Loading...
Göz kölgələri

Göz kölgələri

Loading...
Kompakt göz kölgəsi

Kölgən olaram

Ultrabənövşəyi filtrlərlə qarışmış xırda piqmentlərdən ibarətdir. Belə kölgələr kiçik futlyarın içinə presslənmiş rəngli toz halında olur. Onların vasitəsilə hamar makiyaj etmək mümkündür. Kompakt göz kölgələrində bir neçə rəng uyğunlaşdırılır ki, onlar bir-birilə asanlıqla qarışır. Çox zaman bir qutuda iki, üç və ya daha çox rəngdə göz kölgəsi yerləşdirilir.

Kremli göz kölgəsi

Kölgən olaram

Göz qapağında çox qalmır. Ondan göz qapaqlarının dərisi quru olan xanımlar istifadə etməlidirlər. Belə kölgəni göz qapağına çox nazik qatda vurmaq lazımdır ki, effekti təbii alınsın. Bəzi kremli kölgələr dəriyə cavanlaşdırıcı effekt verir, çünki tərkibinə A, C, E vitaminləri daxildir. Belə kölgələr gözü xoşagəlməz ekoloji faktorlardan qoruyur, nəmləndirir və xırda qırışları aradan qaldırır.

Quru göz kölgəsi

Kölgən olaram

Göz qapağında daha çox qalır. Quru kölgə uzun müddət istifadəyə yayarlı qalır, çünki tərkibində mikrobların mənbəyi sayılan nəmlik yoxdur. Quru kölgələri barmaqla sürtmək asandır, applikator və fırça ilə də onlardan asanlıqla istifadə etmək olar. Quru kölgələr həm ovulan, həm də kompakt olur. Quru kölgələrdən göz karandaşı kimi də istifadə etmək olar.

Karandaş göz kölgəsi

Kölgən olaram

Göz ətrafını vurğulamaqdan ötrü çox asan istifadəyə malikdir. Onun iti ucu kölgəni çox səliqəli vurmağa imkan yaradır. Göz makiyajını bitirdikdən sonra karandaş göz kölgəsini barmaq, applikator və ya fırça ilə yayaraq gözəl effekt əldə edə bilərsiniz. Əgər dəriniz yağlıdırsa, karandaş kölgədən istifadə məsləhət deyil, çünki bu kölgə yağlı tərkibə malikdir, ona görə də yayıla bilər.

Yağlı göz kölgəsi

Kölgən olaram

Adətən, barmaqla və ya xüsusi fırçayla çəkilir. Nəmli effekt verir. Ancaq yağlı tərkibə malik olduğu üçün onların istifadəsi çətindir. Tərləmə zamanı yağlı göz kölgələri yayılır və göz qapağı qatlarında yığılır. Gözəl nəticə əldə etməkdən ötrü yağlı və quru göz kölgələrindən eyni anda istifadə edin. Əvvəlcə yağlı, üstündən isə quru kölgə çəkin.

Ovulan göz kölgəsi

Kölgən olaram

Kompakt kölgələrə nisbətən daha dolğun makiyaj etməyə imkan yaradır. O, gözdə daha parlaq görünür. Ancaq ovulan göz kölgəsinin istifadəsi bir qədər çətindir, diqqət etmək lazımdır ki, kölgədən bolluca istifadə olunmasın. Belə kölgələri səfərə gedərkən götürmək məsləhət deyil, belə ki, o, qutusundan dağıla bilər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

The Moon

13 Oktyabr 2012 13:46

Mənim qara sadə və çox da bilinməyən göz kölgəsindən xoşum gəlir.

_Aymir_

13 Oktyabr 2012 00:12

ten 40 ilde toya moya gedende axot olanda istifade eliyirem bele karandaş tuş rumiyana dodağ rəngdə pamada (day nə qaldı mocking )
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Mito

12 Oktyabr 2012 23:04

goz kolgesi gunluk makyajcun deyil mence , men de ancaq surme ve tusdan istifade edirem )

nur555

12 Oktyabr 2012 22:57

mene onsuz da goz kolgeleri yarasmir.eyeliner bide karandas istifade edirem.hemisede nazik uzun cekirem.ha calisiram uzatmiyim,mumkun olmur nese uzun cixir da.bide men karandasin altindan pudra vururam.onda cizgi yayilmir.ag renge oxsar pomadalar,koricnivi blesklerden cox istifade edirem.ha qizdar size bi meslehet serhlerden bellidirki,karandasdan cox istifade olunur.yatmamisdan qabaq karandasi yaxsi-yaxsi temizdemek lazimdi.evin icinde istifade etmemek.deyilene gore karandas gozun etini yiyir.fikir vermisizse gozderi yuyanda gozder kicilir.bir ara ben seher axsam o qeder vururdum ki,gozderim bi cikkili qalmisdi.

Karacicek

12 Oktyabr 2012 22:50

tesekkurler xebere gore... smile

ADELE

12 Oktyabr 2012 21:54

Kosmetikadan istifade etmirem. ÇÜNKİ İNSAN TEBİİ GÖZELDİR.
--------------------
Hatasız Kul Olmaz

niSsa :)

12 Oktyabr 2012 21:42

mene icazeee yoxdu hih puah
--------------------

_VoRKa_

12 Oktyabr 2012 20:18

Tenden hele istifade etmirem.. Menimki ancaq karandas, tus ve sade bleskdi.. Sade makiyaj etmeyi xoslayiram cox yox)
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


FLOR

12 Oktyabr 2012 19:41

hec istifade edirem ki) bir tusdu menimki birde blesk yada dodaq rengli pomada i vso) bu qalanlarinida istifade etsem onda da deki nem ))

kifayet

12 Oktyabr 2012 17:12

2-ci teni beyendim ilove

DonnA

12 Oktyabr 2012 16:18

Kosmetika baresinde mutexessisem.bu yaxinlarda mamanin yaninda işə başlıyacam :)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_BianKa_

12 Oktyabr 2012 14:46

MEN MAKYAJDAN ISTIFADE ETMIREM TWK...

Gunare

12 Oktyabr 2012 14:21

men tuj birde karandas istifede edirem amma arada goz kolgesinen istifade edirem tsk xebere gore

_ClaRisS_

12 Oktyabr 2012 12:43

Mende demey olarki makyajdan istifade etmirem tuj ve karandaw oda arada ama maraqli geldi tewekkurle...

vasif_1987

12 Oktyabr 2012 12:39

hmmmmmm kisine jenun

M_A_R_I_K

12 Oktyabr 2012 11:45

mennik doyur
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

İlkay

12 Oktyabr 2012 11:32

Krandawdan isdifade edirem arada amma goz kolgelerinden yox.Maragli geldi mene karandaw goz kolegesini oxudum cox sagol.