Loading...

Sən mənim deyilsən..
Sevgi
- 21 May, 2013
- 4 363 Baxış
Loading...






Düşünürəm bu dəfə səndən həqiqətən imtina etdim. Sən həyatımdan gedəli aylar oldu, bəli amma içimdə yenə də ümid vardı. Heç olmasa hələ məni az da olsa sevdiyini düşünüb, rahatlaşdırırdım özümü. Aradan çox zaman keçdi amma yaşadığımız hər şey dünən kimi ağılımda idi, tam iyirmi yeddi saat əvvəlinə qədər.
Başqa birinə, başqa duyğular hiss etdiyini öyrənmək yaddaşmı itirtdirdi mənə.
Unutdum səni, yaşadıqlarımızı, hər şeyi. Düşünürəm bu gün səndən həqiqətən imtina etdim. Ümid edirəm bir daha eyni səkidə ayaq izlərimiz belə rast gəlməz səninlə. Ümid edirəm bir daha eyni havanı tənəffüs etmək məcburiyyətində qalmarıq, ümid edirəm eyni mağazadan hədiyyə almarıq sevdiklərimizə. Ümid edirəm heç eyni anda döyünməz ürəyimiz.
Səndən doğrudan imtina etdiyimi düşünürəm. Başqasına qarşı bir şeylər hiss etməyini öyrənmək, xeyli incitdi məni. Əlimdən heç bir şey gəlmir. Səndən mənə gəlməyini istəyə bilmirəm, həmişə mənə bir şeylər mane olur. Sən yanımdaykən kim cəsarət edə bilərdi ki sənə gözləriylə belə toxunmağa? İndi sən hər gün onun yatağında səhərləyirsən, mənim əlimdən bir şey gəlmir.
Köhnədən olsa düşüncəsi belə məni dəli eləyərdi amma indi ən çox gözlərim dolur. Sənə mən deyil, o toxunur. Səndən ciddi mənada imtina etdim. Köhnədən olsa, necəsə ürəyin mənim sanıb yaşamağa davam edərdim. Artıq bədənin kimi, ürəyin də mənim deyil artıq. İndilərdə ən çox gözüm dolur. Damla damla axırsan gözümdən, sona yaxınlaşırsan. Yox olursan. Səndən imtina etdim, düşünürəm. Darıxıram bəlkə amma qəbul etmək məcburiyyətindəyəm; sən yoxsan artıq. Mən səndən imtina etdim çünki bu gün hadisə bundan ibarət. Xeyirli gecələr, təbii nə qədər mümkün bilmirəm..
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...