Loading...
Bu sevgidir yoxsa bağlılıq?...

Bu sevgidir yoxsa bağlılıq?...

Loading...
Bu sevgidir yoxsa bağlılıq?...

Yenə qələmim iş başındadı.Yenə mürəkkəbiylə nələrisə vərəq üzərinə həkk etmək istəyir.Bu dəfə o səmitini başqa yönə çevirərək səndən məndən və ürəyimə dəfn etdiyim sevgimizdən yazacaq.
Tanış olduğumuz gün hələ dünən kimi yadımdadır.Allahın adından salam verdin.Və hər şey burdan başladı.Çox yaxşı münasibət qurmuşduq.Hər gün səninlə danışmaqçun bütün işlərimi tez həll edib bitirərdim.Günbəgün sənə qarşı hörmətim artırdı.Gün keçdikcə sən bir az daha böyüdün gözümdə.Bilməzdim ki,sən məni gözündə daha da böyüdüb bir sevgi yaratmısan.
Səndən xoşum gəlir sözünü mənə deyəndə sənə inanmamışdım.Dəfələrlə bunu mənə isbat etməyə çalışdın.Sənə inanmaq,səni sevmək istəyirdim.Amma qorxurdum…Çünki mən həmişə sevgini gəldi gedər fikirləşirdim.Dostluğun sevgidən daha ülvi olduğunu beynimə elə yeritmişdim ki,birini dərin,ülvi bir məhəbbətlə sevməyi ağlıma balə gətirmirdim.Hətta zaman-zaman bunu özümə yaraşdırmazdım.Heç vaxt bir oğlanın əlindən tutacağımı,ona səni sevirəm sözünü deyəcəyimi,ona tabe olaraq dediyi hər sözlə oturub-duracağımı ağlıma belə gətirmirdim.Çünki mən həmişə azadlığa,yalnız öz bildiyimi etməyə alışmış biriyəm.Sevmək mənim fikrimdə məhkumluğa bərabər idi.

Bu sevgidir yoxsa bağlılıq?...

Zaman keçir mən sənə daha da bağlanırdım.Sevginlə sanki məni ovsunlamışdın.Bütün günü fikrimdə,ürəyimdə sən var idin.Gündə dəfələrlə ürəyimdə sənə səni sevirəm sözünü deyirdim.Amma sən bun eşitmirdin.Çünki bu sözlərdən və keçirdiyim hisslərdən heç özüm də əmin deyildim.Fikirləşirdim “bu sevgidir yoxsa bağlılıq?”...Bu fikirlər və suallar içində boğulub qalarkən ağlıma yalnız bir çarə gəldi:səndən ayrılmaq.Çünki özümə belə etiraf edə bilmədiyim hisslərimi sənə necə deyə bilərdim?!
Ayrılmaq istədiyimi sənə demək mənimçün çox çətin və ağır idi.Və birdən dodaqlarımdan “səni sevirəm” kəlmələri töküldü.O kəlmələr ki,ömrümdə birinci dəfə idiki sənə deyirdim...o kəlmələr ki,hələ özüm də buna inanmırdım...o kəlmələr ki,artıq məni məni azadlıqdan məhrum edərək sənə tabe etmişdi.
Bu sözü sənə etiraf etməyimə baxmayaraq,çox narahat idim.Səni sevirəm sözünü sənə deməklə səni aldatdığımı düşünürdüm.Çünki beynimdə fırlanan “bu sevgidir yoxsa bağlılıq?” sualına hələ də cavab tapa bilməmişdim.Səni həqiqətən sevdiyimə əmin deyildim.Bu da məni qorxuya salırdı.Çox vaxt səndən qaçırdım.Sənə daha da yaxın olmaq,sənin “məni sevirsən?” sualına cavab vermək istəmirdim.Sən hər dəfə bir addım mənə yaxınlaşdıqca mən on addım geriyə çəkilirdim.

Bu sevgidir yoxsa bağlılıq?...

Artıq anlamışdım ki,sevgi cəsarət istəyir.Mənimsə səni sevməyə cəsarətim yoxdu.Səninlə ən uzun ayrılığımız üç gün çəkərdi.Həmin günlər mənimçün sanki bir cəhənnəm olurdu.Həmin günlərdə keçirdiyim hissləri,təlatümləri yalnız özüm bilirdim.Bunu heç kimlə bölüşmək istəmirdim.Ən yaxın rəfiqələrimlə belə.Heç kimə səni sevdiyimi deyə bilmirdim.Bu hissləri keçirərkən yenə ağlıma o sual gələrdi: “bu sevgidir yoxsa bağlılıq?”
Hər ayrılığımızda bir bəhanə uydururdum.Səni gerçəklərlə qarşılaşdırıb qəlbini qırmaqdan qorxurdum.Amma bilmirdim ki,o bəhanələrə sənin qəlbin daha da sınırmış.Hər zaman xoş sözlərə möhtac qaldın.Səni sevirəm dedin çox az qarşılıq aldın.Bilmirdim ki sənin qəlbini sındıran elə bunlarmış.

