Loading...
Gözəl baxırsan amma...

Gözəl baxırsan amma...

Loading...
Bəzi peşmanlıqların izləri vardı gözlərinin kənarında, bir də bəzi gülümsəməyi xəttləri yerləşmişdi ürəyinin kənarına, sezdim.

Hanı illər əvvəlindən tanıyırmış kimi idim, illərcə tanımadan bilmiş kimi idin. Qəribədi amma o qədər yaxın idi əslində, əlimi uzatsam tutacaqdı. Uzatsam tutardın?

Hər şey bizim xəyallarımızdan ibarətdi, ikimiz də bilirik. Mən əslində sən olmayan birini geyindirib üstünə xəyalımda, sən olursan. Sən olmayan sənə yazıram bu sətirləri. Sən də ehtimalla mən olmayan mən üzərinə xülyalar qurursan bu vaxtda, yanılırsan, mən daha çox...

Gözəl baxırsan amma...

Mən həmişə daha çox yanıldım onsuz da, mən həmişə daha çox sevdim, daha çox güvəndim çünki başqa cür necə yaşanar, heç bilmədim.

Ona görə çox paya yedim, ona görə pul itirdim, xəyanətə tuş gəldim, kürəyimdən bıçaqlandım amma heç imtina etmədim sevməkdən, eşqdən, güvənməkdən və həmişə yenidən sınadım.

Gözəl baxırdın, gözlərində bir qəribə dinclik vardı. Özünə qaçırdı yəqin ki, başqa yaxşılığın yox idi, başqasına zərərin də... Amma bəzilərinə soruşsam, hər kəs kimi, sənin də ardından pis söz söyləyəcək biri tapılar.

Gözəl baxırsan amma...

Gözlərimiz gözəl baxmış ola bilər və ya gözəl sevməyi öyrənmişik bir yerlərdə. Ona görə indi səssiz, dinc və tək yatırıq bəlkə bu saatda.

İndi mənim səninlə əlaqədar hələ yetişməmiş xəyallarım var. Əslində səninlə əlaqədar deyil, mənim xəyallarım var onsuz da, baxıram indi sən o şəkilin içinə sığarsan deyə?

Sənin də bir yerdə saxladığın son bir güllən varsa, onu atarsan bəlkə mənə, ürək bu alovlanar an gəlir, baxarsan ölərik. Amma mənim ömrüm uzundur eşqdən yana, ancaq uzun yollarda qaçacaq gücün varsa yan-yana dayanarıq.

Bir az tanış gəldi ürəyin dünən gecə mənə. Hanı bir yerlərdən aşinaydım ağrılarına, ona görə ürək çəkmişdir, üstünə alınma. Bir də elə gözəl baxdın ha, o səbəbdən yazıram bu cümlələri sənə...

Gözəl baxırsan amma...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

meni.dunyam3.ru

19 Aprel 2014 11:31

maraqlidi duzu oxumaga deyer ay

♥nermin♥

31 Yanvar 2014 20:58

maraqliydi

gulumse

16 Yanvar 2014 17:46

coxxxxxxxxxxxxxxx gozeldi inanilmaz derecede

Ayse_Skazocka

6 Yanvar 2014 14:42

Maraqliydi tewekkkur...

Cadi

3 Yanvar 2014 18:22

Maraqlidi tewekkur

Night Wolf

2 Yanvar 2014 21:11

maraqli xeber idi sag olun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Həyat

2 Yanvar 2014 21:00

Mən həmişə daha çox yanıldım onsuz da, mən həmişə daha çox sevdim, daha çox güvəndim çünki başqa cür necə yaşanar, heç bilmədim.

Sadəcə gözəldi...
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

A_K

2 Yanvar 2014 20:58

Bak bak sennn.. çok gűzel yazılmış beyendim give_hea
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin