Fon yüklənir...
Загрузка...

Qırılmış qəlb

Загрузка...

Qırılmış qəlb

Sən onu çox sevərsən,amma o sənə əhəmiyyət verməz. Bəli, bir gün gələr birini çox sevərsən. Ona görə hər şeydən keçməyə hazır olarsan. Ona həddindən artıq çox dəyər verərsən. Onunçün darıxarsan. Gözləri üçün,gülüşü üçün darıxarsan. Sonra onun şirin gülümsəməyinə baxıb sevinərsən. Uşaq kimi ağlarsan. Darıxarsan çox. Hər gün onu görmək istərsən. Onu görmədikdə narahat olarsan. Bəli,o isə bunları bəlkədə bilməz. Onu çox sevdiyinin fərqində ola bilməz. Əzab çəkənsə sən olarsan. Hər gün gündüzlər gülərsən onu gördükdə,gecələr görmədiyinə görə ağlarsan. O isə bunların heç birinin fərqində ola bilməz. Bəli,acı çəkən sən olarsan!.

Və ola bilər ki,sonra bir gün..

Qırılmış qəlb

O gələcək həyatına və sən çox sevinəcəksən!. O gələr və sənə sevdiyini söyləyər. Və sən çox xoşbəxt olarsan. O səni xoşbəxt edər bir gülüşü ilə. Sonra isə səninlə məşğul olar, sənə hədiyyələr verər, şirin mesajlar göndərər. Birlikdə sevinəcək günlər yaşarsız. Kədərli anında da məhz o yanında olar. Və sən çox xoşbəxt olarsan. Hər şeyi birlikdə yaşayacaqsınız. Yalnız onu düşünərsən və hər kəsə onu haqqda danışarsan. Hər gününüzü,onunla çox xoşbəxt olduğunu rəfiqələrinə sevincək izah edərsən. Bəli, bunları onun sonsuza qədər yanında olacağını düşünərək edərsən..Heç əllərini buraxmaq istəməzsən,onunçün çox darıxarsan. Və o sənə heç bir zaman getməyəcəyini deyər. Hər şey yaxşı gedər amma sonra başqa bir şey olar..

Qırılmış qəlb

Nə isə aranıza girər. Qısqanclıq bəlkədə. Hər hansısa bir soyuqluq. Tez-tez dava edərsiniz. Və o səndən bezər. Artıq yeni birini istər. Başqa birini. O səndən sıxılar,bəhanələr uydurar. Səni artıq sevməz. sənsə çox sevindiyin günləri yada salarsan. Düşünərsən bəlkədə o soyuyub səndən,sən onu itirməkdən qorxarsan. Və bir gün artıq o "Ayrılmaq" istədiyini söylər. Bəli,canın yanar. Üzdə gülə-gülə içdə ağlarsan. Ürəyin param-parça olar. O səndən soyuyar. O səni həyatından silər,halbuki sən onun yazdığı bir mesajı belə silə bilmərsən. Artıq qürurun onu sevməyinə imkan verməz. Amma sevərsən hələdə. Bəli,sevərsən amma unutmuş kimi görünərsən. Adını eşitdikdə ürəyin tir-tir əsər. Başqalarıyla gördükdə onu qısqanarsan. Yanına gəldikdə ürəyin sürətlə döyünər. Amma ona yaxınlaşa bilmərsən. Qürurun buna imkan verməz. Amma gecələr sakit-sakit ağlamağa başlarsan. Şəklinə baxıb xəyallara dalarsan. O isə başqa birini düşünər,səni artıq həyatından silər. və sənsə həyatdan küsərsən. Artıq heç bir inam qalmaz. Zaman keçər ona qarşı soyuyarsan. Amma yenədə sevgiyə sən etibar etməzsən.!
Загрузка...

ŞƏRHLƏR

PeTTy

16 İyun 2013 13:55

Birce onu deyim ki qırılmış bir qelbi başqasıyla evez etmeye çalışmayın.

Birce onu deyim ki qırılmış bir qelbi başqasıyla evez etmeye çalışmayın.

violetta

9 İyun 2013 18:25

senin yerin menim ureyimde yox ruhumdadi.Ureyim dayana biler,ruhum sa olen deyil.

