Loading...
Bədəninizlə barışmağa hazırsınızmı?

Bədəninizlə barışmağa hazırsınızmı?

Loading...

Bədəninizlə barışmağa hazırsınızmı?

Heç fərq etdinizmi? Bədənimizlə əlaqədar ən pis tənqidlər həmişə daha çox haradan gəlir? Təbii ki özünüzdən. Halbuki bədəniniz sandığınız qədər sevilməyəcək və xor görüləcək bir parçanız deyil! Özünüzü dünyanın 'ən seksual olmayan' qadını olaraq hiss etdiyiniz bir dahaki səfər, bu aşağıdakı 5 təklifi xatırlayaraq mənfi düşüncələrdən sıyrılın.

Özünüzə kompliment deyin

Özünüzü tərifləməyi öyrənin. Qəbul edin, bəzən o qədər çox takıntılı oluruq ki tanrının bizə verdiyi bu gözəl bədənimizin həmişə daha yaxşı olmasını istədiyimiz tərəflərini beynimizə salırıq. Diqqət yetirdiniz mi heç; bədəniylə barışıq olan, ona güvənən qadınlar həmişə bədənlərində sevdiyi və iddialı ola biləcəyi qismləri ön plana çıxarır, hər qismi deyil. Özünüzə bir az zaman ayırın və ən sevdiyiniz və başqaları tərəfindən də hərdənbir iltifat aldığınız, digər qadınlardan daha şanslı olduğunuzu hiss etdiyiniz qismləri təyin edin. Aynanın qarşısına keçin və öyün özünüzü, bədəninizin bu hissələrinin necə gözəl göründüklərini düşünün, buna fokuslanın.

Bədəninizlə barışmağa hazırsınızmı?

Müqayisə etməyi buraxın

Bir çoxumuz bədənimizi bəzilərinin bədəniylə müqayisə etməyə o qədər çox adaptasiya oluruq ki özümüzü unuduruq sanki. Özünü az qala Angelina Jolie ilə müqayisə edən o qədər çox qadın var ki. Bir dəfə başladınızmı özünüzü başqasıyla müqayisə etməyə; sizdən daha incə, gənc, gözəl və seksual olan o qədər çox qadın taparsınız ki, əslində çoxu sizin qədər cazibədar deyilkən belə, sonunda haqsız yerə və boş yerə kədərlənərsiniz

Hər kəs tərəfindən (bərbəriniz, dərziniz, yoldaşlarınız, ananız, bacınız, əriniz...) ortaq olaraq təyin olunmuş bir 'gözəl qadın' profili vardır, buraxın "o" olmağa çalışmayın. Özünüzün ən gözəl xüsusiyyətlərini təyin etmişdiniz. İndi onları da ön planda tutaraq 'özünüzün ən gözəl halını' tapmağa çalışın. Özünüz olmaq görəcəksiniz ki tam fərqli və son dərəcə gözəl bir qadın edəcək sizi!

Bədəninizlə barışmağa hazırsınızmı?

Özünüzə hədiyyə edin!

Özünüzə hər həftə yeni bir şeylər hədiyyə edin. Dırnaqlarınızı düzəltdirməkdən saçınızın rəngini dəyişdirməyə, masaja getməyə qədər. Bədəninizlə əlaqədar müəyyən aralıqlarla yuxarıdan aşağıya etdiyiniz baxım və dəyişikliklər bədəninizi də daha çox sevmənizə səbəb olacaq,özünüzü çox daha yaxşı hiss edəcəksiniz.

Bədəninizlə barışmağa hazırsınızmı?

'Mükəmməliyətçilik' xoşbəxtlik demək deyil!

Unutmayın, paltar bədənləri insanın özünə duyduğu güvənin və fiziki gözəlliyin zəmanəti deyildir. Bir çox qadın sırf həddindən artıq mükəmməliyətçi olduğundan çox ədəddə sayda əməliyyat keçirir, bütün həyatı boyunca da möhkəm bir diyet tətbiq edir. Bəli, bədənimizi şəklə soxmaq üçün də bəzi səylər vermək məcburiyyətindəyik, bu doğrudur. Lakin özünə və bədəninə güvənməyən bir qadın üçün bu verilən səylərin heç bir faydası da yoxdur, bunu da unutmamalıyıq. Önünüzə həqiqi olmayan hədəflər qoymaqdan imtina edin və özünüzlə barışın. Özünüzlə barışdıqdan sonra görəcəksiniz ki, kilo vermək ya da gözəlləşmək adına bəzi bədənsəl dəyişiklikləri çox daha rahat reallaşdıra biləcəksiniz.

Bədəninizlə barışmağa hazırsınızmı?

Həyatı dibinə qədər yaşayın!

