Loading...
Səssiz sevgi

Səssiz sevgi

Loading...
Səsiz sevgi

 

Ofisiantın yanımıza necə gəldiyini, hətta boşqabları necə qoyduğunu nə mən nə də nişanlım hiss etmişdik. Üstəlik, şəhərin qarma-qarışığından, səs-küyündən uzaq bir kafedə oturmuşduq, elə həyəcanla söhbət edirdik ki, ofisiantın yeməkləri necə gətirməyindən də xəbər tutmamışdıq. Nədənsə mənim də, nişanlımın da yemək yeyəndə söhbət etmək çox xoşumuza gəlirdi. Bir-birimizlə təkcə fikirlərimizi yox, hisslərimizi də bölüşürdük. Bu vaxt bir gün əvvəl baxdığımızfilm yadımıza düşdü. Və hər ikimiz bu filmdən danışıb bir xeyli güldük. Sonra isə elmi konfransa göndərəcəyimiz məqaləni müzakirə etdik. Daha sonra da nişanlım mənə uşaqlıq xatirələrindən danışdı. Açığı, mənimdə bu barədə danışmağa sözüm az deyildi. Söhbətimiz davam edirdi ki, birdən gözüm kafenin bir küncündə oturub yemək yeyən yaşlı yaşlı bir ailəyə sataşdı. Qadının əlləri güllü paltarı kimi solmuşdu. Kişinin isə üzünü dərin qırışlar örtmüşdü. Sanki heç bir yerə tələsmir ağır-ağıryeməklərini yeyirdilər. Əslində, məni onlara cəlb edən ən çox səssizlikləri idi. Oturduqları o küncdə, necə deyərlər, meloxonik bir hava hökm sürürdü. Nişanlımla söhbətimiz davam etdikcə yaşlı ailənin səssizliyi mənə daha çox təsir edirdi. Bu isə istər-istəməz məni onlar haqqında düşünməyə vadar edirdi. İnsanların biri ilə danışmağa sözlərinin olmaması nə qədər də acı idi. Axı, doğurdanmı, onların həyat tarixçəsində hələ çevirmədikləri bir səhifə qalmamışdı?.. Nəhayət, hesabımızı ödədik və qalxdıq. Elə yaşlı ailənin qarşısından keçirdim ki, pul qabımı yerə saldım. Götürmək üçün əyiləndə masanın altında onların bir-birinin əlindən tutduqlarınnı gördüm. Yəqin ki, elə bayaqdan bəri əl-ələdirlər,-deyə bir anlıq öz-özümə düşündüm. Sonra da şahid olduğum bu mənzərənin nə qədər böyük bir səadəət olduğunu düşünə-düşünə ayağa qalxdım. Bu yaşıl ailənin bu isti hissləri mənim onlar haqqında fikirlərimi də isitdi. Bəli, onların bu səssizliyi danışmağa söz tapamamalarından doğan bir səssizlik deyildi. Əksinə onların bu səssizliyi bir-birlərinə dərin sevgi duyumlarından doğan bir səssizlik idi. Kim bilir, onlar bu isti hissləri artıq neçə illər idi ki, bir-birləri ilə bölüşürdülər. Bəlkədə onların bu günlərinin dünənlərindən elə bir fərqi yox idi. Ancaq onlar həm yaşadıqları həyatla, həm də bir-birləri ilə çoxdan barışmışdılar...
Nədənsə, mən nə vaxtsa, bizim də belə olacağımızı düşündüm. Və doğrusu, bu mənə o qədər də uzaq gəlmədi.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

22 Yanvar 2014 22:22

amma deyirem guyam ki qocalar bir söz tapib danışa bilmirdiler mene ne xeber aktiv olunub :D
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!