Loading...
Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab

Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab

Loading...
Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab

 

Dünyanın bir çox ölkəsində ortaq sevgi sözləri ilə yanaşı bir dilə, ya da ölkəyə xas olanları da var. Məsələn, fransızlar sevgililərini “birəm” deyib oxşadıqları halda taylar sevgiliyə “balaca filim” deyir. Sizcə hansı xalqın nümayəndələri sevgililərinə “balqabaq” deyir?
Fərqli dillərdə sevgiliyə 10 fərqli xitab:

“Balaca kələmim” — Fransızlar
“Çou”, yəni kələm balaca və sevimli olduğuna görə fransızlar sevgililərinə tez-tez bu cür müraciət edirlər. Fransızlar kələmi həm də uşaq başına oxşatdıqları üçün sevimli sayırlar. Valideynlər uşaqlarına oğlandırsa kələm deyirlər.

“Balqabağım” — Portuqallar
Portuqallar isə “çuçu” sözünə, yəni “balqabaq” müraciətinə üstünlük verirlər. Sözün sonuna “zinho”, yəni “balaca” sözünü də əlavə edib sevgililərini çağırırlar.

“Gözləri olan yumurta” — Yaponlar
Yaponlarda qadına “gözləri olan yumurta” demək əvəzsiz kompliment sayılır. Çünki yaponlar yumurta kimi oval üzlü qadınları seksual hesab edirlər.

“Kəllə qənd” — İspanlar
İspanlar sevgililərinə “şirinim, balım” sözləri ilə yanaşı “qəndim” deyə də müraciət edirlər.

“Ürəyimin meyvəsi” — İndoneziyalılar
İndoneziyada uşaqları “ürəyimin meyvəsi” deyərək oxşayırlar. Hətta bu söz Cakartada bir xəstəxananın adıdır.

“Birəm” — Fransızlar
Fransızların qəribə xitabları yuxarıdakı “balaca kələmim”lə bitmir. Onlar sevgililərinə “birəm” deyə də müraciət edirmişlər. Rəvayətə görə bu söz insanların bir-birilərinin birələrini təmizlədikləri dövrlərin ən şirin xatirəsidir.

“Ceyranım” – Türklər
“Ceyran”, “maral” da bizim və ümumilikdə türk xalqlarının sevimli müraciət formasıdır. Ərəblər də gözəl gözlü xanımları belə çağırırlar.

“Balaca filim” – Taylar
Fillər Tailandda yaşayanların ən çox sevdiyi heyvanlardır. Onlar fillərin uğur gətirdiklərinə inanırlar. Hətta bir müddət dövlət bayrağında da fil fiquru əks olunubmuş. Ona görə də, “balaca filim” müraciəti burada bənzərsiz tərif hesab edilir.

“Batan balıq, yıxılan qaz” – Çinlilər
Bu maraqlı sözün arxasında əslində qədimi Çin rəvayəti yatır. Rəvayətə görə, Xi Şi adlı gözəl bir qadın varmış. Xi Şi göldəki balıqlara baxanda balıqlar onun baxışlarından elə təsirlənirmişlər ki, üzməyi yaddan çıxarıb batırmışlar. Göydə uçan qazlar da Xi Şini görən kimi ona vurulur, qanadlarını tərpətməyi yaddan çıxarıb yerə çırpılaraq ölürmüşlər. Beləliklə də, çinli kişilər sevdikləri qadının gözəlliyini ifadə etmək üçün bu sözü deyərmişlər.

“Balaca göyərçin” – Ruslar
Bu xitaba əsasən Puşkinin əsərlərində rast gəlinir. Puşkin özündən yaşca böyük dayəsinə sevgisini göstərmək üçün “balaca göyərçin” sözünü işlədirmiş. Bu xitabın Rusiyada “İncil”in tarixi qədər qədim olduğu bildirilir. “İncil”in ruscaya tərcüməsi ilə dilə daxil olan “balaca göyərçin” sonradan sevgililər arasında populyarlaşıb.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ngng

17 Yanvar 2014 17:50

oooyy bunlari bize deseler varaa alemi dagidariq

❃FloRal❃

16 Yanvar 2014 22:20

Kitaylarin tez-tez sevgililerine "vo çiayda", yeni, ezizim dediyini esitmisem. Hec esitmemisem batan baliq, yixilan qaz:) Guya digerlerini esitmisem, sanki:)
--------------------

***
❃❃❃

***

WUgirl

16 Yanvar 2014 16:49

Gülmeliler tongue
--------------------
ayrı düşdüm joyumdan joyazımdan :))))

gulumse

16 Yanvar 2014 14:56

askim desin besimdi

Live you life

16 Yanvar 2014 09:07

love love Sevdiyinin dilindən səslənən hər söz adamın xoşuna gəlir

v for vendetta

16 Yanvar 2014 02:09

Gözləri olan yumurta” — Yaponlar
Yaponlarda qadına “gözləri olan yumurta” demək əvəzsiz kompliment sayılır. Çünki yaponlar yumurta kimi oval üzlü qadınları seksual hesab edirlər.
yumurtalari basinda sindirardim haha

A_K

15 Yanvar 2014 22:08

Azerbaycanlılar yoxuydu winked
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

NICKY

15 Yanvar 2014 21:08

Ürəyimin meyvəsi love
--------------------
♡♡♡

Nahid-19

15 Yanvar 2014 21:02

“Balqabağım” — Portuqallar
mocking ....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Jenny J

15 Yanvar 2014 19:26

“Balaca filim” – Taylar


“Gözləri olan yumurta” — Yaponlar


Batan balıq, yıxılan qaz” – Çinlilər


Balaca kələmim” — Fransızlar





mocking
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

15 Yanvar 2014 18:42

Deyirəm bizimkilere portuqallar dediyin desək belke bizi hec bağışlamazlar belə baxanda haqları da var belə etməyə
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Həyat

15 Yanvar 2014 18:17

Balqabağım nə ya)))
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Ms.Aytac

15 Yanvar 2014 17:36

Indoneziyalilarin ve Ruslarin dedikleri daha gozel qalanlar daha qeribedir