Loading...
Gedəcək bir adamı sevirəm...

Gedəcək bir adamı sevirəm...

Loading...
Nə mənə, nə başqasına aid olan; bir çinar kimi tək yaşayan, azadlığını əllərinə qandal etməmiş bir adamı sevirəm. Hər düşündüyümdə ürəyimi sızladır sevgim. Necə izah etməli bu duyğunu bilmirəm ki? Həkimlərin, öləcək dediyi xəstənin başında gözləmək kimi, əlinizdən bir şey gəlməz, yalnız yaxşı baxarsınız, başında gözləyərsiniz. Bir tərəfdən özünüzü hazırlayır, nə qədər hazır ola bilər ki insan?

Ayrılığın çox uzaq olmadığını bilə-bilə sevmək, ürəyin gücünün çatdığından ağır bir yük kimidir, amma elə dayanıqlıdır ki, bu ürək, sanki ətdən, qandan deyil də dəmirdəndir. Onu yatarkən seyr etdiyimdə, qırılacaq kimi dayanırdı. Elə incədir ki, pambıqlara qucaqlayaraq saxlamaq gəlir içimdən. "Kişi adam incə olarmı?" Deyə düşünməyin, olur! Ən qadın yanım belə kobud qalır.



Gedəcək bir adamı sevirəm. Özünə zülm etmək belə olmalıdır, amma bu, zülmün ən zadəgan olanıdır. Qarşılıq gözləmədən sevməyi öyrədirəm ürəyimə. Bütün insani istəklərimizə baxmayaraq, olduğu qədəriylə kifayətlənərək dadını çıxarıram. Ruhumdakı yabanı otları qoparıram. Eqomu, qürurumu, şeytan yanımı, maraqları, almağı, yalnız istəməyi, bildiyim bütün eşq oyunlarını yola salıram. Bir daha heç çıxmasınlar deyə atəşə verirəm. Sevgi tarlasına yaraşmayan nə varsa təmizləyirəm. Çirklənmiş hara varsa, köhnəlmiş hansı könül yarasının artıqlarını tutursa, hamısını qaldırıb atıram. İçimdə böyük bir bahar təmizliyi var. Haqq etdiyinə inandığım bir kişiyə, daha əvvəl kimsəyə baxmadığım kimi baxıram.

Sevgilim..

Sonu ayrılıq olacaq bir eşqə qaçıram. Üstüm başım nə qədər çirkli olsa da, sevgimi yudum, gümüş bir nimçədə bildirirəm. İstəyər alar, istəyər almaz, amma mən eşqə inancını didərgin düşmüş inad və eşqə baxmayaraq dimdik sevdamın arxasında dayanıram. Hər həyat xoşbəxt bitəcək deyil ki?" Mən payıma düşəni aldım, gedəcək bir adamı sevirəm!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

meni.dunyam3.ru

19 Aprel 2014 12:15

sevgi budur zaten ya gideceyin bile bile sever yanarsin ya biteceyin bile bile her gece kahir olursun

sevgi yalandir

24 Sentyabr 2013 23:32

Gedəcək bir adamı sevirəm. Özünə zülm etmək belə olmalıdır, amma bu, zülmün ən zadəgan olanıdır. Qarşılıq gözləmədən sevməyi öyrədirəm ürəyimə. Bütün insani istəklərimizə baxmayaraq, olduğu qədəriylə kifayətlənərək dadını çıxarıram. Ruhumdakı yabanı otları qoparıram. Eqomu, qürurumu, şeytan yanımı, maraqları, almağı, yalnız istəməyi, bildiyim bütün eşq oyunlarını yola salıram. Bir daha heç çıxmasınlar deyə atəşə verirəm. Sevgi tarlasına yaraşmayan nə varsa təmizləyirəm. Çirklənmiş hara varsa, köhnəlmiş hansı könül yarasının artıqlarını tutursa, hamısını qaldırıb atıram. İçimdə böyük bir bahar təmizliyi var. Haqq etdiyinə inandığım bir kişiyə, daha əvvəl kimsəyə baxmadığım kimi baxıram.

ehlibeyt

17 İyul 2013 16:12

ehhhhhhhhh.qarsiliqsiz sevgi....cox cetindi.sevilmeden yasamaq.yasarken olmekdir...yasamaq menasizdi. ama yasama sebeblerim var. ALLAHa olan sevgim. ailemcun yasamaliyam....ehh diesen cox danisdim.

yagmur damla

15 İyul 2013 19:52

qarwiliqsiz sevgi aci bir weydi . ALLAH hec kime qarwiliqsiz sevgi yawatmasin

Gulka

13 İyul 2013 07:37

qarwiliqsiz sevgi aci bir weydi . ALLAH hec kime qarwiliqsiz sevgi yawatmasin
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Sweet girl ...

11 İyul 2013 12:45

Sitat: Nemka...
qarsiliq siz sevmek

Sitat: ❃FloRal❃ 
Qarsiliqsiz sevmek:((

eh

Sevinc...

10 İyul 2013 19:10

Xebere göre tşk

_РуСаЛКа_

10 İyul 2013 18:44

Sevgi gözəl hissdi acısıyla ezabıyla gözəldi love
belə bir şey yaşamışam qısa müddətlik də olsa ona görə bilirəm necə çətin oldugunu... ama şükürlər olsun ki hər şey düzəldi :))))

❃FloRal❃

10 İyul 2013 18:37

Qarsiliqsiz sevmek:((
--------------------

***
❃❃❃

***

Nemka...

10 İyul 2013 16:45

qarsiliq siz sevmek recourse

_Angel_

10 İyul 2013 15:52

♪LovelY♪,
hele ederdim zaten)
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

PeTTy

10 İyul 2013 15:48

Bu sevgi ne oyundusa sevgilisi olmuyub sevene de, sevgilisi olana da ezab verir,her terefli ezabdı.

_LovelY_

10 İyul 2013 15:43

Oy oy romantika lucwe sevme ozun ayril o sennen ayrilandan evvel :p
--------------------


Don't make me sad, Don't make me cry..

Həyat

10 İyul 2013 13:22

Özünə zülm etmək belə olmalıdır, amma bu, zülmün ən zadəgan olanıdır. Qarşılıq gözləmədən sevməyi öyrədirəm ürəyimə.
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

violetta

10 İyul 2013 13:19

Mendede olub bu hadise.

Arizona

10 İyul 2013 13:14

salam. Xebere gore tesekkur