Loading...
Doğrularımız

Doğrularımız

Loading...
Hər kəsin bir həyat hekayəsi vardır. Kimisi qaranlıq otaqlarında güzgüdə özlərinə baxmaq üçün gözlərinin kor olmadığına inandırmaq istər özünü, kimisi gizlədilmiş xoşbəxtliklərini axtarmaq üçün çıxa bilməyəcəkləri bir quyunun dibinə enər, kimisi otağının toz basmış döşməsində ulduzların narın işiqları ilə addımlayar. Bəziləri pəncərəsini önünə bir gül əkib öz ömrünü ona verəcəkmiş kimi böyüdər. Solmasını istəməz. Birisidə sadəcə bu olanları kənardan izləyər öz soyuq otağında. Divarının bir üzünü yalanlarla, bir üzünü də doğrularla bəzəmişdir. Bəzədilmiş bir dəniz kimidir həyatımız. Dərin suların altında hansı dalğanın bizi sahilə çırpacağı məlum deyil. Dünənki yalanlarımızın bü günki doğrularımızdan fərqli nədir görəsən?
Hansı bizi boğulmaqdan xilas edəcəkdir bilmirik. Amma doğru bildiklərimiz bizim cəsarətimizdir, şansımızdır. Saat əqrəbinin fırlanaraq ömrümüzdən aldığı zamandır. Yalnız özümüzün eşitdiyimiz səsimizdir. O səski , içimizdə səslənərkən ürəyimizi elə bir incidərki ahı bütün dünyanı sarar. Amma heç kəs eşitməz. O səski bizə dorğruyu söylər amma qulağımız eşitməz, o səski bütün gücüylə bizə doğrunu göstərər amma gözümüz görməz...Güzgüyə baxdığımız zaman özümüzü bizə göstərəndir həqiqət. Getdiyimiz yolda arxaya baxdığımız zaman izlərimizi görməkdir.

 

Doğrularımız

 

Bir rəssama həqiqəti çək desəm. Nə çəkərdi görəsən? – Əsərini bir ömür boyu rəngləsə belə həqiqəti hansı rənglərdə gizlətdiyini necə tapardım bilmirəm.
Suallarıma sualla cavab tapa bilməkdir həqiqət. Həqiqəti gizlətməyə o qədər öyrəşibki vücudumuz, ayağımıza daş bağlayıb bir dənizə atsaq özümüzü batmarıq. Doğrunu düşünmək niyə bu qədər boğur bizi? Qəhərimizin bizi öldürəcək qədər nə günahımızın olduğunu düşünürsən çox zaman. Doğru yolda yerimək o qədər çətinləşibki, sanki hər addım atmağımız üçün bir dağ devirməliyik.
Doğrularımız üçün bir ağac əkdiyimizi düşünək. Hər budağı, hər yarpağı, kök salmış torpağı doğruluq ətri ilə bürüsün hər yanı. İçinə çəkdiyimizdə heç oyanmaq istəmədiyimiz gözəl bir röya içinə düşək. Yalanlarla dolmuş buludları qovaq dünyamızdan. Onlara, “ qaranlıqlarla bürümə, həqiqət nuru ilə dolu olan günəşimizin önünü” deyək.
İsit ruhumuzu öz şəfəqinlə həqiqət dolu günəşim.


Müəllif : Eva_1
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

meni.dunyam3.ru

19 Aprel 2014 11:53

yalan insani alcaldirmiw bunu oyrendim men ! men bir omrluy yalana tovbe etdim daha yalan yoxdu heyatimda amma sevdiyim insanda yoxdu daha wassat

♥nermin♥

1 Fevral 2014 11:29

men 1 bu heyata nifret edirem 1de...........................................♥

gulumse

16 Yanvar 2014 18:08

mende nifret edirem

PERSONA_NON_GRATA

24 Dekabr 2013 16:19

Həyata nifrət edirəm... Çünki həqiqəti heç vaxt görmədim onda....

awkimsan

20 Noyabr 2013 16:24

twk . men ancaq pencereye ufurub urek cekirem

A_K

14 Noyabr 2013 13:24

Twk Eva-1 gőzel dűşűncelerin var.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin