Loading...

"QAL" desən qalacaqdım…

Loading...
"Qal" desəydin, qalardım..Demədin halbuki… Quru bir "bitməsin"dən başqa heç bir şey demədin. Elə quru, elə soyuq, elə uzaq idi ki, ondakı məna! Bu qədər asan idimi hər şey, bu qədər yaxın idikmi uçuruma? Müdafiə etməyəcəkdin sevgimizi? "Qal" deməyəcəkdin ardımdan?
"QAL" desən qalacaqdım…
Düşündüyüm bu deyildi..Arzu etdiklərim, gözlədiklərim başqaydı səndən..Mübarizə gözləmişdim, halbuki yelkənsiz olan gəmimizi sahilə çatdırarsan sanmışdım..sahilə çatdırarsan sanmışdım..Halbuki onu dənizin ortasında , qorumasız qoymama göz yumdun..
Bu qədər ürkədici ola bilməzsən…
"QAL" desən qalacaqdım…
Halbuki bir məna olmalıydı yaşadıqlarımızda! Paylaşılan duyğuların bir mənası olmalıydı..Ürəyimdəkilərin bir mənası olmalıydı. Beynimizdəki melodiyaların, söhbətin bir mənası olmalıydı. Duyğularımızın bir mənası olmalıydı…
Ürəyimizdəli bütün QAĞAYILARI uçurtdun… Hansı yönə getdilər bilmirəm, geri dönərlərmi bilmirəm… Dünya boşalıb ele bil.. Niyartıq parlamır gozlerim, niyə artıq külək əsmir… Hər şey səninlə qaldı… Ağlım, ağlımı ver mənə, ona ehtiyacım var. Əsas şeyləri anlamaq üçün ona ehtiyacım var….
Bəli! Mən istədim ayriligi, çıxılmaz yollara yönələn mən idim..Bunu niyə etdiyimi bilmirəm.. Və… Sənin buna necə göz yumduğunu..Balkondakı akasiyaları sulayarkən, çox sudan ətrafı bereyəcəklərini bilmediyim kimi..Su onun üçün həyat olmalıydı halbuki.. Və sən də mənim yapışacaq budağım!

"QAL" desən qalacaqdım…
Əsas şeyler var idi aramızda bilirsən, olmaması lazım olan amma daim var olan. Fərqli yerlərdə idik səninlə, fərqli mövsümləri sevirdik, fərqli zamanlarda.. Sən böyük firtinalara da razı din, mənsə cənub küləyindən belə ürkürdüm..Amma bacardığımız şeylər var idi olanlara baxmayaraq, daha doğrusu elə blirdim...Minlərlə ulduz arasında, ayin gözəlliyini göstərə bilmək idi tək istəyim..Ulduzları söndürmək, problemləri yox etmək..
"Bitdi" deməyin elə sadə, elə yorucu idi ki.. "yox" deməli idin! Hətta qiyamətlər qoparmalıydın ürəyimdə, xəndəklər açmalıydın yoluma, gedə bilməyim deyə… Sahiblənməliydin, gözlərimdəki aya, sevgimizdi deyə… Məni yolumdan çəkməliydin…
"Qal" deməli idin… Halbuki demədin…
"Qal" desəydin qalardım… Həm də sevə sevə qalardım.. Demədin halbuki!
"QAL" desən qalacaqdım… DEMƏDİN HALBUKİ!…
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Balım

18 Avqust 2010 12:18

Getmək istəyəni saxlamaq düzgün deyil.Bu seçim onundu...Həm də ki sevən adam gedə bilmir...

ГоРеЦ

23 İyun 2010 14:50

qal deseydin qalardim hemde seve seve qalardim demedin halbuki--tesekkurler eliniz var olsun

ruslana15

15 Fevral 2010 02:05

melek mən ona qal desəydim qalacaqdi.əsəbibm üstündə itirdim onu.illər keçib yolunu gözləyirəm gəlmir.........

Miss_Zaqadka

25 Yanvar 2010 13:13

Maraqliydi Britni..thanks....

Mr_RoCCo

23 Yanvar 2010 01:14

Sitat: MR.QARRI
GÖZƏL YAZIDI+5

Sitat: Britney Spears
qururum sevgimi usteledi buna gore indi xoşbext deyilem..ama bele istiyirem..qururumu ezmiyecem..

Sitat: Britney Spears
sevgim ustundu axi..

Sitat: Britney Spears
Sitat: Dj KaMiL
həmişə qürurla sevgini tərəzidə eyni tarazlıqda saxlamalısan...

4ox xowum geldi bu cumleden..duzdu..ama 4etindi bunu bacarmaq..

--------------------
FaceBook
Instagram - ageelvevo

MR.QARRI

22 Yanvar 2010 14:28

GÖZƏL YAZIDI+5



-------------------------

HƏYAT ÇOX SIXACAQ SƏNİ ÖZÜNDƏ...........


Elif_87

22 Yanvar 2010 10:35

Oxudum çox maraqlı, təsirli və içdən gələn sözlər idi...5+

Ürəyinin səsini dinlə amma ağlınla hərəkət et...

m.Hesenzade

22 Yanvar 2010 00:04

Qal demədim çünki getməliydin çünki sən istədin.
--------------------
Qara Kitabın Xoş Xatirələri...

PRAQMATIK

21 Yanvar 2010 23:00

Sitat: Britney Spears
sevgim ustundu axi..

Onda sen mehv olacaqsan.Cismen bu heyata bagliligin olsada
ruhen heyat seni mehv edecek sinaqlari ile.
Hec vaxt qururunu sevginin ayaqlari altina atma....

LARACROFT

21 Yanvar 2010 22:59

Oxudum gözəl yazıdı.
Kaş qal deməklə qalan olsaydı.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

The Boss

21 Yanvar 2010 22:17

ela xeberdi +5 yerivar good

sahin221

21 Yanvar 2010 21:31

Çox sağolun maraqlı xəbər idi.

__lovely__

21 Yanvar 2010 20:22

.......Maraqli idi.......

SALOME

21 Yanvar 2010 20:06

QAL" desən qalacaqdım… DEMƏDİN HALBUKİ!…

ablomalos laught

kayfu__072

21 Yanvar 2010 19:41

goz yaslari sucun rengini soldurmaz recourse

Dj KaMiL

21 Yanvar 2010 19:01

Birini sevirsənsə, dəli kimi sevirsənsə həmişə qürurla sevgini tərəzidə eyni tarazlıqda saxlamalısan... Əgər qürura 1 qram daha əlavə etsən onda vay sənin halına...

UKA

21 Yanvar 2010 18:16

Cox gozel yazilardi twk Britney +5... rose

holley

21 Yanvar 2010 18:13

Beyendim.cox sagol.

GaGuLiK

21 Yanvar 2010 18:12

Britney Spears,
lovely

Mr_RoCCo

21 Yanvar 2010 18:05

"Qal" deməli idin… Halbuki demədin…
--------------------
FaceBook
Instagram - ageelvevo

Lineage

21 Yanvar 2010 18:04

Başdan bir iki cümlə oxudum çox xoşuma gəldi oxuyuram) +5