Bu sevgidir yoxsa bağlılıq?...

Dünən kimi yadıma gəlir bir gecə romantik sohbətimiz...İlk dəfə sənə o gədər gözəl sözlər demişdim ki,sevincindən ağlamışdın...
Son ayrılığımızdan sonra yaxşı-yaxşı fikirləşdim.Açdım sevgi kitabımızı...Hər şeyə:bütün kadrlara bir-bir dəfələrlə baxdım.Keçmişi nəzərən keçirdim.Baxdım ki,düz iki il galıb arxada.Səninlə birgə iki il...

Bu sevgidir yoxsa bağlılıq?...

Hər dəfə ayrılığımızda bu kitabı açaraq sadəcə baxırdım.Bu dəfə isə kitabın sonuna böyük bir son yazaraq bu kitabı bir daha açmamaq şərtilə bağladım və ürəyimə dəfn etdim.
Ayrılığımızdan altı ay keçir.Səninçün çox darıxırdım.Səni tez-tez anırdım.Bu gün altı ay bundan əvvəl qəlbimə dəfn etdiyim sevgimizi çıxardım.Anladım ki mənim bu sevgiyə ehtiyacım yoxdu.Bu məktubla birlikdə sevgimizi də sənə göndərirəm.Al və bir az da sən saxla.İstəyirsən cır,yandır və ya tulla...Mənə lazım deyil ...Sonsuza qədər “ƏLVİDA!”
HƏ BİRDƏ BUNU ANLADIM Kİ,BU NƏ SEVGİYMİŞ,NƏ DƏ BAĞLILIQ...SƏNİN KİMİ GƏLDİ GEDƏRMİŞ...



P.S.Bu yazı tamamilə özümə aiddir.Bu günə qədər bir çox mövzu yazmışdım amma bu bu günə qədər yazdığım ilk və son sevgi mövzusudur.Ümid edirəm ki bəyənərsiniz
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Miss_Zaqadka

22 Mart 2010 01:25

bagliliq??bu hissi hazirda yasayiram..amma deyirler ki Bagliliq sevgiden qat-qat guclu hissdir..

nautical

21 Yanvar 2010 17:58

cox gozel yazmisiniz tesekkurler

Lineage

15 Yanvar 2010 16:41

Çox gözəl yazmısan indi oxuyuram bir sözlə əla)+5 good

music_is_my_world

15 Yanvar 2010 16:26

_axmedov_,
əgər bəyənmədinizsə bəyənmədim deyə bilərdiniz və ya şərh yazmaya bilərdiniz fuya ehtiyac yox idi

_axmedov_

14 Yanvar 2010 18:02

fuu
--------------------
26 10 1992

denizim

14 Yanvar 2010 13:12

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Elif_87

14 Yanvar 2010 09:52

Super yazıdır...
Çox maraqlı idi amma niyəsə bu sonlarda bütün sevgi mövzularının axırı ayrılıqla bitir...
5+

GaGuLiK

14 Yanvar 2010 01:39

ilk və son sevgi mövzusudur.Ümid edirəm ki bəyənərsiniz


EEEE NIYE BELE OLDU ))

ilkin_

14 Yanvar 2010 01:17

ayrilmagin sebebi menasiz geldi mene ama yenede ozun bilersen fellow

SALOME

14 Yanvar 2010 00:21

hmm mene oyresen ı bunu sevgı sayan varıydı ama xetrını cox sevırem onun

music_is_my_world

13 Yanvar 2010 22:45

Sitat: J_LADY
Bu günə qədər bilmədiyim mənim qəbahətimdir,sorry.Yazından bildim ki qızsan,sənin o "nənəcan" zarafatına bir az kobud cavab verdiyim üçün də bağışla,bilmirdim ki qızsan.

her birimiz insanig ve her birimizde yanliw anlawilmalar olur
Waxta Baba,
bunu yazmiwam bu o demek deyil ki bu hissleri men ke4irmiwem

LARACROFT

13 Yanvar 2010 22:28

Çox sağ ol oxudum əla yazmısan.Hələ bidə oxuyacam.Çox bəyəndim və qiymətimidə verirəm +5
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

TARKANKA_210

13 Yanvar 2010 21:51

Sitat: -Jasmin-
bura bax bura bax sirinim eseblesme

winked CAAAN UJE DƏYİŞDİN HƏƏ kiss

Gitarist

13 Yanvar 2010 21:14

oxudum sozleri good

PRAQMATIK

13 Yanvar 2010 18:57

Cox heyif ki sonu qemli sonluqla biten sevgi nagillarinin sayi
gunu gunden artir.Sevgi ozu sonsuz ezablarla dolu bir yawam terzine cevrilib
sanki.Fikrimce genclerin depressiyaya ducar olmasinin mehz en boyuk sebebi
bu cur sevgi terzi.Hokumet daireleri gerek 'seferberlik elan ede... smile
................................................................................
....
Eh bu cur movzular meni cox sixir..Hisslerime mehbus olmuwam sanki.
elime qelem alib ona yazdigim teriflerin ustunden ebedi xetler cekirem
indi.Kecmiwimin qapilarini ebedi bagladim.Sevgi hisslerime sanki qar yagib.
Insana indi sadece agri keder verir seven urek..Bes ne edesen?
Belke de cixiw yolu sevmemek hissini ozune calaq elemek..
Amma urek mehz sevgi hissleri ile insani bu heyata baglayir...

twk ler ferqli movzu ucun.Allah sene sebr versin bu hissleri yawayan zaman

Paris

13 Yanvar 2010 18:44

Gozel yazmisan. En maraqla oxuduqum xeberler o xeberlerdir ki, hansi ki muellifin ozune mexsus olur.

