Fon yüklənir...
Загрузка...

Gözəlliyiniz üçün 5 çay maskası

Загрузка...
Bir çoxumuzun içməkdən zövq aldığı və narkomanı olduğu çay, antioksidan baxımından zəngin olması və dərinin su ehtiyacını uzun müddət qarşılaması üzümüz üçün də olduqca faydalıdır.

Çay maskaları dərinizi günəşdən qoruyar, gərgin saxlayar, yaşlanmasınıa mane olar, məsamələrinizi möhkəmləşdirər və göz altı qaralmalardan xilas olmanıza köməkçi olar.

1.Çay və banan

Gözəlliyiniz üçün 5 çay maskası

Bananı bir kabın içərisində yaxşıca əzin və üzərinə dəmlədiyiniz çaydan iki yemək qaşığı əlavə edərək məcun konsistensiyasında bir maska meydana gətirin. Maskanı üzünüzə çəkin və 15-20 dəqiqə qədər saxlayın, ardından suyla durulayın. Bu maska üzünüzü təbii yolla nəmləndirmənin və ləkələri azaltmanın ən yaxşı yollarından biridir.

2.Çay, düyü unu və limon

Gözəlliyiniz üçün 5 çay maskası

Üç yemək qaşığı düyü unu, iki yemək qaşığı dəmlənmiş çay və iki üç damla limonu qarışdırın. Qarışığı üzünüzə yüngül bir masajla yedirin, 20 dəqiqə qədər gözləyin, ardından soyuq suyla durulayın. Bu maska göz altında yaranan qara halqaları və qabarıqlığı azaldar eyni zamanda dərinizin daha gərgin və gənc görünməsini təmin edər.

3.Çay və şokolad

Gözəlliyiniz üçün 5 çay maskası

Həm çay həm şokolad antioksidan baxımından zəngindir. Üç dörd yemək qaşığı kakao tozuyla iki üç qaşıq dəmlənmiş çayı qarışdırın və üzünüzə çəkin, 15-20 dəqiqə qədər üzünüzdə saxlayın ardından durulayın. Bu maska, dərinizin gənc qalmasını təmin edən ən təsirli təbii maskalardan biridir.

4.Çay və qarğıdalı unu

Gözəlliyiniz üçün 5 çay maskası

Üç qaşıq qarğıdalı ununu üç qaşıq dəmlənmiş çay ilə qarışdırın. Qarışığı üzünüzə çəkin və yarım saat sonra soyuq suyla durulayın. Maska qara nöqtələri azaldaraq daha hamar bir dəriyə sahib olmanızı təmin edər.

5.Çay və krem

Gözəlliyiniz üçün 5 çay maskası

Dəmlənmiş çayı soyumağa buraxın, daha sonra hər hansı bir nəmləndirici kremin içinə iki çay qaşığı çayı əlavə edin. Qarışığı üzünüzə çəkin və 10 dəqiqə gözlədin. Bu qarışıq genişləmiş məsamələri möhkəmləşdirmənizə köməkçi olar.
Загрузка...

ŞƏRHLƏR

PeTTy

15 İyul 2013 14:33

Banan var indi,belke etdim,eladı.

Law

23 İyun 2013 12:15

cayla maska he..........

PeTTy

5 Aprel 2013 18:03

Bayaqları evde şokolad var idi,hamsını yedim,kaş yemezdim,qalardı,çayla maska ederdim.

PeTTy

13 Sentyabr 2012 14:00

Bu maskaları mütleq edecem.

Nina Guney

21 Avqust 2012 18:57

Sitat: FLOR
maraqli ve lazuimi melumatlardi

yes
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

_Aymir_

16 Avqust 2012 23:14

bezisini bilirdim maraglidi..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Karacicek

15 Avqust 2012 21:01

Xebere gore tesekkurler

FLOR

15 Avqust 2012 19:53

maraqli ve lazuimi melumatlardi ..esasen deride problem yasayanlar ucun tam yerine dusdu mence

AnGeLiCe

15 Avqust 2012 18:46

elaaa twkler yoxlayacammm furious

The Moon

15 Avqust 2012 18:44

Xebere gore twk...

Diloş

15 Avqust 2012 17:44

Mamaya iş çıxdı köçürtdüm hamısını ))

Gulka

15 Avqust 2012 16:29

cay ve wokalad buna yox demerem nyam morning
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Lauma

15 Avqust 2012 15:46

Elede cay icen deyilem demleyen olmasa gunlernen icmerem
Eger mecbur oluramsa kohne cayida icirem)))

DonnA

15 Avqust 2012 15:42

Əsl rəng qatqısız çayi içməyin özü elə sağlamlıq və gözəllikdir.Maskaya gəldiysə prob eleməmişəm heç.araşdiracam bunu :))
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

gulnar456

15 Avqust 2012 15:20

birincisini mutleq edecem maraqli gorunur good

Smile to life:))

15 Avqust 2012 15:00

ooo...ne yaxsii...elemek olar..))

İlkay

15 Avqust 2012 12:39

Oxudum bunlari bezisini bilirdim maragli geldi mene
Duzdur bele maskalar eden deyilem yeni
Amma yenede bilmek yaxwidir
Cayinda Bananin da xeyrleri coxdur isder insan bedeninde isder bele maska
Kimi isdifade etdikde.
Maragliydi twk.Bilmediklerimide goturdum.
loading...
Загрузка...