Loading...
Bağışla anam!

Bağışla anam!

Loading...
Bağışla anam!

Bilirsənmi... mən hələ də özümə belə etiraf etməyə qorxarkən sənə həqiqətləri deməyə cəsarət etmirəm Ana. Bunun üçün hər bir zaman olmayan bir gücüm olmalı, səni nə qədər çox sevdiyimi söyləməklə eyni anda sənə qarşı nə qədər haqsızlıqlara yol verdiyimi anlamaq məhv edir məni özümü dərk etdiyim vaxtdan.

Bağışla anam!!!


Səni çox sevirəm, lakin mənə görə, sən bütün uşaqlıq dövrümdə mənə o qədər pislik etmişdin ki, sanki bütün uşaqlığımı əlimdən alıb bir cəhənnəm etmişdin... Bu düşüncələrim indiki mənim deyil Anam, bu həyatını, özünü anlamayan, gerçəkləri görməyən balaca qızına aid idi, bunlara görə məni bağışla Anam!!! O zaman ki düşüncələrimin hər birinə mənim bir açıqlamam var idi öz ağlımda...

 

Bağışla anam!!!


Xatırlayıram, səni evdə çox az görərdim, çox az zaman keçirərdin mən və balaca bacımla. Bizə sanki diqqət yetirməzdin, bizimlə oyna deyərkən bizi nənəmin umidinə buraxıb işə gedərdin. Əslində bizi doyurmaq üçün, layiqincə yetişdirmək üçün 3 ayrı yerlərdə işləyib çalışardın. Səni o qədər az görərdim ki, gün ərzində səni xatırlamaq üçün səndən sənə aid bir əşya istərdim, səni o qədər çox sevərkən eyni anda sənin bu uzaqlığın səbəbindən sənə hirslənərdim, sənə kin bəsləyərdim. Bəzən bağçada saxlamaq məcburiyyətində olardın bizi, anlayıram, bunu etməli idin, lakin onda anlamazdım, düşünürdüm indi gəlib məni oradan götürəcəksən, lakin heç vaxt tez gəlməzdin... Hər zaman nənəmin arxamca gəlməsi mənim fikirlərimi alt-üst edərdi, ümidlərim dağılardı və məni heç sevmədiyini düşünərək artıq nənəmə Ana deyərdim. Hətta evə kimsə zəng edib ananı çağır söylərkən, hansı anamı böyük yoxsa kiçik deyərək soruşardım. .. Atamı hər zaman səndən çox sevərdim, çünki o çox uzaqlarda idi, onu heç vaxt görməzdim... Sənin soyuqluğun səbəbindən getdiyini düşünərək onu hər zaman səndən çox sevərdim, düşünərdim sənsən səbəbkar onun yoxluğunda... Onun mənim yaşantım haqda məlumatı olmadığı halda sən mənim üçün, gələcəyim üçün durmadan yorulmadan çalışardın, mən isə onun yolunu gözləyərdim. Atam gələcək, boynuna sarılacam...
Gün ərzində harda oluramsa olum, evdə olmayım düşünürdüm. Soyuqluq, evdəki üzüntü dolu genlər sıxardı məni... Anlamazdım həqiqəti... İndi isə gözlərim yaşla dolu etiraf etməyə belə qorxuram. Əslində həyatımda tək dəyərli insanın sən olduğunu dərk etdikcə utanıram. Əslində mənim həsrətlə yolunu gözlədiyim atamın heç yaddaşında belə yoxammış... Onun artıq başqa ailəsi, başqa qızları var imiş... Onun özünə aid bir dünyası varmış, və əslində sən səbəbindən deyil, o başqaları üzündən məni buraxıbmış. Əslində o heç olmayıbmış, sadəcə adı olubmuş...
Nələri yaşadığını anladıqda sənə o qədər yazığım gəldi ki, Ana... Hansı çətinliklərlə üzləşdiyini düşündükdə artıq Ata sözünə belə nifrətim yaranır. Varlığından belə utanıram, atılmaq, atasızlıq içində böyümək damğasını vurdu alnıma. Hər bir üzərimə açılan qapıda arxamca bir söz deyilir, atası tərəfinfən atılmış... Nə edərsəm edim, nə qədər hər addımıma fikir versəmdə bu ad mənimlə birgə addımlayır həyatım boyu.
Bağışla məni, Anam... Düşüncəsizliklərimi bağışla... Sənə söylədiyim hər acı sözlərə görə məni bağışla... Sən bu həyatımda mənim yeganə dəyərli varlığımsan!


