Loading...

Axı səni sevirdim...
Sevgi
- 04 May, 2013
- 4 971 Baxış
Loading...
Axı səni sevirdim...
Bəzən oturub kədərlənirəm, heyfslənirəm o günlərə... Bir yaşadığımız, bir sevişdiyimiz günləri xatırlayıb kədərlənirəm... Bəlkə də yandıran sənin yoxluğun deyil, bəlkə də sənin bəhanə uyduraraq, getməyindir. Bəlkə məndən bu qədər istifadə edib, sonra isə bir göz qırpımında itməyindir gözümdən... Gəldin, sevdiyini dedin... Amma sonra getdin... Heç nə belə demədən getdin! O vaxtları xatırlayıb, pis oluram... Yandıran da odur ki, sənə necə inana bilmişdim... Necə o sözlərinə aldana bilmişdim... Yandıran odur ki, səni bu qədər dünyalar qədər sevərkən, sənin üçün heçnə olduğumu bilməyimdir. Halbuki dünyalar qədər verdiyim dəyərin mində birinə belə layiq olmamısan... Dünyalar qədər verdiyim dəyərin yüzdə birini belə mənə verməmisən... İndi mənası yoxdur göz yaşlarımın. Əvvəl bilməliydim öz səhvimi. Bilməliydim məni aldatdığını. Mən axı sənə aldanmamalıydım!
Axı mən səni sevirdim... Axı niyə aldadıldım? Axı niyə hisslərimlə oynadın? Niyə...
Axı bir gün bunları özün də yaşayarsan, bilərsən necə acı hiss olduğunu... Mən ki, darıxıram o günlər üçün... O birlikdə keçirdiyimiz günlərçün darıxıram!
Axı mən səni sevirəm hələ də, axı dönməyini istəyirəm!
Niyə getdin... Getmə qayıt! Bunu sənə deyə bilmirəm, amma nə olar, qayıt!
Amma deməyimə ehtiyac da yoxdur! Sən məni sevsəydin getməzdin! Sən məni sevsəydin məni aldatmazdın! Əgər sevsəydin, isti danışardın, dözərdin hər etdiyim naza... Darıxardın, zəng edərdin tez-tez... Amma etmədin... Sən məni heç sevmədin... Axı mən səni sevdim... Amma sən məni heç sevmədin...
Darıxıram, səninçün darıxıram... Hə, çox darıxmışam. Sənin səsini özləmişəm... Qoxunu özləmişəm... Gülüşünü özləmişəm... Hə, darıxıram, həm də çox. Xəyallarda sənlə olmaqdan yorulmuşam. Dəyişmirəm nömrəmi, bəlkə nə vaxtsa zəng edərsən. Bəlkə nə vaxtsa danışmaq istəyərsən... Bəlkə əsas bir səbəb vardı getməyinə... Bəlkə heç kim birlikdə olmağımızı istəmədi... Bəlkə özün istəmədin? Bunları sən mənə etdin... Sən mənim hisslərimlə oynadın... Amma mən hələ də sənin dönüşünü gözləyirəm... Gözləyəcəm... Kaş hər şey yenidən başlasa... Heç nə olmamış kimi yenidən hər şeyə başlasaq... Yenidən birlikdə olsaq... Kaş...
Amma artıq sən başqa yerdəsən... Bəlkə də indi sən başqa birinin yanındasan... Başqa birini sevirsən və ya hissləri ilə oynayırsan... Bəlkə sən başqasının yanında xoşbəxtsən... Mənsə öz yalnızlığıma sığınaraq, dayanmışam. Xəyallara gedirəm... Darıxıram... Mən öz yalnızlığımlayam, hə. Amma gərək heç bunları yaşamazdım da. Gərək belə etməzdin. Amma bacarmalıyam. Güclü olmağı bacarmalıyam... İndi ağlayaraq, dönüşünü istəsəm belə güclü olmağı, bu acıya səbr etməyi bacarmalıyam. Hə, bir vaxtlar məni xoşbəxt etmişdin... Bilmirdim bu xoşbəxtliyin müvəqqəti olacağına. Hə, bir vaxtlar səni sevirəm deyirdin. Bilmirdim hisslərimi oyuncaq etdiyinə... Hə bir vaxtlar sən mənimlə idin! Bilmirdim başqasıyla olacağına... Və bilmirəm də!
Bəlkə də bu gün səni sevən mən, sabah başqasına aşiq olacağam? Bəlkə də bu gün hisslərimlə oynayan sən, sabah sənin hisslərinlə oynayacaq, hə?
Bu gün mənlə idin, sabah özgəsiylə... Amma mənə yaşatdıqlarını özündə yaşayacaqsan!. Mən səni sevirdim... Axı dəlicəsinə sevirdim... Hisslərimlə niyə oynadın?Niyə belə etdin...

Müəllif: LovelY
Başqa saytda yayınlanmasına icazə yoxdur!
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...