Loading...
Mən Səninəm!

Mən Səninəm!

Loading...

Canımdakı yaşayan can kimisən...
Hər an səninlə yaşayıram...
Qaranlıq gecəmdə gözlərin bir ulduz kimi parlayır...
Sevginin istiliyi süzülür ürəyimə...

Səni sevmək üçün, ürəyimdəki ümid qırıntılarını sənin üzündəki təbəssümlərə yükləyirəm...
Səninlə, iki ayrı bədəninin tək ürəyindəki bir sevdanı yaşayırıq...
Sənə söylədiyim hər söz, sənə oxunan hər şeir, sənin ürəyindəki sevgiylə gözəlləşib xüsusi bir sevda olur...

Səni sevmək bir quru çörəyi paylaşmaq kimidi. Hər loxmada daha çox sevirəm səni...
Ulduz olub sənin qaranlığında gözlərində itmək, bəlkə sənin sevgində nəfəs almaq, təkliyə pərdələri çəkib xoşbəxtliklərin kölgələrində sərinləmək səni sevmək...


Sevirəm səni deməkdən kənar, sənin üçün yaşayıram bu həyatda...
Elə tutulmuşam ki sənə, izah edə bilmərəm...
Daha çox sevmək üçün ürəyinə yerləşdim...
Bir qonaqdım ilk əvvəllər amma artıq elə deyil, səni, sənin ürəyində yaşamağı sevirəm...

Dərdlərimi səndə unudub, ağrılara səninlə gülümsəyirəm...
Sənin gül üzündə ümidlə baxıram artıq sabahlarıma...
Uçurumun kənarında solmağı gözləyən bir gül idim, sənin sevginlə yenidən xoşbəxtliklərə tumurcuq açıram...
Hər səhər pərdələri aralayıb gün işığıyla, sevgini doldururam dünyama...

Canımsan, nəfəsimin xoşbəxtlik rəngindəki surətisən...
Ürəyimdəki tək can, həyata dair tək ümidimsən...
Səninlə yaşayıb, həyata yenə səninlə baxıram...


Səni düşündükcə sevgin daha da böyüyür ürəyimdə...
Hər hecada, hər sözdə səni yazıram...
Sən nəfəs aldıqca, mən xoşbəxt oluram buralarda...

Səni sevmək elə gözəl ki izah edə bilmərəm...
Çünki səbəbi yox bu sevginin...
Bir şeyə bağlı olaraq sevmək istəmirəm səni...
Səni yalnız sən olduğun üçün sevirəm...


Əvvəllər "Mən" deyə başlayardım cümlələrimə...
İndi "Biz" deyirəm. Sən və Mən yəni Biz, yəni ikimiz...
Yəni gələcəyimsən mənim... Hər şeyimsən...

Səni sevmək, hər yeni günə səninlə başlamaq
və hər günün bitməsində hər şeyə baxmayaraq
səni sevmək çox gözəldi...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

6 İyul 2013 21:30

Səninlə, iki ayrı bədəninin tək ürəyindəki bir sevdanı yaşayırıq...
--------------------

***
❃❃❃

***

♣YoL_Cu♣

25 Yanvar 2013 19:38

ne her oglan eynidir,nede ki her qiz,yazilanlar omurluk sevgiye dair kelmelerdir,gozel idi

-------------------------

Mən bir gizli xəzinə idim,istədim ki,Tanınam,bəs insanları yaratdım ki,Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

ChocoLatte

3 İyun 2010 20:30

Sitat: WomAnizeR
Qizlar size bir meslehetim bu cumleni hec vaxt demeyin ... Bu size baha basha gele biler))
Hec olmasa evlenmemishten qabaq demeyin)))

Qizlar bele bir soz isletmirler o oglanlardi 5 deqiqeden bir sen menimsen deyirler...

Sweety

10 Mart 2010 19:16

soz yoxdu demeye sadece supppppppperdi basqa soz yoxdu

jully

9 Mart 2010 14:53


Səni düşündükcə sevgin daha da böyüyür ürəyimdə...
Hər hecada, hər sözdə səni yazıram...
Sən nəfəs aldıqca, mən xoşbəxt oluram buralarda...

Səni sevmək elə gözəl ki izah edə bilmərəm...
Çünki səbəbi yox bu sevginin...
Bir şeyə bağlı olaraq sevmək istəmirəm səni...
Səni yalnız sən olduğun üçün sevirəm...


girl_ten

Elif_87

9 Mart 2010 10:53

Səni sevmək elə gözəl ki izah edə bilmərəm...
Çünki səbəbi yox bu sevginin...
Bir şeyə bağlı olaraq sevmək istəmirəm səni...
Səni yalnız sən olduğun üçün sevirəm...
Sadəcə super... 5+

WomAnizeR

9 Mart 2010 01:17

Sitat: _SENSELESS_LIFE_
Sen meni eseblesdirmek isteyirsen amma daha sennen mubahise etmeyecem! puah

Yaxshi da... Ne olub sene ? Xestelenib elememisen ki? Ay daa qoymayin qiz elden getdi)))
Shukur... Diyesen men qurban kesmeli olacam)))

Senseless_life

9 Mart 2010 01:15

Sitat: WomAnizeR
.... Bu gun bayramindi hec olmasa bu gun qadin inceliyini goster)