Sevgi ve bagliliq mutleq olmalidir. Her ikisi bir-birini evez edir. Meselen bir insani sevmek ucun tanimalisan, xasiyyetine beled olmalisan ve bu an tebii ki, bagliliq hissi de oz yerini yavaw-yavaw tutur insanin qelbinde. Hec senin xeberin bele olmur. Birde gorursen ki, artiq darixirsan onun ucun. Umumiyyetle sevgi ve bagliliq bir yerde olmalidir menim fikrimce. Bunlar bir-birini tamamlayan hisslerdir.

MR.QARRI

13 Yanvar 2010 18:35

ƏƏƏ BU SEVGİ MƏSƏLƏSİNƏ DAHA SÖZ TAPA BİLMİRƏM EEEEYYYYY...

-Jasmin-

13 Yanvar 2010 18:12

Sitat: TARKANKA_210
avatarını dəyiş təcili

bura bax bura bax mocking sirinim eseblesme kiss

TARKANKA_210

13 Yanvar 2010 18:09

Sitat: -Jasmin-
ela super en gozel sozlere layiq yazidi

smileavatarını dəyiş təcili
ireful

-Jasmin-

13 Yanvar 2010 17:54

SƏNİN KİMİ GƏLDİ GEDƏRMİŞ...

ela super en gozel sozlere layiq yazidi

Nahid-19

13 Yanvar 2010 17:50

sevgi olan yerde baqliliqda olmalidir..mence ele her ikiside....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

J_LADY

13 Yanvar 2010 17:49

Çox sağ ol!Götürdüm,çünki mənim sözlərimə çox oxşayır amma inşallah axırı oxşamaz!Bir fərq var amma,mən demək istəyirəm ki,sevgi və bağlılıq sözünü kim ayrı işlədib gənclərin beyninə salıbsa çox böyük qələt edib,çünki ən böyük sevgi elə bağlılıqdır.Ən böyük sevgi bağlılıqdan yaranır,özümüzü aldadıb bu sevgi deyil,bağlılıqdır deyib sevdiyindən ayrılmaq ən azından hisslərinə qarşı,ürəyinə qarşı etdiyin ən böyük günahdır.Və yollarını bağlamaqdır.Mən də yazılan sözləri çox işlədərdim,amma mənə dərs verən çox yaxşı "müəllimim" oldu və şablon "sevməkdən qormaq"la əlaqədar sğzləri mənə kitabımdan sildirdi,yaşadıqlarımız üçün heç vaxt peşman olmayaq,sonu nə olursa olsun,öyrəndim ki,sonunu fikirləşsən heç nəyi haqqınca,gözəl yaşaya bilməzsən!Nə vaxta qədər hisslərimizi basdırıb,qorxuram deyək və həyatımızı,sevgimizi yaşamayaq,bir də ayılaq ki,artıq ailə qurmuşuq sevmədən və ömür də tükənir.Mən bunu gec anladım amma çox dərindən yaşadım.Ona görə siz də gec qalmayın.Sevin,bağlanın,layiq olana dəyər verməkdən çəkinməyin.Eqolarınızı öldürün!
Yazını isə özün yazmısansa çox gözəl yazmısan.Əllərinə sağlıq!Bir şey deyim,mən çox vaxt araşdırmıram ki,userlərdən hansı oğlandır hansı qız.(təbii ki,avatarından və nikindən bəlli olmasa)Bu günə qədər bilmədiyim mənim qəbahətimdir,sorry.Yazından bildim ki qızsan,sənin o "nənəcan" zarafatına bir az kobud cavab verdiyim üçün də bağışla,bilmirdim ki qızsan.)
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

KaKeTKa-)

13 Yanvar 2010 17:37

[hide][/hide]

Megaboy

13 Yanvar 2010 17:36

Maraqlıdır.Təşəkkür


Maraqlıdır.Təşəkkür
yerivar yerivar

Guller22

13 Yanvar 2010 17:15

Kaski yasanan ve biten sevgilerin sonunda bu cur agir kelmeler soylenmeye.Deyilen bu kelmelerin hirsle deyildiyini dusunurem.Twk.[color=#CC33CC][/color]

UKA

13 Yanvar 2010 17:07

Movzu ucun twk vaxt olanda oxuyacam eziyet cekmisen +5...