Fon yüklənir...
Загрузка...

Həsrət

Загрузка...
Həsrət


Əvvəlcə sev, sonra tərk et, amma bir dəfə dinlə- düşün bu yalan dünyada bir tək yaxşı sənsən- hər nə olursa olsun, həsrətimən
Məni sənə qovuşduracaq tək şeyin ölüm olduğunu bilsəydim, Əzraili gəlməsini gözləməzdim.
Məndən çox uzaqda olsan da, sənə səsimi eşitdirə bilməsəm də, qəlbimizin bir olduğunu və sənin də məni mən qədər çox özlədiyini bilirəm.
Mən torpaqdan bir canam- suyum sənsən!
Sən mənim həvəsim deyil, nəfəsimsən demişdim- xatırlayırsanmı? Nəfəssiz yaşaya bilməz insan. Geri dön həsrətim.
Xəstə insanlar vardır, durmadan eyni şeyləri düşünən, dəli deyərlər çoxu zaman onlara. Durmadan səni düşünən mənə tək çarə sənsən- həsrətim.
Sənə bir sarılsam bütün keçmişin ayağa qalxar. Bu qədər sevilməyin müqabilində sən də çaşqına dönərsən...
Gözlərimdən getdin artıq bəlkə- ürəyimdə hələ bitməmisən.

Həsrət

Yeni bir sevgi digər sevginin yerin doldurar deyirlər. Sən getdin. Sanma ki, bir başqasını sevəcəm. Getsən belə bu ürək hələ də sənindir.
Həsrətindən ürəyimin yandığı anlarda şəkillərinə baxıb, ağlayardım, özümdən çıxarcasına. Sakitlərşərdi cismim ağlamaqla. İndi gözümdə yaş qalmadı, başqa bir çarə söyləmək üçün qayıt heç olmazsa. Yeni bir şəklini burax get mənə, məndə olanlar göz yaşlarımda boğuldu.
"Özünə yaxşı bax"- demişdin getdiyin zaman. Ağlından çıxmış olmalı, getdiyin anda məni belə özünlə birgə apardığın...
Şikayətlənirlər məndən. "Niyə bu qədər sakit dayanırsan?"- deyə. Qınamıram əslində məni qınayanları. Susuram. Dodaqlarım kilidlənmişcəsinə. Lakin anlaya bilməzlər. Sözlərimi belə özünlə apardın. Oxşar cümlələri eyni anda dediyimiz anlar nə çox idi. Daha sonra gülərdik bu vəziyyətə. Sanki bir- birimizin ürəyində gizlənmişdik...
Sanma aramızdakı məsafələr sevgimizə əngəldir. Yoxluğunu da , varlığın qədər çox sevdim.
Məcburimidir hər sevgidə ayrılıq? Ümid verib, yarı yolda qoyanlar, güvənc verib, daha sonra qıranlar və bir gün gedəcək olanlar. Gedəcəkdiniz madəm, niyə gələcəkdən danışdınız?
"Vaxt gələr, keçib, gedər"-deyərlər sevgi... Zənn edirəm ki, sevgi deyil bu mənimki. İllər keçdi, amma sən keçmədin məndən. Nəfəs qədər möhtacam sənə, sevginə!
Həsrət çəkdiyin anlarda başınızı qatacaq bir şeylərlə məşğul olun deyirlər. Dostlarınızla gəzin, əylənin, başqa münasibətlər haqda düşünün. Bu gün söylənilənləri nəzərə alaraq, fərqli bir gün yaşamaq qərarına gəldim. Söylənilənləri etdim, etməyə çalışdım. Bunların heç biri fayda vermədi. Çox insan vardı. Onları gördükcə həsrətim iki qat daha da artdı. Hər kəsdə, hər yerdə səni axtarırmış kimi oldum. Mənə qalan yenə həsrət oldu.
Загрузка...

ŞƏRHLƏR

Qanadsiz_Melek

3 İyul 2013 21:00

Tewekkurler

Mələk

23 İyun 2013 12:36

nə gözəl yazıdı

tukez.canim

23 İyun 2013 10:29

indi mene qalan HESRET oldu

_LovelY_

22 İyun 2013 21:06

İndi demək olar ki sadiq insan yoxdu.hamı demək olar ki yalanlarla doludu bütün sevənlər ayrılır heç kəs sadiq qala bilmir..biri ayrılır o biriyə əzab olur o birisi həsrət çəkir qalır belə deyir unutmayacam elə o da unudur.
--------------------


Don't make me sad, Don't make me cry..

PeTTy

22 İyun 2013 18:44

Hesret çekmek çox pisdi,yaşamamışam amma bir hefteye zada yaşayacam,bilmirem neter olacacaq,darıxacam onunçün,uzun müddetdi,amma esas odu bilirem İnşAllah sağ-salamat qayıdacaq.

L_journalist

22 İyun 2013 17:09

Sanma ki, bir başqasını sevəcəm.----------mümkündü

Starbucks

22 İyun 2013 15:20

Məni sənə qovuşduracaq tək şeyin ölüm olduğunu bilsəydim, Əzraili gəlməsini gözləməzdim.

ƏN MƏNALI VƏ TƏSİRLİSİ ELƏ BU İDİ.
--------------------
Follow İnstagram: @anti_standart

cucewka

22 İyun 2013 15:12

sekilleri beyendim ama oxumadim cunki sebrim catmadi

zeyneb1997.az

22 İyun 2013 13:08

aydaaaa bele meqaleleri oxuyanda cox ama cooooooooox pis olurammm fellow

БеЛосНежКа

22 İyun 2013 13:03

oxuyuram bele hesretli meqaleleri duzdu tesir edir ama cox vaxt bawa duwe bilmirem...belkemde men hesret cekmirem cekmemiwem ama birce weyi bilrem bu heyatda birce olume care yoxdu..insan eger istese ozunu inandirsa herweye qadir ola biler..sehv bawa duwmuyun men heckesi qinamiram sadece fikrimi yaziram...

♣YoL_Cu♣

22 İyun 2013 13:03

Bəyəndinizsə lap yaxşı. Bu səəfər də sevgiyə aid bir yazı mən yazım dedim)


----------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

❃FloRal❃

22 İyun 2013 12:33

Ela yaziydi
--------------------

***
❃❃❃

***

Sevinc...

22 İyun 2013 12:23

Hekayeden xoşum geldi tşk

DeCeL BaLa BaWa BeLa

22 İyun 2013 12:20

super)eladir

kenzo-1991

22 İyun 2013 12:17

hemiweki kimi gozel hekaye yazmisan Yolcu tebrikler

Law

22 İyun 2013 12:08

cox gozeldi cb

Sweet girl ...

22 İyun 2013 12:05

Əla yazmısınız tşk!

violetta

22 İyun 2013 12:04

ufff pis oldum
loading...
Загрузка...