşaqlar kimi ağlayaq?
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Miss_Zaqadka

28 May 2010 21:36

Sitat: Nahid-19
Şəkillərin yeri var ən əsasıda axırıncının....!

tam ureyimi oxudun..Oz icimdeki sevgimi daima basa dusdmeye calisiram amma bezen istisnalar olur... love

YERAZGIRL

28 May 2010 20:40

SEKILLER COX XOSUMA GEDI.SEKILLERE BAXMAQ KIFAYET ETDI.TSK

Nagil

28 May 2010 20:25

cox beyendim ela yazi idi tesekkurlerHardasa kiminsə ürəyi sənin üçün döyünündüyünü bilmək... Sadəcə sevildiyini bilmək özü bir xoşbəxtlikdir. Sevən qəlbin döyüntüsündən gözəl musiqi varmi? Bəzən amma o musiqinin səsini özümüz eşitmək istəmirik... Qorxularımızla qəlbimizi bərk bərk sıxaraq qəlbimizin səsini dinləmirik...Bəzənsə qəlbimizdə ərköyün , sevildiyini bilən balaca bir uşaq gizlənir.Və o öz şıltaqlığı ilə sevgi nəğməsinin səsini azaldır...
Bax əslində özümüz özümüzü anlamırıq. Əslində özümüz hər şeyi çətinləşdiririk.

ESTRELLA

28 May 2010 20:15


Hardasa kiminsə ürəyi sənin üçün döyünündüyünü bilmək... Sadəcə sevildiyini bilmək özü bir xoşbəxtlikdir.
elbette gozel hisslerdi sevmek ve sevilmek yaxwi weydi kiss

Nahid-19

28 May 2010 20:15

Şəkillərin yeri var ən əsasıda axırıncının....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm