Loading...
Ayrılıq anı...

Ayrılıq anı...

Loading...
İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın zamandır", deyər Dostoyevski…

Vida ağrısı, qabığını soyar insanın; ulduzunu soyub lüm-lüt ortaya sərər.

Birlikdəliyin örtdüyü bütün qüsurları ayrılıq sərgilər.

Bir ayrılıq ərəfəsində halallaşılar və o an həqiqi təbiətləriylə üzləşilər.

"Ölənə qədər" deyə söz verilmişdir, amma "ölüm yolunda" başqa seçimlər meydana çıxmışdır.

Qərarsız şahzadənin vicdanı əzab çəkərkən 7 cücələrin qaraqabağı "ağılını başına al" deyə pıçıldayar qulağına; dəcəli isə "ürəyinin səsini dinlə" deyə cekər ətəyindən.

Ayrılıq anı...

Həmişə heyran baxan gözlərə, səhvlər ilişməyə başlar.

"Amma"yla bitər fövqəladə iltifat cümlələri: "Sən yaxşı bir insansan, amma yoldaşların pis", "Səni sevirəm, amma bu əlaqədə xoşbəxt deyiləm", "Mən başqa cür bir birlik arzulamışdım" vs. .vs..

Sonra gəlsin yuxusuz gecələr… heç cür qərar verə bilməmələr… Ruhən gedib gəlmələr… "Hələ bir az daha zaman keçsin" deyə nikah təxirə salmalar…

Birlikdəymiş kimi edərkən, sevəcək başqa üzlər, üzəcək başqa dənizlər gözləmələr..



"Əslində bütün bunlar bizim yaxşılığımız üçün" özünü aldatmalar.

Sonrası həmişə eyni:

Gözləyənin "Bəs payızda görüşəcəkdik.Payız gəldi keçdi, sən gəlməz oldun" sızlanmaları…

Gözləyənin "Gəlirəm az qaldı" əyləndirmələri…


Ayrılıq anı...

Bitdiyini bilə-bilə işi uzatmalar; söyləyə bilmədikcə bataqlığa batmalar… Tərk edilməyə məqbul bir səbəb axtararkən batdıqca batmalar… Vida danışmasında bəzəkli iltifat cümlələrinin arasına, o cümlələri yerləşdirmək...


Kədərli görünmələr… üzr istəmələr… "…amma qaçınılmaz idi" dəmələr…

"Sözündə durmadın" şikayətlənmələrini "Sən də köhnə sən deyilsən. Dəyişmisən" deyə deyinmələr…

…əsl özün dəyişdiyini bilməzdən gəlmələr…

Və son səhnə:

Tərk edənin "Könülüm başqasında" etirafına qarşılıq tərk edilənin qırıq ürəyi:

"uğurlar olsun! Mən yoluma davam edirəm".

Xəyanətlər həmişə belədir: İlki, bir yenisinə hamilədir; ikincisi daha az ağrı verər.

Ondan sonra dayan dayanacaq yoxdur: Etibarsız aşiq, sevdikcə qıran, gəzdikcə ardında bir qırıq ürəklər qəbiristanlığı buraxan bir dərvişə dönər.

Artıq ağrılara həbs olunmuşdur: Görüşmək istədikcə ayrılacaq, birləşməyə çalışdıqca parçalanacaq, sonunda tərk etdiklərinin "ah"ı tutub tərk edildiyində təkliyinə bağlanacaq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ruslana15

15 Fevral 2010 02:00

girl_ten

FENERLI

13 Fevral 2010 16:42

twk

Kedicik_19

13 Fevral 2010 11:52

Sitat: PRAQMATIK
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik
Bəlkə də,xəbərimiz yox!
Ayrıldıq, şeytanı güldürdük onda,
Bu ilin,bu ayın,son günlərində

Miss_Zaqadka

11 Fevral 2010 16:03

[color=#6600CCAyrilib gedirsen... Dolur gozlerin,
sonuncu nidatek qirilir sesin.
Bari bundan bele senin izlerin
menim izlerimle duyun dusmesin
][/color]

Pervane-Evropa

11 Fevral 2010 12:30

Ayriliq acidir duzdu, amma zaman her sheyi senin yerine hell edir....

MR.QARRI

11 Fevral 2010 10:14

ayriliq hərdən acı,hərdən şirin

PRAQMATIK

10 Fevral 2010 23:40

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik
Bəlkə də,xəbərimiz yox!
Ayrıldıq, şeytanı güldürdük onda,
Bu ilin,bu ayın,son günlərində


calypso

10 Fevral 2010 22:56

twk

Ronnie_7

10 Fevral 2010 22:53

Ayrılıq anıı...
Ən ağır şeydi.... sad
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

UKA

10 Fevral 2010 22:41

Twk eziyetcun...

music_is_my_world

10 Fevral 2010 22:12

hmmm ayrilig...
ne deye bilerem ki 4ox gozel yazidi

GaGuLiK

10 Fevral 2010 22:10

Sitat: Kedicik_18
Offffffff

ofun dağlara...

Kedicik_19

10 Fevral 2010 21:41

Offffffff

HellsAngeL

10 Fevral 2010 21:41

ən nifrət etdiyim andı ayrılıq anı... sorry
tşk xəbərə görə LARACROFT

Rammstein-

10 Fevral 2010 21:25

etdiklərinin "ah"ı tutub tərk edildiyində təkliyinə bağlanacaq.

he4 vaxt istemeremki kimse arxamca pis urekle ah 4eksin....ona gore indiye kimi hemwe halalliq almiwam ayrildiqlarimdan..