Loading...
Gecələrim qısa olsun!

Gecələrim qısa olsun!

Loading...
Gecələrim qısa olsun!


Yenə təkliyin buruk ağrısı, yenə böyük həsrətin içimi gəmirir bu gecədə.
İstəmirəm gecə olmasını…
Qorxuram sənsiz qaranlıqdan, hər gecəki kimi yenə sənsiz xəyallarım,
yenə bu iztirab, yenə bu ürəyimin qışqırığı, yenə bu dərin uçqun….
Nə vaxt sona çatacaq bu gözləyiş, nə vaxt bitəcək bu üsyan…
Sevmirəm gecələri…
Bu kimsəsiz küçələr təkliyimi qamçılayır, sənsizliyi yaşadır mənə.
Ürkək bir uşaq kimi qapqara səmaya baxıram narahatlıqla, dayandıra bilmirəm bu iztirabı, üşüyür ürəyim sənsizlikdən.
Nifrət edirəm gecələrdən….
Eləcə baxıram bomboş gözlərlə ətrafa, məhrum yenə…
Külək əsir dəli tərəfindən, saçlarımla oyun oynayır, üzümə vurur bir yumruq kimi gecənin ayazı
Olmasın artıq gecə…
Bilməyim günlərin necə keçdiyini, həsrəti yaşamasın bədənim. Gözlərəm görməsin qaranlığı,
hiss etməyim sənsizliyin necə bir duyğu olduğunu.
Bezdim gecələrdən….
Beynimi yeyib bitirən bu həsrət yazılarını yazmağım artıq, yoxluğunu izah etməyim qaranlığa,
paylaşmasın mənimlə gecə sənsizlik hüznlərimi.
Sona çatsın gecələr….
Yerdən yerə vurur bu kədər məni, qandallar ilişmiş ürəyimə günahkar kimi,
tərpənə bilmirəm nəfəs ala bilmirəm.
danışa bilmirəm. Sərtəm, daş kimiyəm, eləcə donmuşam.
Gözləyirəm saatların keçməsini bu üsyanın sona çatmasını…
Səhər olsun artıq, bitsin bu qışqırıq gecələri….
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Smiler

11 Avqust 2013 18:42

yaxsi yazmisiniz tesekkur

Milagres

8 Aprel 2010 22:59

winked

Miss_Zaqadka

31 Mart 2010 21:17

Geceler dusunmeyi yalniz qalmagi her seyi bas verenleri olub-kecenleri dusunmeyi neyi dogru neyi yanlis etdiyimi dusunmeyi cox sevirem..men oz icimdeki menle bas-basa qaliram..ureyimle sohbet edirem..maraqli yazi idi..

Metin007

31 Mart 2010 00:42

Gecələr çox düşünürük.. Tək oturub fikirləşməyi..

LARACROFT

30 Mart 2010 23:27

Gecələri sevirəm...onlar dinləməyi və sirrləri qorumağı bacarırlar.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ronnie_7

30 Mart 2010 21:16

Gecə həqiqətəndə çox düşünürük.
Gecələr bu gün neynədiyimizi düşünürük..Gecə sabah neyniyəcəyimizi düşünürük.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Kedicik_19

30 Mart 2010 17:54

Yerdən yerə vurur bu kədər məni, qandallar ilişmiş ürəyimə günahkar kimi,
tərpənə bilmirəm nəfəs ala bilmirəm.
danışa bilmirəm. Sərtəm, daş kimiyəm, eləcə donmuşam.
Gözləyirəm saatların keçməsini bu üsyanın sona çatmasını…
Səhər olsun artıq, bitsin bu qışqırıq gecələ

Gozel yazi idi,cox sag ol

nepasluwnaya

30 Mart 2010 16:50


geceler duwundurur,agladir,bezen uzumuze guluw bexw eden xow xatireleri yada salir,bezen narahat olmaga mecbur edir,bezen sakit bir yuxu verir..bezen wirin xeyallara qapi acir,bezense aci xatireleri yada salir..unutdugumuzu geri qaytarir,sevgi dolu hissler bexw edir,bezense sevgiye nifret etdirir...
bezen wirin yuxular versede bezen yuxudan qacmaga mecbur edir=))
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Vamp

30 Mart 2010 16:39

Ümumiyyətlə nədənsə məhz gecələr düşüncələrəinin əhatəsində olarlar...Ətrafın səs küyünün olmamasındandır yəqin)
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

SHATENKA_A

30 Mart 2010 13:13

Gecelerim qisa olsun!!! mencede,,, chunku qaranliqdan chox qorxuram! smile Oxudum pis deyildi! teshekkurler!

MR.QARRI

30 Mart 2010 12:33

Səhər olsun artıq, bitsin bu qışqırıq gecələri….


mövzu supper 5+

Elif_87

30 Mart 2010 12:16

Ramin gözəl yazı idi... 5+

Mən gecəni çox sevirəm çünki sadəcə gecə özüm haqda, etdiklərimi, edəcəklərimi düşünə bilirəm...