Loading...
Sevəkmi?

Sevəkmi?

Loading...


Sevmkk... Allahın bizə bağışladığı ən uca duyğulardan biridir... Həyatımıza rəng qatan yeganə şeydi. Sevmək və sevildiyini hiss etmək, hiss etdirmək... Sevmək... Hər şeyi, dünyanı, yaşamağı, insanları, quşları, çiçəkləri, dənizi, suyu, hər şeyi, özümüzü bir də yoldaşlar. Biz millət olaraq sevgi dolu insanlarıq əslində, ürəyimiz həmişə bu işıltılarla doludur. Amma sevgimizi dilə gətirə bilmirik kifayət qədər nədənsə. Həmişə içimizdə, ürəyimizdə gizli tuturuq günahmış, ayıbmş kimi, nədənsə istifadə etməyib saxlayırıq, dostlar. Halbuki nə gözəl iki sözdür "səni sevirəm" deyə bilmək. Bu sirrli sözü istifadə etməkdən qorxmasaq, içimizdən gəldiyi kimi və hiss etdiyimiz anda sevdiyimiz insana söyləyə bilsək...

Dünən səhərin ilk işıqlarında yeni açmış bir çiçəklə bir dəfə... İçimizi xoşbəxtliklə dolduran bu isti bir hiss ilə "səni sevirəm gözəl insan" demək, nə xoş bir qarşılamadı.. Ya da güzgüdə özünüzə baxarkən içdən gələn bir gülümsəmə ilə öz özümüzə "səni sevirəm" desək, deyə bilsək kaş ki... Amma təəssüf ki, bunu heç edə bilmirik. Bu sözü demək üçün xəsisik nədənsə.

Sevəkmi?

"Səni sevirəm" elə sehrli və güclü iki sözdürki əslində; deyildiyi anda qarşımızda axan suları belə dayandırar həmin an.. Və bu sehrli iki cümlə ilə nə qədər dostluqlar, nə qədər evliklər və yoldaşlıqlar qurular yoldaşlar. Söyləyək hər an içimizdən gəldiyində , görəsən reaksiyaları nə olar, ya da çox söyləməyim təsiri azalar deyə düşünmədən demək lazımdı bu sözü. Ola bilərmi heç belə bir şey, təsiri azala bilərmi heç SEVGİnin?. Bu iki söz nə qədər sıx istifadə edilsə insanın içini o qədər oxşayar, o qədər sevgi ilə doldurar, əlaqələri nizama salar, uzaqları dərhal yaxınlaşdırar. Nə gözəl bir şeydir bunu tez-tez istifadə edə bilmək, vərdiş halına gətirib söyləyə bilmək. Yenə ən uzaqdakına hiss etdirə bilmək, ən böyük savabdı dostlar...

Həyatın nə qədər mərhəmətsiz, nə qədər qısa olduğunu, bəlkə sabah sevdiyimiz və dəyər verdiyimiz kəsləri bir daha görməyəcəyimizi düşünəcək olsanız, məncə bu anda, bu saniyədən etibarən, daha çox gecikmədən söyləyək, qışqıraq sevgimizi ifade etmək üçün... Mən qışqırıram səni sevirəm, sizi sevirəm deyə.

Sevəkmi?

Ən çox sevdiyimizi ya da sevdiklərimizi səfərə uğurlarkən hazırladığı çamadanın içinə "səni sevirəm" mesajları buraxaq. İnanın o mesajları gördüklərində yaşayacaqları xoşbəxtliyi sözlərlə izah etmək mümkün olmaz. Bu an elə gözəl bir istilik, elə gözəl bir hiss yaranar həmin insanın ürəyində .
İçimizdə tutub, saxlayıb, ayda-ildə bir dəfə söylədiyimizdə, həyatımızdakı "kaşların" sayı sürətlə artacaq inanın buna. Halbuki "kaş"ların geri dönüşləri yoxdur, gedən illərlə birlikdə onlarda gedər, tuta bilməzsiniz bir daha.

O halda gəlin istifadə etməkdən çəkinməyək, "səni sevirəm" deməyi də sevək, istehlak edək bolca bu cümləni. Bilin ki biz istifadə etdikcə tükənməyəcək...!

Sevdiyiniz insana qarşı "səni sevirəm" sözünü tez-tezmi deyirsiniz?
Bunu tez-tez deməklə, gec-gec deməyin fərqi nədədir sizcə?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

17 İyul 2013 04:41

Qoysa her gün deyerem,ölmemişden qabaq demek lazımdı,hiss etdirmelisen sevdiyini.

Avodasa Sabina

2 Avqust 2012 14:12

sevmiyek bow weydiiii yell !!!!

Lineage

5 İyun 2011 18:29

Arada bir olur deyirəm sevgilim seni çox sevirəm, özümü səndənde lap çox sevirem buna görədə qızlar üçün dözülməzəm :-)

♣_EmRe AyDıN_♣

5 İyun 2011 18:21

Tesekkurler MASTER-SERH greeting

WoRKaHoLiC

18 İyun 2010 14:49

men tez-tez dedim..deyesen o da qudurdu...

MACUTA

26 May 2010 18:24


Sitat: __lovely__
əsas odu ki, duyğular təmiz olsun... tez-tez "SƏNİ SEVİRƏM" deyib, buna onu inandırıb başqa işlər görməyək... dildə deyil əsas onu ürəkdə sevək...