Sen meni eseblesdirmek isteyirsen amma daha sennen mubahise etmeyecem! puah

TARKANKA_210

9 Mart 2010 01:14

Sağ ol Tekoş qəşəy yazmısan yenə də love
5+

WomAnizeR

9 Mart 2010 01:12

Sitat: _SENSELESS_LIFE_
deyirem axi ne eceb menim sennen sozum utub.:) Bax yene evvelki eseb oldun:)
Siz necede tevazokarsiniz mocking

Ne oldu yene sherhim xoshuva gelmedi? sorry .... Bu gun bayramindi hec olmasa bu gun qadin inceliyini goster)

Senseless_life

9 Mart 2010 00:57

Sitat: WomAnizeR
Amma qizlarin coxu tez deyiller... Biraz istiliy verirsen olullar shashlik i vsyo)))


deyirem axi ne eceb menim sennen sozum utub.:) Bax yene evvelki eseb oldun:)
Siz necede tevazokarsiniz mocking

WomAnizeR

9 Mart 2010 00:54

Sitat: TeK_OnUn_GuLu
Mən hələ ki, öz-özümə deyib dilmi öyrəşdirirəm o cümləyə)))

Onda halal olsun sene... Amma qizlarin coxu tez deyiller... Biraz istiliy verirsen olullar shashlik i vsyo)))

TeK_OnUn_GuLu

9 Mart 2010 00:50

Sitat: WomAnizeR
Hec olmasa evlenmemishten qabaq demeyin)))

Mən hələ ki, öz-özümə deyib dilmi öyrəşdirirəm o cümləyə)))

WomAnizeR

9 Mart 2010 00:37

Mən Səninəm!


Qizlar size bir meslehetim bu cumleni hec vaxt demeyin ... Bu size baha basha gele biler))
Hec olmasa evlenmemishten qabaq demeyin)))

Ronnie_7

8 Mart 2010 23:22

Canımdakı yaşayan can kimisən...
Hər an səninlə yaşayıram...
Qaranlıq gecəmdə gözlərin bir ulduz kimi parlayır...
Sevginin istiliyi süzülür ürəyimə...


Qəşəng yazıdı çox bəyəndim..Təşəkkür+5
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

TeK_OnUn_GuLu

8 Mart 2010 22:56

Sitat: ilkin_
sozler gozedi ama indi bele sevgi........

Var elə sevgi, ancaq o sevgini, yaşayıb, yaşada bilənlər çox azdı...

Play_Boy

8 Mart 2010 22:47

Hele ki ciddi wekilde SENINEM sozunu dediyim wexs yoxdu..nevaxtsa bunu demey isterdim ama heleliyy bele zordu

LARACROFT

8 Mart 2010 22:39

Əvvəllər "Mən" deyə başlayardım cümlələrimə...
İndi "Biz" deyirəm. Sən və Mən yəni Biz, yəni ikimiz...
Yəni gələcəyimsən mənim... Hər şeyimsən...


Artıq sözə ehtiyac yoxdu +5
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

ilkin_

8 Mart 2010 22:38

sozler gozedi ama indi bele sevgi........

HellsAngeL

8 Mart 2010 22:05


Əvvəllər "Mən" deyə başlayardım cümlələrimə...
İndi "Biz" deyirəm. Sən və Mən yəni Biz, yəni ikimiz...
Yəni gələcəyimsən mənim... Hər şeyimsən...


təşəkkürlər

_axmedov_

8 Mart 2010 21:53

tesekkurler yzi super
--------------------
26 10 1992

JOY_FOREVER_

8 Mart 2010 21:52

Mende senin

ESTRELLA

8 Mart 2010 18:53


Canımdakı yaşayan can kimisən...
Hər an səninlə yaşayıram...
Qaranlıq gecəmdə gözlərin bir ulduz kimi parlayır...
Sevginin istiliyi süzülür ürəyimə...

Səni sevmək üçün, ürəyimdəki ümid qırıntılarını sənin üzündəki təbəssümlərə yükləyirəm...
Səninlə, iki ayrı bədəninin tək ürəyindəki bir sevdanı yaşayırıq...
Sənə söylədiyim hər söz, sənə oxunan hər şeir, sənin ürəyindəki sevgiylə gözəlləşib xüsusi bir sevda olur...
senin xeberlerine soz ola bilmezde......supeeeeeeeeer!!!!!! good

Miss_Zaqadka

8 Mart 2010 18:26

Baxmaq istədim günlərcə, bəlkədə illərcə.Əslində baxmaq deyildə görmək istədim. Mən sadəcə SƏNi istədim. Çoxmu şey istədim?
Başımı qoyum çiynivə, susaq danışmayaq. Bir ömür boyu səninlə olum. Baxım gözlərivə, tutum əllərindən heç buraxmayım. Mən sadəcə SƏNi istədim. Çoxmu şey istədim?
Gedək Antraktidaya pinqivinlərin dilini öyrənək. Ac qalaq, susuz qalaq amma sadəcə bir-birimizlə olaq. Baxışlarımız isitsin sevgimizi, mən sadəcə SƏNi istədim. Çoxmu şey istədim?Tutaq əl-ələ gedək dünyanın ən ucqar nöqtəsinə, sən sadəcə yanımda ol. Nəfəsini hiss edə bilim, varlığın mənimlə olsun. Mən sadəcə SƏNi istədim. Çoxmu şey istədim?



Super..5+

MR.QARRI

8 Mart 2010 18:06

gözəl yazıdı supper bəyəndim 5+