Bədəninə güvənən qadınlar da bəzən müxtəlif etibarsızlıqlar yaşaya bilər amma heç bir zaman həyatın gözəl tərəflərini görməkdən, yaşamaqdan imtina etməzlər. Mənfi bir moda düşdüyünüz vəziyyətlərdə gerçəklərlə üzləşin amma müsbət mənada. məsələn; özünüzə "Sevgilim mənim kök olduğumumu düşünür?" deyə soruşmaq yerinə "belə səthi kişilərdən xoşlanırammı görəsən?" deyə soruşa bilərsiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

qizciqaz

29 Sentyabr 2012 15:03

WUKUR ETMEYI http://joy.az/lady/90223-bedeninizle-barismaga-hazirsinizmi.html#BACARMALIYIQ HEMD OLSUN

The Moon

23 Sentyabr 2012 21:50

Elə bir problemim yoxdu şükür...

İlkay

23 Sentyabr 2012 11:31

Wukur mendede bele problem yoxdur
Bawqasinin meslehetini dinleyerem yeni nece deyer ki bu yaxwidir fikir vererem
Amma yeni ozumun fikirim daha usdundur mencun
Bawqasinin fikiride onemlidir o oz yerinde amma daha cox ozum
Ozum beyendimse demeki ki eladir))
Xeber gozel xeber idi tewekkur.

Filay

23 Sentyabr 2012 06:09

Allahıma min şükür bədənimdə hansısa nahiyyəmlə bağlı şikayətim yoxdu..Kənardıkıların fikri əhəmiyyət kəsb etmir özüm bəyəndim vse :)

Gunay_oxatan

23 Sentyabr 2012 04:29

Hemd olsun ALAEMLERIB REBBI OLAN ALLAHA.ALLAHin hec bir eserinde qusur yoxdu.qusur sadece bunu derk etmeyenlerdedi.elim sag ayagim sag,Wukurler olsun ki,bunu derk edib wukr edirem.Esasi budur!

Nina Guney

23 Sentyabr 2012 00:01

Sitat: Songena
XƏBƏRİ BƏYƏNDİM, HƏQİQƏTƏN DƏ AĞILLI, FAYDALI VƏ ƏN ƏSASI MƏNİM DƏ ƏMƏL ETDİYİM MƏSLƏHƏTLƏR VAR. TƏBİİ Kİ, HƏR BİR XANIM İSTƏYİR Kİ, GÖZƏL GÖRÜNSÜN. MƏN HƏR ZAMAN XƏBƏRDƏ DƏ QEYD OLUNDUĞU KİMİ, ÖZÜMÜ TƏRİFLƏYİRƏM TEZ-TEZ, ÖZÜM ÖZÜMÜ BƏYƏNDİMSƏ HƏR KƏS ÜÇÜN GÖZƏL GÖRÜNÜRƏM DEMƏK.

--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

DonnA

22 Sentyabr 2012 23:24

Wukurler olsun ki bedenimde problemim yoxdu ve umimiyetle kompleksli insan deyilem.yuxarda qeyd edilib ki muqasiye etmeyi buraxin.bu evveller mende var idi.mekteb vaxti qizlar var idi bizden yuxari sinif kabluk geyinirdiler meni qoymurdu mama.olurdum de olari gorende.gedb bir defe nenemden pul goturub kabluk almizdim ozde 11 smlik ))
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_LeYLa_17

22 Sentyabr 2012 23:10

men bir gun beyenirem bir gun beyenmirem qeribeyem deliyem ))) ama vecime deyil ne fikirlewirler))

nunu_baku

22 Sentyabr 2012 22:51

Siz deyen kimi ''takintili'' olub ozunu xeste halina salmaq lazim deyil..Amma ozuyle barishiq olmaq da bezen menfi tesir gosterir,belelerini choox gormushem,kilolardan terpene bilmeyib bunu rahatliqla qarshilayanlara meettel qaliram,ozuyle hedden ziyade barishiq olmaq ve ya ozunu chox sevmek de pis neticelene bilir bezen.Xususen heyat yoldashlarinin-- seni nece varsan ele sevirem,bu halinla,makyajsiz-filan--sozlerine qadinlar inanaraq ozlerinden el chekib baximsiz mexluqata chevrilirler ki,en boyuk yanlish burdadir..Halbuki onu deyen insanlarin gozu daha sonra etrafa,daha baximli,gozel qadinlara yonelir..Etraf ne deyirse desin,gulumseyerek qarshilayin ve ozunuze qarshi tenqidi yanashin ki,hem intellektual,hem de fiziki cehetden ozunuzu tekmilleshdire bilesiz.Ozunu taniya bilmek en yaxshi xususiyyetdir,bele olanda insan yalniz ozunun gorub-bildiyi eyer-eskikliyini gizlede,gozelliyini ise daha qabariq vurgulaya biler..Vay o gunden ki ozunu tanimadan etrafa yanlish teqdim edesen..Bezen ele gozel qadinlar ozlerini ele eybecer hala salirlar ki ve ya eksine..