P.S. Allah Təala heç kimə valideyn acısı verməsin... AMiN!

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

violetta

9 İyun 2013 18:33

Gülmənin dəb olduğu bir dövrdə ağlayıram… Gənc olmanın dəb olduğu bir dövrdə yaşlıyam… Səni sevmənin daha az cəsarət istədiyi bir dövrdə, sənə nifrət edirəm.

pessimistka angel

20 May 2013 15:38

ALLAH butun analari qorusun.Ana etdiyim sehvler ucun meni baqiwla!!! recourse

SwAg VaMpIrE

15 May 2013 19:19

Sitat: Ledi Luiza
Yazı mənə məxsus deyil. Saytın sevilən bir xanım userinə məxsusdu Sırf öz həyatımdan deyil. Sadəcə bəzi nüanslar varki eynidi.

hmmm görəsən kimdi?çox qəmli bir hekayədi.lap ağladım eee

Mr.Mansur

15 May 2013 13:48

P.S. Allah Təala heç kimə valideyn acısı verməsin... AMiN!

sevgi Amin Kədərləndirdin lap məni ağlıyacaydım özümü Saxladım
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

Ledi Luiza

15 May 2013 11:33

Sitat: ღSweeTღ
Nece gozel yazi yazmisiz.sualim var yazilanlar heyatiniza aiddir?yeni sizin yawanmiwinizdir?


Yazı mənə məxsus deyil. Saytın sevilən bir xanım userinə məxsusdu Sırf öz həyatımdan deyil. Sadəcə bəzi nüanslar varki eynidi.
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

Mələk

14 May 2013 18:23

Sən bu həyatımda mənim yeganə dəyərli varlığımsan!

nə gözəl xəbərdi gözlərim doldu getdim anamı çoxlu öpdüm qucaqladım. loveis

nurlu74

14 May 2013 15:42

Allah butun analari atalari qorusun

ZENDAYA

14 May 2013 14:10

anamida atamida lap cooooooooxxx istiyirem ALLAH onlari bizim basimizin usten eksik etmesin. ANCAQ indi atam burda yoxdu onun ucun cox darismisam tez elseydi.....

БеЛосНежКа

14 May 2013 13:37

Allah ne Anamizi nede Atamizi ustumuzden eksik etmesin... bu heyatdaki yegane ve tek varligim ailemdi sonsuz ve temannasiz meni sevenlerde olardi... Allah butun vaideynleri qorusun... AMIN..!!!

naxcivanli gozel

14 May 2013 12:59

Allah butun valideyinleri qorusun .valideyinsiz olmagi yalniz atasi anasi olmayan biler.anavizin atavizin qedrini bilin bir vaxt olacaq anaviz ataviz iucun darixacaqsiz ozde cox. hami bu dunyani helbetki tutub qalmir.hamimizin gedeceyi yer melumdu .sadece olaraq beziler,tez gedir bu dunyadan buraxib bizi gedirler.bawa duwmurlerki bes, arxamda qoyduglarim mensiz neyleyecekler.yenide dedioyim kimi ALLAH BUTUN VALIDEYINLERI QORUSUN.AMIN

Eva_1

14 May 2013 12:36

ağlatdın məni ((
Allah ana sevgisini əvəz edəcək heç bir sevgi yaratmayıb əvəzsizdir Ana və ata sevgisi
Bəzən övladlar valideynlərə layiq olmağa çalışır amma bəzən də elə ata və analar varki öz övladına belə layiq deyillər. Onları sevmək yerinə atıb gedirlər
Öz övladını sevməyən ata heç vaxt başqa həyat qurub xoşbəxt ola bilməz
--------------------

