Loading...

Sevgi bir dəfə olur...
Sevgi
- 14 Mart, 2010
- 3 719 Baxış
Loading...

Sən də çevir kürəyini və sən də get… Gedəcəksənsə indi get. Çünki tam zamanıdır… Bir tərəfimə çarəsizlik, digər tərəfimdə yorğunluğum var. Bir tərəfimdə təkliyim, digər tərəfimdə keçmişimə incikliyim var… Gedəcəksənsə indi get. Çünki tam zamanıdır… Bir daha ölə bilmərəm mən, bu fürsəti bir daha verə bilməm sənə. Bir daha sevə bilmərəmm mən, çıxa bilmərəm yollarına bir daha… Gedəcəksənsə indi get. Dedim tam zamanı…
Anlamaq? .. Nə idi ki anlamaq, anlayınca ağlamaq ki bu qədər köhnəltdi bizi? Nə idi ki sevmək, paylaşmaq biz bacara bilmədik? .. Hə, get. Üzümə bağla pəncərəni, çək pərdələrini. Gedəcəksənsə indi get… Fikir vermər şamın ardında əsən soyuq, nəfəssiz küləkləri. Fikir vermə müənnilərin söylədiyi mənasız mahnıları.Hə sən get artıq… Mən günahın hamısını üzəriməgötürürəm. Onsuz da elə etməzsəm ölənə qədər necə sevərəm səni? .. get…

Gedəcəksənsə indi get və mən də yenidən başlayım həyata, əgər ayaqda qalmağı bacara bilsəm! .. Və indi get ki, sabah səndən soruşum "Ən çox ehtiyacım olduğu zamanlarda haralarda idin ? " deyə… Həyat ki böyük bir yalandan ibarət. Həyat ki böyük bir labirintdən ibarət. get… Gəmilərə, limanlara aldırmadan və mehmanxanaçıları, yolçuları tanımadan get..
Fikir vermə ağlayıramsa, fikir vermə yaşamağa dair bir səbəb axtarırsam və əsla fikir vermə ağrılardan yorğun beynimi daşıya bilmədiyim başımı ovuclarımın arasına götürüb "Haydı artıq get" deyirsəm. Get haydı… Bir ulduzun dan yeri ağararkən bir başqa səmada bədən tapması kimi, küləyin ən son qırıq və titrək yarpağı da budağından salması kimi get. Haydı get artıq… Get, amma mənim üçün narahatlıqlanma. Çünki "gecənin ən qaranlıq olduğu an, havanın işıqlanmasının ən yaxın olduğu xatırlat mələyim"…
Məndən inci… Söylədiklərimə, yazdıqlarıma hətta mənim yaşadığımı sandıqlarına. Və get… Heç düşünmə "nsəbəb? " deyə və heç ziddiyyətə düşməsin ürəyin "görəsən? " deyə.get artıq…

Bir pillə olaraq zamanı tapdalayıb, bütün çılpaqlığıyla hər doğrunu bəlkə görüb, yaşamağa ömürümüz də daha ola bilməyəcək. Bu günüm, məchul sabahım inan bunların da bir əhəmiyyəti yox,sən get artıq… Mənim üçün olmasa belə özün üçün get. Daşıya bilməzsən məni, qaldıra bilməzsən bu çətin anlarımdakı ağırlığımı… nəysə be mələyim, həqiqətən istəyirsənsə get artıq… Və bilirsənmi gülüm; izah etmək istədiyim hər şey əslində hər kəsin məna verməkdə çətinlik məcbur edildiyi o uc nöqtələrdə idi…
İndi inciyim… Sənə, hətta özümə,taleyimə belə…ahlarıma, üsyanlarıma… Getmək istəyirsənsə indi get. Olar bəlkə bir addım təyin edər də yaşadarsan məni, qurudarsan göz yaşlarımı uzatsan əllərini… Lənət olsun get artıq. Sən hər şey mən, mən heç bir şeykən get…
Boşver mələyim! Böyük bir "aaaahh" çək getsin, necəsə gedən ömüründən getmir… Haydı sən get artıq…
Əgər istəsəydik tanış ola bilər və həyatımızın, həyatlarımızın axışını dəyişdirə bilərdik. Halbuki çox erkən idi, bizlər həmişə gecikdik. Tuta bilmədik zamanı, mübarizə edə bilmədik. Tuta bilmədik sabahları, geri çevirə bilmədik zəhərli oxları. Nəysə mələyim zamanı gəlmişkən sən get artıq… indi getməzsənsə heç bir zaman icazə vermərəm getməyinə. Gedəcəksənsə, mənim ölümə ən yaxın olduğum zamanda get. Əgər yaşasam gedə bilməzsən… Və məni heç anlamadan, anlamağa işdən, yaralarıma dərman ola bilmədən get…
Əsla silmə göz yaşlarımı, uzatma o kiçik əllərini. Nə olar burax, burax da ağlayım doyana qədər sonsuzluğa. Nə əhəmiyyəti var ki artıq.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...