Fon yüklənir...
Загрузка...

Saçlara qulluq

Загрузка...
Saçlara qulluq

 

Əgər saçlarınız solğun və zəifdirsə, kəpək isə durmadan atrırsa onda, saç üçün maska reseptlərindən istifadə edin. Bu maskaları ev şəraitində çox asanlıqla hazırlamaq mümkündür. Saç üçün maskalardan istifadə zamanı, aşağıdakı zəruri olan qaydalara riayət etmək lazımdır.
- alınan qatışığı yaxşıca qarışdırmaq;
- maskanı hazırlayan kimi saçlara çəkmək;
- maskanın saxlanma müddəti qurtardıqda saçları təmiz yumaq;
- maskanı əllə, pambıqla və ya xüsusi fırça ilə çəkmək;
- maskanı saçlara dairəvi hərəkətlərlə yeritmək;
- maskanı saçlarda uzun müddət saxlamamaq (maskanın uzun müddət qalması onun təsirini gücləndirmir, əksinə zərər verir).
Saçın möhkəmlənməsinin ən tanınmış üsulu adi xınadır. Xına maskası saç qatlarını bərkidir, eyni zamanda onları qalınlaşdırır.
Başqa bir üsul isə qatıqla hazırlanmış maskadır. Belə maska saçları bərkidir, onları ipək kimi zərif edir, parlaqlıq bəxş edir və kəpəyin qarşısını alır. Quru və normal dəri üçün müvafiqdir. Qatıq saçlara çəkilir və dairəvi hərəkətlərlə masaj edilir. Sonra baş polietilen örtüklə bağlanılır və yaylıqla örtülür. Maska 15-20 dəqiqə saxlanılır və isti su ilə yuyulur.

 

Saçlara qulluq

 

Quru və normal saçlar üçün maskalar
Çovdar çörəyindən hazırlanmış maska: Çörəyi xırdalayın və üzərinə qaynar su əlavə edərək 2-3 saat saxlayın. Əldə olunmuş qarışığı saçın diblərinə yeridin və 1,5-2 saat saxlayın. Sonda isə saçlarınızı isti su ilə yuyun.
Ballı maska: Bir xörək qaşığı balı bir xörək qaşığı əzvay (aloye) şirəsi ilə qarışdırın. Alınan qatışığa bir yumurta sarısı və 1 çay qaşığı sarımsaq şirəsi əlavə edin. Maskanı 20 dəqiqə saçda saxladıqdan sonra, su ilə təmiz yuyun. Bu maskadan sonra saçlar sarımsaq qoxa bilər, buna görə də saçlarınızı gicitkən və ya nanə dəmləməsilə yaxalamaq məsləhətdir.

 

Yağlı saçlar üçün maska:
Ballı maska: 2 yumurta sarısını 2 xörək qaşığı balla qarışdırın və alınan qatışığı saçların dibinə yeridərək masaj edin. Maskanı səhərə qədər saxlamaq daha məsləhətlidir. Səhər isə maskanı isti su ilə yumaq lazımdır.

 

Bütün növ saçlar üçün:
Əzvay (aloye) maskası: 1 çay qaşığı əzvay və limon şirəsinə 1 ədəd yumurta sarısı və bir diş əzilmiş sarımsaq əlavə edin. Qatışığı saçın diblərinə yeridin və başınızı məhrəba ilə bağlayın. Maskanı 30-40 dəqiqə saxlayın və isti su ilə yuyun. Sonda qoxunu aradan qaldırmaq üçün çobanyastığı və ya gicitkən dəmləməsi ilə saçlarınızı yaxalayın. Bu maskadan 5 dəfə ardıcıl şəkildə istifadə etmək məsləhətdir.
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

7 Sentyabr 2012 13:40

lazimli meslehetlerdi tesekkurler

The Moon

24 Avqust 2012 15:07

Xebere gore twkler...

nunu_baku

24 Avqust 2012 01:24

good Sachlarla bagli problemim yoxdu,chooox shukr..Amma bilmeyin ne zereri var ki?! hem de son zamanlar bir chox yaxinimdan --sachim yaman tokulur,hech vaxt bele olmamishdi --deye shikayet eshidirem..Bu oxuduqlarimi shikayetchilerimle paylashacam.. sexymix Chooox sag olun

Karacicek

23 Avqust 2012 19:13

Tesekkurler deyerli meslehetlere gore.

Diloş

23 Avqust 2012 18:44

Buna ihtiyacım vardı iyi oldu))

DonnA

23 Avqust 2012 17:14

Saçim nəmlidi.əvvəllər saçim tez yağlanirdi yuyurdum səhərisi gün dibləri yağlanirdi uje o qədər saç yuyurdum ki saçım nəmliyini matiralini itirmişdi.coddaşmışdı.təxminən 4 il olar ki 2 ayda bir xina vururam.həm saçları nəmləndirir həm parladir ən əsası qalinlaşdırır i qəşəy rəng verir.Məsləhət görürəm.burda oxuduğum yağlı saçlarçün oxudum ama yumurta saçları başa yapışdırır o da saçi əksinə tez yağlandirir.Nə bilim hərə bir söz deyir mən öz bildiyimi edirəm narazı deiləm )
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Sebishko

23 Avqust 2012 15:38

Saçlarır üçün olan maskaları sevirəm.Hərzaman belə xəbərlər olanda tez oxuyub atıram seçilmşlərə sonra ya hazırlamağa üşənirəm ya da ki,yadımdan çıxır qalır elə orda.Bu da lazımlı xəbərlərdən biridir.TŞK...
--------------------
<3<3<3<3<3

Smile to life:))

23 Avqust 2012 13:40

men de saca qulluq yollarini axtarirdim..sag ol ee..))thanks..))

İlkay

23 Avqust 2012 13:20

Gozel xeber idi.Menim sacim quru normaldir.
Wexsen cox xowuma geldi beyendim.

_Aymir_

23 Avqust 2012 13:01

Bəzisini bilirdim en gözəli 1normal ölçüdə qaba 1x.q. iksus tökürsen onnan yuyursan hər növ saç üçün xeyirlidi.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Nina Guney

23 Avqust 2012 12:50

melumatlara gore coxsagol butun qizlara lazimlidir....
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Mimi Morena

23 Avqust 2012 12:43

limon ve bitki yaglari daha cox xeyir edir saclara..melumt ucun tesekkurler..faydalaniram biggrin

Lauma

23 Avqust 2012 12:18

Men sacima hecne elemirem hele tokulur kecel qalacam)))
Erindiyimden qulluq filan elemirem
ne

AnGeLiCe

23 Avqust 2012 11:36

Yağlı saçlar üçün maska: bundan istifade edecem sexymix

Gulka

23 Avqust 2012 11:03

lazim olanlari kocutdum baciw teekkur ay
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea
loading...
Загрузка...