DeCeL BaLa BaWa BeLa

14 May 2013 11:01

Coxx ela yazmisan :( Allah butu valideynlere uzun omur versin hec bir uwaqgi valideynsiz qoymasin ALLAH bezilerine hec ana ata sevgisini bexw etmir biz atamizin ve anamizin qedrini bilek melek

Ziya008

14 May 2013 02:31

her bir insan yawayacaq valideyn itkisini .. bu sm28 realliqdi .. ALLAHIN bize bir imtahanidi ...

balaca_oqlan

14 May 2013 01:28

ALLAH BUTUN ANALARI QORUSUN HEMCININ ATALARIDA KIMIN ATASI ANASI REHMETE GEDIB ALLAH QENI QENI REHMET EDSIN AMIN

Reco88

14 May 2013 00:28

Allah Təala heç kimə valideyn acısı verməsin... AMiN!

NICKY

13 May 2013 23:57

Allah Təala heç kimə valideyn acısı verməsin... AMiN!

Amin.
Sitat: ღSweeTღ
Ata qiz uwagina esasende arxadir

Sitat: ღSweeTღ
Ata.her zaman arxamdan hec kimim olmasa bele Atam oldugundan hec neye emin olmadigim qeder eminem.

yazmaq istediklerimi yazmisiz bawqa hecne yaza bilmirem birce onu deyimki Allah hec kime valideynsizlik gostermesin.cox cetindi cox.
--------------------
♡♡♡

PeTTy

13 May 2013 22:42

Çox gözel yazılıb,xeberde de verildiyi kimi analar övladlarının yoxluğunu hiss etdirmemek üçün o işden bu işe qaçırlar ki övladları ac qalmasın.

_DecelkA_

13 May 2013 22:38

Nece gozel yazi yazmisiz.sualim var yazilanlar heyatiniza aiddir?yeni sizin yawanmiwinizdir?

Allah hec bir ovladi neinki anasiz hec bir valideysiz qoymasin.ikisinden biri olmasa heyatda cox cetinlikler yawayir ovlad.
Ata qiz uwagina esasende arxadir bunu esasda aile qurduqdan sonra anlayir bir cox qizlar.men daha onceler belkede bu haqda hec duwunmezken ondan uzaqlawandan sonra her zaman qulagim telfonsesindedirki indi zeng eden Odur,her axwam qapim doyulende onun geliwini gozlemekmiw Ata.her zaman arxamdan hec kimim olmasa bele Atam oldugundan hec neye emin olmadigim qeder eminem.
Ana ise qiza her weydi.arxayinliqla her weyi daniwa bilmek,bir yerine nese olunca ona mohtac olmaq,refiqe,hec kime qiya bilmediyin neyise ona qiymagindir.ozunu tek hiss etmediyin ve senin haqda kiminse narahat oldugu hissi yawamaqdir.O cox deyerlidir,Onsuz heyati duwunmez olursan.
HER IKINIZI COX SEVIREM. Sizleri veren Allaha wukur.Allah hec bir evi boyuksuz etmesin...Amin
Indi ise size diger terefden deyim anasizligi. yoldawimin anasi rehmetlik olub.bir zaman onu anlamadim soyuqluguna gore yaxinlarina qarwi,sebebini bildikden sonra anlamamzligima gore pewman oldum.soyuqlugun sebebi onun en yaxin,hetta atasindan bele cox sevdiyi anasinin yoxlugunun olmasidir.onun en cetin,en mohtac vaxtinda heyatini deyiwmiw.bu deyiwim ele onunda heyatinin deyiwmesine sebeb olmuw.bir-birlerine bagliliqlari o qeder olubki bezen deyirki bacim ve ya atam onun yerinde olsaydi hec bu qeder meyus olmadim neinki O.

❃FloRal❃

13 May 2013 22:15

P.S. Allah Təala heç kimə valideyn acısı verməsin... AMiN!

Amin
--------------------

***
❃❃❃

***

Həyat

13 May 2013 22:09

Doğurdanda heç kim göründüyü kimi deyil.Yazını oxuduqca valdeyinsizlik nə olduğunu dərk etdim boğuldum sözlər boğdu məni dayana bilmədim lovely
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~