Fon yüklənir...
Загрузка...

Daha seksual olmaqçün 10 qayda

Загрузка...
Daha seksual olmaqçün 10 qayda

Həyatınızı yaxşılaşdırmaq, özünüzü daha yaxşı hiss etməkdən başlayır. Bu hər kəsin tez-tez təkrarladığı bir qayda... 'Digərlərindən' daha həssas olan qadının bu özünə inama bir az daha çox ehtiyacı var. Özünüzü çirkin və əhəmiyyətsiz hiss etdiyiniz dönəmsəl zədələr yaşaya bilərsiniz.
Olduğunuz qadını daha çox sevməniz, hər getdiyiniz yerdə yüksəlməniz və önə çıxmanız üçün özünüzə xatırlada biləcəyiniz bəzi qaydalar var.


1.Gülümsəyin. Saxta olub olmaması heç əhəmiyyətli deyil, yalnız dodaqlarınıza 'gülümsə' əmri verin. Harvard Universiteti Klinika Psixologiya Təlimçisi Nancy Etcoffun hər kəsə ilk tövsiyəsi bu: "Yalnız gülümsədiyinizdə hərəkət etdiyiniz sinir və əzələlər belə beyninizin xoşbəxtlik hormonu ifraz etməsi üçün kifayətdir."
İnanmırsınızsa sınayın və görün!

2.İltifatları qəbul edin. Xüsusilə bizim qadınlar gözəl bir söz eşitdiyində təşəkkür edib bunun kefini çıxarmaq yerinə iltifatı edən adamla döyüşməyi seçir. Bu çox səhv bir davranış! İnsan psixologiyası araşdırmaçısı Judith S. Beck, bir iltifatı olduğu halıyla qəbul etdiyimizdə daha qiymətli hiss etdiyimizi etdiyi təcrübələrlə sübut etmişdir.

3.Dərinizi baxımlı tutun və sizin üçün möhtəşəm olan bir fondöten (tonalni) əldə edin. Makiyaj sənətçisi Mally Roncal bu işin kiçik bir taktikası olduğunu söyləyir: "Aynaya baxdığınızda özümüzü pis hiss etməmizə səbəb olan bölgələr kölgə alan yerlərdir. Göz mənbəyi, göz küncləri, burun dəliklərinin ətrafı və dodaqların iki küncü... Buralara bağlayıcı tətbiq edin. Aydınlıq görünüşü çox sevəcəksiniz."

4.Yeni şeylər öyrənin. Bu məlumatları istifadə etmənizə belə ehtiyac yoxdur. Heç gözləmədiyiniz bir anda tamamilə öz istəyinizlə öyrəndiyiniz bir məlumatı istifadə edə bildiyinizdə özünüzü çox fərqli və etibarda hiss edəcəksiniz. Yeni yemək tərifləri, yeni bir dil, yeni bir klassik əsər ya da seçdiyiniz tam fərqli bir yenilik sizi 'yeni bir qadın' edə bilər.

5.Chicagoda qoxu və dadların psixoloji təsirləri üzərinə araşdırma edən sahə R. Hirschin maraqlı, lakin çox təsirli bir tezisi var: "Yaşıl alma və xiyar qoxusu narahatlıq, qayğı və stressi bitirən ən yaxşı qoxulardır. Sınayıb görə bilərsiniz."

Biləklərinizdə belə qoxular saxlayın və özünüzü pis hiss etdiyinizdə iyləyin. Ətir ya da krem olaraq sınaya bilərsiniz.

6.Aynayla keçirdiyiniz zamanı azaldın. Özünüzü nə qədər çox izləsəniz, o qədər çox qüsur tapmağa başlayacaqsınız. Kaliforniya Universitetinin 100 qadın üzərində etdiyi bir araşdırma bu iddianı təsdiqləyir. Hər əks olunmasına baxan qadınlar görünüşləriylə əlaqədar mənfi tutum inkişaf etdirirlər.

7.Kacy Duke, Victoria's Secretin köhnə stil məsləhətçisi və fitness məşqçisi bir mövzuda çox əmindir: "Nə qədər seksual bir bədəniniz olursa olsun daha dik dayanmağa ehtiyacınız var. Mələklərin taxdığı o qanadlar son dərəcə ağır olduğunu bilirdinizmi? Lakin elə sinələrə və ombalara sahib olsanız belə donqar dayandığınızda hər şey bitər."