Sweet girl ...

26 May 2013 12:32

Çəx gözəl xəbərdir.Təşəkkürlər!!!Mətnin 1-ci 2-ci hissesini çox gözəldir amma 3-cü hissəsi adamın qəlbini ağrıdır.Axı əsl sevən insan sevdiyindən imtina etməz.Qız həqiqətən sevib amma oğlansa yox! wassat

❃FloRal❃

26 May 2013 01:47

Sonra onun şirin gülümsəməyinə baxıb sevinərsən. Uşaq kimi ağlarsan. Darıxarsan çox. Hər gün onu görmək istərsən. Onu görmədikdə narahat olarsan


Hər gün gündüzlər gülərsən onu gördükdə,gecələr görmədiyinə görə ağlarsan

Aynı ben.
--------------------

***
❃❃❃

***

Nahid-19

26 May 2013 01:42

Zaman keçər ona qarşı soyuyarsan. Amma yenədə sevgiyə sən etibar etməzsən.!

Moskva birdən qurulmuyubki yavaş-yavaş hər şey öz yolunu tapar İNŞALLAH ALLAH qoysa..
İtən bir şeyə etibarı qazandırmaq çox çətin....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Starbucks

25 May 2013 19:53

Bilmirem ne deyim cox ela yazirsan.Artiq soz tapa bilmirem ona gore de tekrar sozsen istifade edecyem:SUPER
--------------------
Follow İnstagram: @anti_standart

♣YoL_Cu♣

25 May 2013 19:39

Soyuyursa zaman keçdikcə deməli sevmir, əsl sevən illər keçsə də soyumaz, eliliyə qədər soyumuyubsa, ondan sonra da soyumaz, sevər, Təməli zəif münasibətlərdə hislərdə görülə bilən haldır unutmaq, soyumaq və s.


----------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

LOVE SEVGI

25 May 2013 18:40

HER CUTLUYUN BAWNA GELECEK HADISELER.ALLAH MENDEN UZAG ELESIN.ONA GORE CALIWIRAM COX BEZDIRMEYIM.ISTEYIREM BEZDIRIR AMA SAXLAYIRAMDA OZUMU.

_LovelY_

25 May 2013 17:26

Umid edirem heqiqeten beyenmisiz)
--------------------


Don't make me sad, Don't make me cry..

DeCeL BaLa BaWa BeLa

25 May 2013 17:06

Heç əllərini buraxmaq istəməzsən,onunçün çox darıxarsan. Və o sənə heç bir zaman getməyəcəyini deyər. Hər şey yaxşı gedər amma sonra başqa bir şey olar..
__________________

sUper yazidi)

ZENDAYA

25 May 2013 15:57

bezilerimizin yasadigi esl heyat hekayesidr

ben ve sen

25 May 2013 15:31

Cok guzel ellerinize salik cok guzel olus twk

ıssız adam

25 May 2013 14:55

sekiller qeseng idi ele yazida vabse suoer elleriniz dert gormesin

БеЛосНежКа

25 May 2013 13:25

ellerinize sagliq cox gozel yazmisiz tewekkurler...

Həyat

25 May 2013 12:46

Super yazmısan əllərinə sağlıq
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Eva_1

25 May 2013 12:33

Düşünərsən bəlkədə o soyuyub səndən,sən onu itirməkdən qorxarsan
Düşüncələrinlə Bəlkələrin üst üstə düşməsini istəmərsən. çünki Ona həsrət qalmaqdan qorxarsan. Amma həyat hər zaman yaxşı üzünü göstərməz və səni qorxularınla qorxudar.Sınağa çəkər.. sən bu sınaqdan yaralı olsanda Güclü çıxmaq məcburiyyətindəsən. Çünki həyat sadəcə O deyil...
yes
--------------------

PeTTy

25 May 2013 12:13

Xeberdeki ilk 2 şekil en sevdiyim sevgi şekilleridi,yazı da möhteşemdi,sağ ol,Türkan.
loading...
Загрузка...