TWK MOVZU ELADIR love
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

S_S_S_

4 May 2010 22:22

love Gunde bir defe deyirem.Tez tez desem qudurar..

NellY

2 May 2010 23:12

gudurdar ee onu sevirem sozu.....

aliana

2 May 2010 13:35

cunki iki kelme seni seviren sozu gozel oldugu gederde tehlukelidi.onun ucunde insanlar cox vaxt oz sevgilerini ozlerinde saxliyillar.

MASTER-SAN

28 Aprel 2010 01:18

Sitat: Nahid-19
ooooooooooo mın heç bu xəbərə belə baxmamışam..təşəkkürlər qaqam ilk xəbərində mübüşdü əla alınıb....!

COX SAG OL .. ALLAH RAZI OLSUN ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Nahid-19

28 Aprel 2010 01:14

ooooooooooo mın heç bu xəbərə belə baxmamışam..təşəkkürlər qaqam ilk xəbərində mübüşdü əla alınıb....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

glamour_24

28 Aprel 2010 01:06

Sevdiyiniz insana qarşı "səni sevirəm" sözünü tez-tezmi deyirsiniz?
onu sevmeyime inaniram menide sevdiyinie inaniram ona gorede tez tez demeyimizin menasi yoxdu..esas oduki men onu istiyirem o da meni

_Ayka_19

26 Aprel 2010 12:37

maraqlı bir hekayedir cox sagol

UltrAslan

26 Aprel 2010 00:13

3 günə 3-4 dəfə demişdim ... !!!

LARACROFT

25 Aprel 2010 23:47

Ya da güzgüdə özünüzə baxarkən içdən gələn bir gülümsəmə ilə öz özümüzə "səni sevirəm" desək, deyə bilsək kaş ki...

Mən bunu edə bilirəm.Deməli xəsis deyiləm.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

HellsAngeL

25 Aprel 2010 22:45

seni sevirem deye bileceyim biri yoxdu hele
bele de ki az az deyilse yaxsidi

Deviant

25 Aprel 2010 22:09

Sevəkmi?


Yox) Uzaq olaq)


Sevdiyiniz insana qarşı "səni sevirəm" sözünü tez-tezmi deyirsiniz?


Ciddi olaraq heç kəsə bu sözü deməmişəm.

music_is_my_world

25 Aprel 2010 22:03

Məncə çox demək lazım deyil hər şeyin çoxu zərərdir .Az demək lazımdı yerli yerində

Miss_Zaqadka

25 Aprel 2010 20:40

Sitat: PRAQMATIK
Dili pəltək olub "səni sevirem" sözünü deyə bilməyənlər nə etsin?

Kamil romantik ol da bir az..... love

ELchin_id

25 Aprel 2010 19:23

tez tez deyende sehri itir :) ele arada sirada deyilse yaxshidi

Ruvi

25 Aprel 2010 18:19

Hələ səni sevirəm deyəcəyim bir qiz tapmamışam tapsamda belə ona səni sevirəm sözünü demərəm o özü bunu anlamalıdı anlamırsa demək məni sevmir.

MASTER-SAN

25 Aprel 2010 18:09

Sitat: PRAQMATIK
Dili pəltək olub "səni sevirem" sözünü deyə bilməyənlər nə etsin?

bir kagiza yazib qoysun cibine .her defe demek isteyende cixardim gorsetsin ...bundan asant yolu olmaz mence ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

PRAQMATIK

25 Aprel 2010 18:05

Dili pəltək olub "səni sevirem" sözünü deyə bilməyənlər nə etsin? smile

Lineva

25 Aprel 2010 18:01

Sevdiyiniz insana qarşı "səni sevirəm" sözünü tez-tezmi deyirsiniz?
sevmirem cumki sevgi adlanan weye inanmiram.
Bunu tez-tez deməklə, gec-gec deməyin fərqi nədədir sizcə?
men bu sozu hec demirem

MR.QARRI

25 Aprel 2010 17:22

sevdiyim olsa deyərəm

MASTER-SAN

25 Aprel 2010 17:16

Lady_ADU,
love
Sitat: Splendid_Girl
Heee heer guun.. ozum-ozume guzguye baxib,deyirem.teselli tapiram


lol . sen yaxsisan men vapwe guzgudede baxib deye bilmirem ....
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

__lovely__

25 Aprel 2010 16:41

"SƏNİ SEVİRƏM" sözünü tez-tez işlətməyi sevmirəm...
bilmirəm bəlkə də qız olduğumçün bu sözü çox işlətməyi özümə rəva bilmirəm...
əsas odu ki, duyğular təmiz olsun... tez-tez "SƏNİ SEVİRƏM" deyib, buna onu inandırıb başqa işlər görməyək... dildə deyil əsas onu ürəkdə sevək...

Ruhsar

25 Aprel 2010 16:24

Sevdiyiniz insana qarşı "səni sevirəm" sözünü tez-tezmi deyirsiniz? hec dememiwem

holley

25 Aprel 2010 16:23

hem de cooox

Qreqor Zamza

25 Aprel 2010 16:21

Sevdiyiniz insana qarşı "səni sevirəm" sözünü tez-tezmi deyirsiniz?

Çox heyifki,deyə bilmirəm... love
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев