Loading...
Mənim yaşadığım şəhər...

Mənim yaşadığım şəhər...

Loading...
Mənim yaşadığım şəhər başqa sevimli,mənim şəhərim də başqa insanlar var.Mənim şəhərimin ağacları başqadır.Çiçəkləri belə başqa açar mənim şəhərimin.Mənim şəhərimin yolları həmişə bir yerdə qovuşar.Məsələn hansı yolu seçsəm seçim sənə çıxar bütün yollar.Hər künc başında sən gözləyir olarsan məni.Mənsə nə vaxt səni görsəm qaçaraq boyuna sarılaram. Sonra sən qulağıma "Səni sevirəm" deyə pıçıldayarsan. Mən gülümsəyərəm sənə və sonsuz bir xoşbəxtliklə "Mən də mən də səni sevirəm" deyərəm.

Mənim yaşadığım şəhərdə başqa bir sən varsan.Sən belə məndəki səni görsənsə tanımazsan özünü çünki o daha dünən andlar etdi mənə. "Səni əsla buraxmam əsla qorxma, səndən başqası haram mənə" dedi.Dizlərimə yatdı,sonra gözlərini bağladı, əllərimi tutdu.Yatıb qalmışıq amma heç üşümədik sevgilim.O qədər böyük idi ki sevgimiz; heç üşümədik. Mən sənin eşqinlə heç üşümədim ki,hələ isti ürəyim. Kimsənin toxunmasına icazə vermirəm. İnan kimsəni aparmıram şəhərimə.Çünki qapıları kilidli.Xatırladınmı ən son sən qonaq olmuşdun mənim şəhərimə,ürəyimə. O qədər sevdim ki sənin qonaqlığını,şəhərimin açarlarını sənə verdim. "Al sən də qalsın nə vaxt istəsən gəl artıq sənin bu şəhər" dedim. Sonra sən heç getmədin ürəyimdən ta ki o günə qədər.

Mənim yaşadığım şəhər...

Arxandan belə baxmağa cəsarət edə bilmədiyim hər yerin zülmət qaranlığa büründüyü günü xatırlayırsanmı? İstəsəm də baxa bilməzdim arxandan, çünki şəhərimin qapılarını kilidləyib getmişdin.Dəfələrlə vurdum qapının ardından; "Məni buraxma getmə" dedim,ağladım amma səndən gələn tək səs ayaq səslərin idi.Eşidirdim 1-ci addım, 2-ci addım,3-cü addım və məhrum. Özümlə bir oyuna başladım olmayan səninlə.Təkrar başqa bir sən aldım yanıma. Sənin xəyalini götürdüm,onunla yaşayıram artıq.Bu şəhər də,ürəyimdə bir xəyalla yaşayıram, sən varmışsan kimi edirəm həmişə. Onsuz da mən olmazsam mənim şəhərim olmazsa səndə olmazsan ki Sevgilim səni mən yaşadıram.

Bir evçilik oynayıram özümlə.Nə vaxt bitər bu oyun,mən nə vaxt böyüyərəm bilməyirəm. Müəyyən bir yaşı varmı, bir il iki il sonra keçərmi, bilməyirəm.Amma mən bu oyun bitsin istəmirəm.Çünki oyunun bitdiyi o gün mən böyüsəm əgər səni kim sevəcək? Heç düşündünmü?Kim şəhərimin yollarında səninlə qovuşacaq? Kim yatırdacaq səni dizlərində? Sən kədərlənməzsənmi,ağlamazsanmı arxamdan? Mən sənə qıya bilməm ki, üzə bilmərəm ki səni. O qədər sevirəm ki səni, xəyalinə belə qıya bilmirəm.

Mənim yaşadığım şəhər...

Getdiyin gün güc-bəla getmişdinil.Sən də söyləyə bilməmişdinil gedəcəyini. Ya mən, ya mən; dodaqlarından çıxacaq bir sözə elə ümid bağladım ki,ömürümü verə bilərdim bir sözünə. Desəydin ki "yalan getmirəm". Bir söz ,bir sözünü gözlədim, heç bir şey demədin. Mən də ümidlərimi sənin sözlərinə deyil bir ipin ucuna bağladım sonra şəhərin ən üca küncündə eynilə mənim kimi tək qalan bir ağaca asdım.Halbuki o ağacda ümidlərimi öldürməyi deyil sevdamızı yaşatmağı istəyərdim. Amma olmadı, edə bilmədim.Sevdamızı ağaclara yaza bilmədim amma indi səhifə səhifə səni yazıram.Şeirlərimiz var sənə dair yazılan, sevda sözlərimiz var, amma heç mahnımız yox. Əslində mən bir mahnı seçəcəkdim amma bütün mahnılarda ayrılıq vardı seçə bilmədim. Amma necə səhifə səhifə səni yazıramsa bir mahnı belə edə bilərəm sənə.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Kedicik_19

20 Aprel 2010 01:58

Ela!yazi super idi!

Nagil

19 Aprel 2010 20:37

menim amma bele bir seheri yoxdur artiq ucuq bir mekandi menim gorduyum yalniz

Ronnie_7

17 Aprel 2010 23:15

Əla movzudu.Çox bəyəndim başlığını oxudum ləzətli yazıb...Təşəkkür Laruş))
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

_ZaYkA_

17 Aprel 2010 22:38

Tewekkurler super cox beyendim good

Vane

17 Aprel 2010 17:35

Səni əsla buraxmam əsla qorxma, səndən başqası haram mənə

Enigma

17 Aprel 2010 16:53

her bir dunyani yaradan ve yasadan var...

oz dunyavi yaratdinsa onu yawatmalisanda...

ESTRELLA

17 Aprel 2010 16:29

Bir evçilik oynayıram özümlə.Nə vaxt bitər bu oyun,mən nə vaxt böyüyərəm bilməyirəm. Müəyyən bir yaşı varmı, bir il iki il sonra keçərmi, bilməyirəm.Amma mən bu oyun bitsin istəmirəm.Çünki oyunun bitdiyi o gün mən böyüsəm əgər səni kim sevəcək? Heç düşündünmü?Kim şəhərimin yollarında səninlə qovuşacaq? Kim yatırdacaq səni dizlərində? Sən kədərlənməzsənmi,ağlamazsanmı arxamdan? Mən sənə qıya bilməm ki, üzə bilmərəm ki səni. O qədər sevirəm ki səni, xəyalinə belə qıya bilmirəm.

baby love

WomAnizeR

17 Aprel 2010 15:27

maraqli yazi idi +5 smile

Lineva

17 Aprel 2010 15:10

ela coxx sagol cooooooox beyendim.halaldi.+5

MR.QARRI

17 Aprel 2010 14:47

supper yazmısan bəyəndim mənim də belə şəhərim olsaydı.........5+

Aechka

17 Aprel 2010 14:43

Sensiz bir gunum olmasin olmasin inan give_hea

MASTER-SAN

17 Aprel 2010 14:42

HER INSANIN YASADIGI AYRI BIR SEHERI VAR . VE HERE OZ SEHERINDE OZ QANUNLARINI QOYUR . SEVGI QANUNULARI HORMET QANUNLARI . MUNASIBET QANUNLARI . COX GOZEL XEBER IDI .
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Miss_Zaqadka

17 Aprel 2010 14:41

Sevgi- menim uun cox sey onun ucun ise bos seydi....Lara oxudum sonacan heqiqeten meni dusunmeye vadar etdi oz sevgim haqqda..coxsaol..5+

Milagres

17 Aprel 2010 14:16

Beregite svoyu lyubov... blush










baby girl_ang