Yorğun hiss etdiyinizdə özünüzə bunu xatırladın və duruşunuzu düzəldin.

8.Etdiyiniz səhvlərdən ötəri özünüzü əsla günahlandırmayın. Hər kəs müvəffəqiyyətsiz ola bilər və olacaq. Etdiyiniz səhvlər sizin dəyərinizi azaltmaz. Lakin qazandıqlarınız dəyərinizi anında artırar. Özünüzü mükafatlandırmaq üçün gözləməyin. Özünüzə gündəlik kiçik mükafatlar verin,məsələn arada diyetanı pozmaqdan çəkinməyin.

9.Hər qadının bildiyi və təsiri sübut edilən bir üsul var: Saçları boyatmaq. Nottingham Trent Universiteti araşdırmacıları etdikləri müşahidənin ardından qəti bir nəticəyə çatdılar: "Saç rəngini dəyişdirən bir qadın iltifata daha meylli hala gəlir, eşitdiklərinə də daha tez inanır. Üstəlik yeni görünüşünü kəşf etməyə çalışarkən yeni və möhtəşəm imiclər sınamağa başlayır."

Doğru, deyilmi?

10.Sohbet edin. Özünüzü xoşbəxt hiss etməniz üçün edə biləcəyiniz ən asan şey budur. Göz təması qurun, gülümsəyin və izah etməyə başlayın. Özünüzü dinlətmək üçün möhtəşəm bir üzə ya da bədənə ehtiyacınız yoxdur. Yalnız istiqanlı olun və gözlərinizi qarşınızdakından qaçırmayın. çox təsir edici olacaqsınız. İnsanlar çox seksual bir qadının yanında narahat ola bilər, lakin möhtəşəm söhbəti olan bir qadının yanından ayrılmazlar.
Загрузка...

ŞƏRHLƏR

nemis91

5 Sentyabr 2012 23:29

suppeeeeerş

PeTTy

22 Avqust 2012 12:43

İnsanın özünde olmadı bunlarla mümkün deyil

_Aymir_

16 Avqust 2012 22:54

Gülümsəyin. Saxta olub olmaması heç əhəmiyyətli deyil, yalnız dodaqlarınıza 'gülümsə' əmri verin. Harvard Universiteti Klinika Psixologiya Təlimçisi Nancy Etcoffun hər kəsə ilk tövsiyəsi bu: "Yalnız gülümsədiyinizdə hərəkət etdiyiniz sinir və əzələlər belə beyninizin xoşbəxtlik hormonu ifraz etməsi üçün kifayətdir."
İnanmırsınızsa sınayın və görün!
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Incir Receli

16 Avqust 2012 22:41

1.Gülümsəyin. Saxta olub olmaması heç əhəmiyyətli deyil, yalnız dodaqlarınıza 'gülümsə' əmri verin. Harvard Universiteti Klinika Psixologiya Təlimçisi Nancy Etcoffun hər kəsə ilk tövsiyəsi bu: "Yalnız gülümsədiyinizdə hərəkət etdiyiniz sinir və əzələlər belə beyninizin xoşbəxtlik hormonu ifraz etməsi üçün kifayətdir."
İnanmırsınızsa sınayın və görün! maraqlidi ve esasdi

The Moon

16 Avqust 2012 15:41

Xebere gore twk...

Dandoline

16 Avqust 2012 01:55

Sitat: Duygu
nda bayaqkı " Dəvəni necə öldürmək lazımdır" xəbərinə təzədən nəzər salım, birdən yeri, məqamı düşər lazım olar...

Looooooooooooooooollll............ lol

QaRaCa

16 Avqust 2012 00:05

Sitat: Duygu
QaRaCa,
hə bəs nə? hər şey sənin bir gülüşünə qurbandı...

Bilirəm canım mənim. loveis Bügun bütün sayt məni güldürmək üçün əlindən gələni edir. yahoo

Duygu

16 Avqust 2012 00:02

QaRaCa,
hə bəs nə? hər şey sənin bir gülüşünə qurbandı...

