Fon yüklənir...
Загрузка...

Sənsiz olmur sevgilim!

Загрузка...
Sənsiz olmur sevgilim!

Yenə təkəm, həyat üstümə gəlir, bu qaranlıq dünyamda sənsizlik pərişan edir.
Təkliyə alışa bilmirəm, sənsizliyə alışa bilmirəm, və həyatım boyunca da alışa bilməyəcəyəm!

Xəyallarımızı gerçəkləşdirmək üçün nələr verməzdim ki, nələrdən imtina etməzdim ki, bütün dünyanı belə qarşıma götürərdim, yetərki səninlə olum, yetərki səni birdəfədə olsa xoşbəxt görüm, yetərki gözlərindəki o işığı görə bilim.
Mən sənə canımı fəda edərəm əzizim, sənsiz bu canı mən neyləyim?
Olmur canım sənsiz yaşamaq, sənsiz olmur!

Sənsiz olmur sevgilim!

Duyğularımı içimə atıram, kədərlənməməyin üçün, təkrar qəhr olmamağın üçün, amma içim doldu artıq,
hər yerim sənlə doldu, canım ağrıyır artıq.
Qışqırıram dünyaya, ehhh nələr çəkirəm sənsiz, darıxıram sənsiz.
Xatirələrə sığınıram, xəyallarımız gözümün qarşısından keçir, xoşbəxt oluram, gülürəm, sevinirəm.
Sonra yenə özümə gəlirəm və sənsiz bu həyatda yaşaya bilmədiyimi qışqırıram.
Sənə qovuşmaq, sevgimizi paylaşa bilmək niyə bu qədər çətindir axı?

Sənsiz olmur sevgilim!

Ürəyim mənə səslənir, "Danış artıq" deyir, "Qışqır hər kəsə içindəkiləri" deyir,
"Susma, qışqır qışqır dünyaya, qışqır sevgini, qışqır eşqini, qaçır onu, apar onu buralardan" deyir!
Gəl desəm gələrdin Sevgilim? Gəl ömür boyu mənimlə ol desəm bəli deyərdinmi Sevgilim?
Körpəm, heç bir şeyə fikir vermədən yanına gəlim desəm, əlini tutum, gözlərinə baxım və başqa diyarlara aparım desəm gələrdinmi mənimlə Sevgilim???
Artıq bu sualların cavablarından belə qorxuram, geri çevrilməkdən, təkrar vurğun yeməkdən çox qorxuram Sevgilim!

Bilirəm, sənsizlikdə hər saniyə ağrı çəkəcəm, hər saniyə səni düşünəcəyəm, həmişə ürəyimdə olacaqsan və həmişə qəhr olacağam.
Həyat mənsiz davam edəcək...

Mən yalnız amma yalnız səninlə, canımdan çox sevdiyimlə, sevgilimlə birlikdə olmaq istəyirəm.

SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!!
Загрузка...

ŞƏRHLƏR

emiwka

31 May 2014 18:34

aa ( senziz olmur sevgilim) ?_NIYE_? bee

......................... ne ne wink2
--------------------
Getdim Sagolun

EHLIKEF

25 Dekabr 2009 15:51

love recourse love

laught

Guller22

25 Dekabr 2009 14:30

SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!!

Zaman kecdikce hiss etmey olur.Sadece zamanla oyresmey lazimdi.
Twk.

sevdican

25 Dekabr 2009 04:06

Mende canimdan cox deyer verdiyim,sevdiyim insandan illerdir ayriyam dozmek olmur onun hec xeberi bele yoxdur men burda neler cekdim ve neler yasayaraq neler hiss ederek sevmediyim biri ile nishanlandim.Ne etmek olar heyatin,dunyanin qanunlarindan biride bu imish!!
Çox gözel xeber idi.Teshekkurler.

LARACROFT

24 Dekabr 2009 23:45

Ramin yazı yaxşı idi çox sağ ol.

Yaxşı sene noldu?Sende başladın?
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Joy.az-li

24 Dekabr 2009 22:03

.................................... love love love

KeNaN T.T.

24 Dekabr 2009 19:45

OLMUR OLMURRRR recourse

_axmedov_

24 Dekabr 2009 19:39

MARAQLI XEBERIDI TEEKKURLER
--------------------
26 10 1992

Afrodita

24 Dekabr 2009 18:05

Sitat: Fairy Dreamer
Sensiz olmur deye bir soz cefengiyyatdan basqa bir sey deyil , insan heyatda nece deyerli insanlari itirir yasayir , yox bir oglani yada qizi itirecek sonrada sensiz olmur olerem filan.Dunyada vaz kecilmez hec bir sey yoxdur

Duz sozdu de....Ne deye bilerem.

Ramin sende ewqe dusdun? fellow

Elif_87

24 Dekabr 2009 16:50

Dəyərli xəbərdir əlinə sağlıq 5+

LP GIRL

24 Dekabr 2009 16:49

Sitat: m.Hesenzade
Səni sevirəm.

sen ezab 4ekmeye deyer insansan.. love

Rufat

24 Dekabr 2009 16:45

Sitat: Tena
SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!! love

Vay be)) Aşka bak))
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

m.Hesenzade

24 Dekabr 2009 16:43

Sitat: LP GIRL
deymez iinsana gore he4 ezab 4ekmeyede deymez)


Səni sevirəm.
--------------------
Qara Kitabın Xoş Xatirələri...

LP GIRL

24 Dekabr 2009 16:42

deymez iinsana gore he4 ezab 4ekmeyede deymez) lovejoy

Tena

24 Dekabr 2009 15:22

Çox saq ol Ramin.əla yazılıb

Mən yalnız amma yalnız səninlə, canımdan çox sevdiyimlə, sevgilimlə birlikdə olmaq istəyirəm.

SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!!
love

ilk 5 məndən

ML

24 Dekabr 2009 15:03

love love love puah
loading...
Загрузка...