Loading...
Sənə ehtiyacım var

Sənə ehtiyacım var

Loading...


Bu qədər yorğunluğun üstünə bir az dayanıb istirahət etmək istəyir ürəyim. Bir çiyinə söykəyib başımı, azca nəfəs alma, hətta bir ömür boyunca güclü görünmək adına tutduğum gözyaşlarımı qollarında sərbəst buraxmaq.
İstədiklərim əslində o qədər sadədir ki, bəlkə də mənə elə gəlir. Yaşadığım çətinlikləri üstünə atmaq deyil dərdim. Tam da tərsi, bütün hamısını unutmaq üçün sənə qaçmaq istəyirəm. Yanğın yerinə dönən bu ürəyimi, eşqinlə söndürməliyəm.
Elə yuxusuzam ki gecələr, bilə bilməzsən. Sənsizliyin parçalayan ağırlığından olsa gərək, davamlı oyandığım narahat yuxulardan bədənim yorğun düşür. Sən gəlsən, başmı qoyar-qoymaz dalıb gedəcəyim xoşbəxt bir gecənin həsrətini çəkirəm.
Getdiyin hər yerdə izini sürərək, sənin üçün dəlicəsinə, acı bir həsrətlə ardından qaçaraq, həmişə gözləyərək, həmişə darıxaraq keçir vaxt. Əllərimizdən itkin gedən bu zamanın geri dönüşü də yoxdur, bundandır qovuşma təlaşım.
Həyatımı belə bir nəzərdən keçirirəm, nə qədər çox təxirə saldığım ümid var. Səni təxirə salınmışlar siyahısına qoymaq istəmirəm. Nə varsa yaşanılacaq! Bir filmi izləyib gülsək, məsələn, partlamış qarğıdalı qoxusu yoldaşlığında.

Sənə ehtiyacım var

Bəzən ağılının içinə girmək istəyirəm. Nə düşündüyünü bilmək, ürəyinin içinə sızaraq nə hiss etdiyini anlamaq və nə öyrəndimsə bu günə qədər hamısını unudaraq səninlə yenidən başlamağa ehtiyacım var.

Ağlım, ruhum səndə qalmışkən gündəlik həyata uyğunlaşmaq da çətin əslində. Dostların qəhvə söhbətləri, bir film kadrı, əl-ələ gedən bir cüt-gördüyüm hər nə varsa, qaçışlarıma daha çox itələyir məni.

Gün olar da bezsə ürəyim, bu uzun və heç bitməyəcək gözləyişlərdən deyə qorxuram. Səndən ayrılmaq dərd deyil, bağlayarıq bir gecə yarısı telefonları özümüzü bitirərik bir-birimizi. Sonra nə olar? Ağlım ayrılığı qəbul etsə də, başqa bir bədən bədənimə dəydiyində, ürəyim yenə xəyanət sayar bir xaricinin gözlərimə baxan gözlərini. Sənə aid olmaqdan imtina etməm üçün ürəyimin bunu qəbul etməsi lazımdır, yoxsa, məntiqim bitdi deyə qışqırsın atsın, nə fayda? Sənin adını söyləsəm sevişərkən, getdiyim yerdə bir kitab görər və səni axtarmaq istəsəm ya da ən sevdiyim mahnı çaldığında ağılıma yenə sən gəlsən, həqiqətən səndən ayrılmış sayılarammı?

Sənə ehtiyacım var

Sevdiyim, sərin bir yaz gecəsinin ortasında gəlsən, heç xəbərim olmadan qəflətən döysən qapını, qarşımda səni görüncə gözlərim işıldasa, səssiz bir qışqırıq atsam içimdən dəqiqələr boyunca sarılıb qalsaq o qapının qarşısında. Balkonda bir gözəl masa qursam yanına da bir kiçik duble qoysam həsrətə yaraşar deyə; sonra sən izah etsən yoxluğunda nələr etdiyini, mən gözlərinin içində itərək dinləsəm. Əllərimiz birləşsə bir-birinə, hətta bədənimiz , səhərə qədər qucaqlaşaraq yatsaq tək yuxulara inad. Sən artıq gəlsən sevgili, çünki bu ürəyin sənə ehtiyacı var...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

meni.dunyam3.ru

19 Aprel 2014 11:44

bular ela sozlerdi amma onuda unutmayag ki allahimiz buyurub ki; onsuz yawiyamam deme seni onsuz yawadaram

sevgi meleyi zema

21 Fevral 2014 18:24

tessekur cnim

♥nermin♥

1 Fevral 2014 11:19

super twk.amma ilk sevgini hec vaxt unutmaq olmur girl_cray

melisa can

30 Dekabr 2013 23:58

ela elaaa rose twkler

PERSONA_NON_GRATA

28 Noyabr 2013 16:32

Həyatımı belə bir nəzərdən keçirirəm, nə qədər çox təxirə saldığım ümid var.
.........................................................................

MiSS BlaCKStaR

27 Noyabr 2013 21:09

Nem ewwii...bow weylerdi bezen.....
Mahni xow geldi...
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

Night Wolf

27 Noyabr 2013 19:54

Maraqli sozlerdir cox sag olun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

27 Noyabr 2013 19:20

Pis deyildi twk
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Həyat

27 Noyabr 2013 18:42

Ağlım, ruhum səndə qalmışkən gündəlik həyata uyğunlaşmaq da çətin əslində.
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Swagy Angel

27 Noyabr 2013 18:15

oxudum tewekkur