Loading...
Hər sevənin bir unudanı var

Hər sevənin bir unudanı var

Loading...



Hər sevənin bir unudanı var

 

İki qanadlı bir mələyi, küləyin saçlarını qarışdırdığı və üzünü örtdüyü birini, yağışda islanmaqdan qorxan, toz dumanla gözləri heç bir yolu görməyən birini düşün. Uşaqlığını bir daşın altında xəyallarını isə bir qutuya danışıb torpağın altında gizlədən bir xəyalpərəsti düşün...
Hamımız uşaq ikən hündürlükdən aşağıya tullanaraq, əllərimizi sonundək açıb qısa bir məsafədə olsada belə özümüzü bir quş hesab etmək istəmişik. Ancaq hər dəfəsində yerə çırpılmışıq. Ağrısada əlimiz, ayağımız hər şeyə inad yenidən qalxıb düşəcəyimizi bilə-bilə təkrarlamışıq. Təkrar , təkrar, təkrar... Bəlkədə əslində həyatdan ilk dərsimizi o zaman almışıq.Yıxılarkən yenidən ayağa qalxmaq dərsini. İnsan həyatın iki üzünü bəzən xoşbəxtliklərdə bəzəndə çətinliklərdə axtarır. Doğrunun hansında tapıldığı isə məlum deyil.
Böyüyəndə nə olmaq istərdin ? – Sualına hər dəfə bir cavab verərdik. Çünki doğru cavabı, hələ böyüməmiş düşüncələrdə necə tapmaq olarki!? Həyat bizi böyütdükcə öz imtahan suallarını daha da çətinləşdirdiyi kimi cavabları tapmağımızada mütləqki bir yol göstərmişdir. Amma o yolda yeriyərkən geridə qalanları unutmalıydıq. Bunu etmək o qədərdə asan deyildi.

 

Hər sevənin bir unudanı var

 

Yaşadığımız dünyanı zamanla tanıyırıq. Bir gün çox sevirik, bir gün çox nifrət edirik, bir gün isə qərarsız qalırıq. Böyük bir boşluqda kiçicik bir nöqtə kimi. Sevdiyin insanlardan kömək gözləməkdir əslində dərin bir boşluqda yalnızlıq. Zaman getdikcə günəş şəfəqinin üzünə düşməyinə möhtac qalmaqdır yalnızlıq. Bir ömür boyu olmasa belə sadəcə bir gecə içinin aydınlanmasını istəməkdir yalnızlıq. Kimsəsiz uzun bir yolda son nəfəsinə kimi qaçarkən, öz kölgəmizdən can qurtarmağın mümkün olmadığını anlamaqdır yalnızlıq. Bəlkədə sadəcə bir nöqtədə xoşbəxtlik axtarmaqdır yalnızlıq.

 

Hər sevənin bir unudanı var

 

Sevgini bəzən arzularımın arzusuna bənzədirəm. Nə qədər əl atsamda ona toxunmaq üçün qarşımdakı qara rəngə boyanmış divarları və əngəlləri yox etməliyəm. Sevmək mi, unutmaqmı? Hansı daha asandı və ya hansı daha çətindir? - deyə hər gün düşünərkən, yolun hansı tərəfindəyəm görəsən? Qalmaq üçün səbəbim sevməkmi? Getmək üçün səbəbim nifrətmi ? Bilmirəm...
Hər ürəyin bir nəğməsi vardır. Eşidilərkən həm qəm həmdə sevinc saçan. Zaman içərisində bir şeyi yaddaşımdan silmişdim. Amma sağ ol ki sən xatırlartdın. Nə qədər istəyirsən bu həyatda inkar et amma hər sevənin bir unudanı vardır.



Müəllif: Eva_1
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PERSONA_NON_GRATA

24 Dekabr 2013 16:23

hmmmmmmmmmmmmmm..... yenə sevgi))))))))))




Həyata nifrət edirəm... Çünki həqiqəti heç vaxt görmədim onda....

Hesretli Sevgi

24 Oktyabr 2013 10:01

menali sozlerdi.kim kimi unutsa da teki ALLAH unutmasin bizi.ve teki biz unutmayaq ALLAHI

Starbucks

23 Oktyabr 2013 20:33

Çox gözəl və özəl...
--------------------
Follow İnstagram: @anti_standart

❃FloRal❃

23 Oktyabr 2013 19:07

Ne vaxtdandır görmürdüm sizin yazıları. Tek sözle, super
--------------------

***
❃❃❃

***

ehlibeyt

23 Oktyabr 2013 19:05

coooox tesiredicidi menalidi, ve en esasi realliqdi, real sozlerdi heqiqeten,,,, twk

MisS

23 Oktyabr 2013 19:03

maraqli xeberdir