
Qadınlar aləmi
- 15 Fevral, 2013
- 4 202 Baxış

Çiyələkli Gözəllik Maskası: Çiyələyin, dəri üzərində nəmləndirmə və peeling etmə xüsusiyyəti var. Quru dərilər üçün çox idealdır. Dərinizə tətbiq üçün; dörd ədəd orta boy çiyələyi yaxşıca əzib, bir şorba qaşığı nəmləndirici krem ilə qarışdırdıqdan sonra, incə bir təbəqə halında bütün üzünüzə sürtməyniz lazımdır. 5 dəqiqə gözlətdikdən sonra masaj edərək ilıq su ilə üzünüzü təmizləyib qurulaya bilərsiniz. Çiyələyin gərdirmə xüsusiyyəti olduğundan, dəridə çox gözlədilməməsi lazımdır. Ayda iki dəfə təkrarlaya bilərsiniz.

Limonlu Gözəllik Maskası: Limon, antiseptik xüsusiyyəti sayəsində müsbət təsiri vardır. Eyni zamanda dərinin ləkələrdən təmizlənməsinə köməkçi olur. Yağlı, yağlıya yaxın normal və problemli dərilər üzərində olduqca təsirli nəticələri vardır. Yarım limonu sıxıb bir şorba qaşığı çox yağlı olmayan nəmləndirici kremin içinə damla damla əlavə edərək qarışdırdıqdan sonra, əldə edilən qarışığı problemli bölgələrə tətbiq edə bilərsiniz. Dəridə yalnız 5 dəqiqə gözlədilməsi uyğun olacaq. Problemli bölgələr düzelinceye qədər həftədə iki dəfə tətbiq oluna bilər.

Üzümlü Gözəllik Maskası: Normal dərilərdə üzün müəyyən bölgələrində ortaya çıxan problemlər üzərində olduqca təsirlidir. Eyni zamanda yorğun və cansız görünən bir dərini canlandırmaq üçün də çox idealdır. Normal dərilərdəki problemləri aradan qaldırmaq üçün; 15-20 ədəd üzümü əzib suyunu çıxardıqdan sonra, iki xörək qaşığı nəmləndirici kremin içinə bu suyu əlavə edib yaxşıca qarışdırılmalıdır. Əldə etdiyiniz qarışığı problemli bölgələrə sürtüb, 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayıb, dərinizi qurulayın. Bu maskanı həftədə bir dəfə təkrarlaya bilərsiniz.

Portağallı Gözəllik Maskası: Meyvə turşusu baxımından zəngin olan portağal, problemli və yağlıya yaxın dərilər üçün tövsiyə edilə bilər. Orta böyüklükdəki bir portağalın yarısını sıxıb suyunu aldıqdan sonra, iki xörək qaşığı nəmləndirici krem ilə qarışdırıb, bütün üzünüzə sürtə bilərsiniz. Üzünüzdə 10 dəqiqə gözlədib,təmizləyin. Maskanı həftədə bir dəfə təkrarlaya bilərsiniz.

Avokadolu Gözəllik Maskası: Xüsusilə yorğun və quru dərilər üçün tətbiq oluna biləcək möhtəşəm bir maska. Avokado,tərkibindəki zəngin meyvə turşuları və sabit yağlar sayəsində möcüzəvi bir nəmləndirici xüsusiyyətə malikdir. Dəri və saç baxımında çox təsirlidir. Bir çay qaşığı avokado içini əzib, iki çay qaşığı nəmləndirici krem ilə qarışdırdıqdan sonra, qalın bir təbəqə halında bütün üzünüzə sürtüb 15 dəqiqə gözlədin. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Bananlı Gözəllik Maskası: Zəngin tərkibə malik olması, solğun, həssas, quru və köhnəlmiş dəriləri yeniləyici xüsusiyyəti ilə möcüzəvi bir meyvədir. Yetişmiş bir bananın yarısını əzərək, çox yağlı olmayan nəmləndirici bir krem ilə qarışdırdıqdan sonra, bütün üzünüzə sürtüb 15 dəqiqə gözləyin. Dərinizə canlılıq və nemlilik qazandıracaq. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Almalı Gözəllik Maskası: Hər dəri üçün tətbiq oluna biləcək alma maskası, xüsusilə qarışıq dərilər üçün çox idealdır. Üzün yağlı olmayan bölgələrini qurutmayan alma maskasını, həftədə iki dəfə tətbiq edərək ən yaxşı nəticəni əldə edə bilərsiniz. Yaxşıca əzilmiş bir çay qaşığı qabıqsız almanı, iki çay qaşığı nəmləndirici krem ilə qarışdırıb dərinizə tətbiq etdikdən sonra, 20 dəqiqə gözlədib yuya bilərsiniz.
Saçınızın uzanmasını təmin edən qidalar:

Saçınızın uzanması üçün bir çox kosmetik məhsulu sınamış ola bilərsiniz ancaq necə bəsləndiyiniz saçınızın uzanmasına təsir edir. Saçınızın uzanmasını təmin edən yeməkləri yeyərək istədiyiniz saç uzunluğa çata bilərsiniz.
Taxıllar:
Ümumiyyətlə taxıl istehlakına əhəmiyyət verməyə bilərik ancaq araşdırmalara görə taxıl növlər saçlarımızın uzanmasında böyük rol oynayırlar. Dəmir, sink və silisium dioksid kimi saçın uzanmasını təmin edən qidalar ehtiva edir. Ayrıca B7 vitamini ehtiva edən taxıllar, saç sağlamlığı üçün çox faydalı.

Avokado, Kivi və Ərik:
Bu üç meyvənin ortaq tərəfi A, E vitaminləri və antioksidan ehtiva edir olmalarıdır. Vitamin E, saçın təbii bir şəkildə uzanmasını təmin edir. Vitamin A, saç köklərinin sağlam olmasına yarayır. Antioksidanlardan saç itkisinin qarşısını alır və saçın uzanmasını təmin edir.

Göbələk:
Göbələklər, böyük nisbətdə mis ehtiva edir. Mis, saçın quruluşu və saçın uzanmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda küncüt, günəbaxan və quşqonmaz da mis baxımından zəngindir.

Yumurta və Süd:
Yumurta və süd dediyimizdə ağılımıza ilk gələn zülallardır. Saçın sağlam uzanmasında zülal böyük rol oynayır. Zülal, yeni saçların çıxmasını təmin edir və saç köklərinə infeksiya düməsinə mane olur.