Loading...

Sevirsənsə Deməlisən
Sevgi
- 09 Yanvar, 2010
- 5 815 Baxış
Loading...

Sizdən Xahiş Edirəm Sonuna Qədər oxuyun
Sevirsənsə Bunu Deməlisən...!
10-cu Sinif
İngiliscə dərsində yanımda bir qız otururdu onun üçün 'mənim ən yaxşı yoldaşım' deyirdim... amma mən onun ipək kimi saçlarına baxıb onun mənim olmasını istəyirdim... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim, dərsdən sonra qalxdı və keçən gün sinifdə olmadığı üçün o günün qeydlərini istədi ona qeydləri verərkən mənə təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım...
11-ci Sinif
Telefonum zəng çaldı, zəng edən o idi və ağlayırdı mənə sevginin necə ürəyini qırdığını izah etdi, məni evinə çağırdı, tək qalmaq istəmədiyini söylədi, məndə təbii ki getdim, kresloya, onun yanına oturdum, gözəl gözlərinə baxmağa başladım və onun mənim olmasını dilədim, 2 saat sonra Drew Barrymore'nin bir filmi başladı və onu izlədik filmi izlədikdən sonra yatmağa qərar verdi, mənə hər şey üçün təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım...

11-ci Sinifin Sonu
Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və "gəzdiyin insan xəstə və party'a gələ bilməyəcək" dedi, mənimdə gəzdiyim və ya sevdiyim biri yox idi və 7-ci sinifdə bir-birimizə söz vermişdik əgər sevdiyimiz biri olmazsa party'lara birlikdə gedəcəkdik, "ən yaxşı yoldaş" olaraq. Və party'a birlikdə getdik, o axşam çox gözəl idi, hər şey yolunda getdi, party'dan sonra onu evinə qapısının önünə qədər buraxdım, qapının qarşısında ona baxdım o da mənə o gözəl gözləriylə gülümsəyərək baxdı. Onun mənim olmasını istəyirdim... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim, mənə "həyatımın ən gözəl zamanını keçirdiyini" söylədi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım...
Günlər, həftələr, aylar keçdi və məzuniyyət günü gəldi çatdı...
Davamlı onu izlədim onun mükəmməl bədənini seyr etdim. Atestatını almağ üçün səhnəyə çıxarkən sanki havada süzülən bir mələk kimi idi. Onun mənim olmasını istəyirdim... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Hər kəs evinə getmədən əvvəl yanıma gəldi və ağlayaraq mənə hücum etdi sonra başını çiyinimə qoydu və "sən mənim ən yaxşı yoldaşımsan, təşəkkürlər" deyib yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım...

Aradan illər keçdi...
Bir kilsədəyəm və o qızın nikahını izləyirəm... bəli artıq evlənirdi, onun "bəli, qəbul edirəm" deməsini, yeni həyatına girməsini izlədim, başqa bir adamla evli olaraq. Onun mənim olmasını istəyirdim... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Yeni həyatına girmədən əvvəl yanıma gəldi və "nikahıma gəldin təşəkkürlər" deyib yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım...

İllər çox tez keçdi...
Bu an mənim bir zamanlar ən yaxşı yoldaşım olan qızın tabutuna baxıram, əşyaları toplanarkən lise illərində yazdığı gündəliyi ortaya çıxdı... Dərhal gündəliyini götürdüm və gündəlikdə oxuduğum sətirlər belə idi...
"Onun gözlərinə baxaraq onun mənim olmasını dilədim... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım... Kaş ki mənə məni bir dəfə sevdiyini söyləsəydi..."
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...