Loading...

Niyə?
Sevgi
- 22 Dekabr, 2009
- 4 617 Baxış
Loading...

Niyə ağladırsan məni
Niyə tərk edirsən məni
Niyə sənə ayrılaq demək bu qədər asan gəlir
Niyə səni canımdan da çox sevdiyimi anlamadın
Böyük bir NİYƏ?
Xəyallarımız vardı bizi bir-birimizə bağlayan
İnanclarımız vardı bizi dəstək olan
Ümidlərimiz vardı bizi sonsuzluğa çatdıran
Yıxdın və getdin.
Sənsiz həyatın mənası mı qalar sanırsan
Sənsiz bir gecənin keçəcəyini mi zənn edirsən
Sənsiz bir ürəyin yaşayacağını mı zənn edirsən
Xeyr!
Artıq Səni Sevirəm sözü mənə bir həyəcan və xoşbəxtlik verməyəcək
Çünki artıq sənin dodaqlarından o sözü eşitməyəcəyəm
Telefonum səssizliyə bürünəcək
Sən məhrum
Yola sal son dəfə məni gedirəm həyatından
Nə adımı nə səsimi nədə üzümü görəcəksən artıq
Çox çətin olsa da getmənin zamanı gəldi artıq
Ürəyim parça parça olsa da.
Bundan sonra səni üzən biri
Səni ağladan
Səni qıran biri olmayacağı üçün
Artıq gün sənin günündür,sevin.
Amma dayan bir duam var sənə
Bundan sonra məndən daha çox sevəni
Məndən daha çox darıxanı
Məndən daha çox dəyər verəni
İnşallah səni əsla buraxmayan biri çıxar qarşına
Çünki ayrılmanın nə qədər ağrılı olduğunu anlamanı və kədərlənməyini istəməm
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...