Individualliginizi qoruya bilseniz onsuz da benzersiz olacaqsiz..

'Mükəmməliyətçilik' xoşbəxtlik demək deyil!--tam eksine bedbextlikdi..

Bədəninizlə əlaqədar müəyyən aralıqlarla yuxarıdan aşağıya etdiyiniz baxım və dəyişikliklər bədəninizi də daha çox sevmənizə səbəb olacaq,özünüzü çox daha yaxşı hiss edəcəksiniz.-----choox haqlisiniz..Ozune guven ise mutleqdir,onsuz addim atmaq ble olmur.

_VoRKa_

22 Sentyabr 2012 22:48

Sitat: Songena
MƏN HƏR ZAMAN XƏBƏRDƏ DƏ QEYD OLUNDUĞU KİMİ, ÖZÜMÜ TƏRİFLƏYİRƏM TEZ-TEZ, ÖZÜM ÖZÜMÜ BƏYƏNDİMSƏ HƏR KƏS ÜÇÜN GÖZƏL GÖRÜNÜRƏM DEMƏK. BİR XANIMDA GÖRÜNÜTSÜ BARƏSİNDƏ İNAMZSIZLIQI VARSA, BU ÇEŞİDLİ KOMPLEKSLƏRİN YARANMASINA GƏTİRİB ÇIXARDIR Kİ, BU İNSANDA MÜƏYYƏN RUH DÜKÜNLÜYÜNƏ, PSİXOLOJİ PROBLƏMƏ GƏTİRİB ÇIXARDIR.

Aha raziyam Songiw senle) Duzdu ozumden raziyam men de.. Inaniram ozume ve duzunu desem bu xususiyyetimle de fexr edirem.. Cunki sen ozune inanmasan ve qiymet vermesen, qiraqdan baxanlar da qiymet vermez..
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


Songena

22 Sentyabr 2012 22:00

XƏBƏRİ BƏYƏNDİM, HƏQİQƏTƏN DƏ AĞILLI, FAYDALI VƏ ƏN ƏSASI MƏNİM DƏ ƏMƏL ETDİYİM MƏSLƏHƏTLƏR VAR. TƏBİİ Kİ, HƏR BİR XANIM İSTƏYİR Kİ, GÖZƏL GÖRÜNSÜN. MƏN HƏR ZAMAN XƏBƏRDƏ DƏ QEYD OLUNDUĞU KİMİ, ÖZÜMÜ TƏRİFLƏYİRƏM TEZ-TEZ, ÖZÜM ÖZÜMÜ BƏYƏNDİMSƏ HƏR KƏS ÜÇÜN GÖZƏL GÖRÜNÜRƏM DEMƏK. BİR XANIMDA GÖRÜNÜTSÜ BARƏSİNDƏ İNAMZSIZLIQI VARSA, BU ÇEŞİDLİ KOMPLEKSLƏRİN YARANMASINA GƏTİRİB ÇIXARDIR Kİ, BU İNSANDA MÜƏYYƏN RUH DÜKÜNLÜYÜNƏ, PSİXOLOJİ PROBLƏMƏ GƏTİRİB ÇIXARDIR. MƏN ARIQLAMAĞA YOX, KÖKƏLMƏYƏ MEYİLLİYƏM. HƏRDƏN OLUR Kİ, AZCA KİLO ALIRAM, BUNU DA DƏRD ETMİRƏM ÖZÜMƏ HEÇ VAXT. ƏKSİNƏ, HƏR KƏS DEYİR Kİ, BELƏ DAHA ŞİRİN GÖRSƏNİRƏM) YƏNİ BELƏ BİR HAL BAŞ VERƏNDƏ BELƏ BUNU XEYRİMƏ ÇEVİRMƏYİ BACARIRAM. HEÇ KƏSLƏ MÜQAYİSƏ ETMƏK LAZIM DEYİL, ZATƏN HEÇ KƏS-HEÇ KƏSƏ BƏNZƏMİR, ZORLA NƏİSƏ EDƏNDƏ OLUR BƏRBADİZM.

_BianKa_

22 Sentyabr 2012 20:59

Həyatı dibinə qədər yaşayın!

ღ SuPPeR ღ

22 Sentyabr 2012 20:32

SEVIREMM,,,SEVIREM,,SEVIREM,,SIZ D ESEVIN QIZLAAR

Ahu 05

22 Sentyabr 2012 20:25

maraqli idi tesekkurler

★_EliSa_★

22 Sentyabr 2012 19:11

heyati dibine qeder yawayin :))

Elmir_Hamidi

22 Sentyabr 2012 19:04

Hmmmmmmmmmmmmmmm)

Gulka

22 Sentyabr 2012 19:03

mende bir wey varki ozumun beyendiyi weyi ozume edim etrafdakilar beyenmesin menim vecime diyil ozum beyenim menimcun besdi cb
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea