
Sevgilim...
- 17 Avqust, 2013
- 4 835 Baxış
Səninçün nə yazsam əskik qalar.. Sənə elə bağlıyam ki, bəzən sadəcə səninlə var olduğumu zənn edirəm.. Hansı dünyadan, hansı nağıldan gəldiyini bilmirəm.. Ama sadəcə bildiyim yalnız bir şey var; mənimçün gəlmisən.. Varlığın məni həyata daha da sıx bağlayır..
Yaxın gəl.. Gözlərini yum.. Əllərimi tut.. Bir anlıq hər şeyi unut.. Və ancaq məni düşün.. Onda sən də səmadan nə qədər yüksəkdə olduğunu anlayacaqsan.. Bax, səninlə olarkən mən sadəcə sənin olduğun nöqtənin ən dərinindəyəm.. Sən həyatım boyunca, həyatımın sonuna qədər mənim ürək döyüntümsən.. İlk baxışda aşiq olduğum o gözəl gözlərin mənim rahatlıq tapdığım tək yerdi...
Sevgi nədir bilirsən? Sevgi sənsən..
İçdən gülmək nədir bilirsən? İçdən gülmək sənsən..
Həyat nədir bilirsən? Həyat sənsən..
Belə çox suallar var.. Və sualların bütün cavabları SƏN`ə gətirib çıxarır.. Çünki ünvanın həm başlanğıcı, həm sonusan... Əlimi tut və heç buraxma..
Səni çox sevirəm.. Allahdan tək diləyim səni ömür boyu ömrümə yar eləsin.. Məni sənə ``məndən vaz keçə bilməyəcəyin qədər`` sevdirsin.. Hər anımda yanımda olacağ qədər sevdirsin.. Səni mənə təkcə ``uşaqlarımın atası`` kimi yox, həmdə ən əsası və ən önəmlisi həm pis, həm yaxşı günümün yol yoldaşı, həyat yoldaşı olacaq qədər sevdirsin..Dualarımdasan.. Aldığım nəfəsimdəsən.. Döyünən ürəyimdəsən.. Məndəsən.. Mənimləsən.. Səninlə hər şeyə varam.. Həm də sonsuzadək... Sən mənim alın yazımsan...
[media=http://www.youtube.com/watch?v=F1heSQd3i4g]