QaRaCa

15 Avqust 2012 23:55

Sitat: Duygu
onda bayaqkı " Dəvəni necə öldürmək lazımdır" xəbərinə təzədən nəzər salım, birdən yeri, məqamı düşər lazım olar...

ayda siz bugün hamınız sözləşmisiz ki məni öldürəssiz gülməkdən. Uy nə qədər güldüm, biggrin Allah axırını xeyir eləsin İnşallah. Duyğu elə bildim yazan Dandoduee. Allah səni güldürsün. sarcasti

DonnA

15 Avqust 2012 23:53

İltifatları qəbul edin. Xüsusilə bizim qadınlar gözəl bir söz eşitdiyində təşəkkür edib bunun kefini çıxarmaq yerinə iltifatı edən adamla döyüşməyi seçir. Bu çox səhv bir davranış!
Loool mocking Bunun canli şahidi olmuşam metroda bir oğlan bir dənə qıza göz dikmişdi.mənimdə fikrim bularda.Qız metroda oğlandi az qala gözləriynən diri diri yiyəcəkdi ))Oğlanda bundan üz alib , metrodan çıxanda pilekenleri bir qalxiriq qiza yaxinşalib dedi ki : xanim çox gözəl gözləriniz var baxışlariniz meni ne bilim bele biteher eledi.Qız qayidib elə tərs tərs baxdiki sen meni ne hesab eliyirsen zad. donub qaldim yerimde ki metroda oğlani udan bu deyildi ele bil))
Qaldiki seksualliğa mən cazibədar olmağı daha üstün tuturam.Əsas da gözlərin gülüşü, mənə belin incıliyindən daha gözəldi :)Hər qadin seksual bədənə sahib ola bilər.Ama cazibərdarliğa yox ))
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Duygu

15 Avqust 2012 23:52

4.Yeni şeylər öyrənin. Bu məlumatları istifadə etmənizə belə ehtiyac yoxdur.

onda bayaqkı " Dəvəni necə öldürmək lazımdır" xəbərinə təzədən nəzər salım, birdən yeri, məqamı düşər lazım olar...

gunel8877

15 Avqust 2012 23:37

Menim xoshum gelmir mene u r pretty or cute deyende, menim xoshma gelir mene deyende
you r so beatiful,:) bu her sheyi izah edir

ToMa_84

15 Avqust 2012 23:22

Cazibəli olmaq olar, amma seksual olmaq üçün heç vaxt can atmamışam.Məncə bu elə də yaxşı xüsusiyyət deyil.Amma cazibədar olmaq üçün, nə inki cazibədar həm də gözəlvə seksual görsənmək üçün və şarımlı olmaq üçün ən əsası qadının qəddi qamətinin düz olmağını vacib sayıram.Dərisi gözəl olsun, ətir iyi gəlsin,baxımlı olsun amma beli əyri olsun,hündürdabanda yeriyəndə ikiqat əyilsin,onda bu heçnə olur.Bu baxımdan ən birinici mənim üçün dügün qəddi qamət,daha sonra digər xüsusiyyətlərdir.

U_Smile

15 Avqust 2012 22:49

ELA MESLEHETLERDIR AMA MEN 10-CUNU BACARMIRAM.sOHBET ELEMEYE SOZU TAPMIRAM EN ESASIDA ELE BUDUR...

intromantizma

15 Avqust 2012 22:33

sexy gorsenmek hamiya lazimdir...

QaRaCa

15 Avqust 2012 22:00

Tonalınıya flan ehtiyacım yoxdu şükr ki, üz cizgilərim uşaq kimidir deyə makiyajdan istifadə etmirəm heç. Və belə daha şirin görünürəm. Seksual görünməyimə ehtiyac yoxdu, sadəcə elə olduğum kimi göründükdə istər-istəməz bəyənən bəyənir. Və zamanla da eyni qaldığımı görüb daha da çox istəyir. Yani helə deyirdi. blum Hər zaman gülümsəyirəm, nədənsə məndə bu xasiyyətdi. Heç qəmli durmaq mənə yaraşmır. Və məndə ən çox sevdiyi ətrim idi. Özümə uyğun ətir seçməyi sevirəm. Hər bir ətir gözəl ola bilər, lakin mənim çılğınlığımı, və ya uşaq kimi görünüşümü, gülümsəyişlərimi hər biri hiss etdirmir. Bunu mənə bir çox insan deyib ki, hər ətir səndə gözəl olmur. Şirin ətirlər çox qadını cazibədar etdiyi halda məni pis günə salır. Bir sözlə gözəl qızlarımız, çalışın biraz özünüz olun və sadəcə özünüzü sevin. Sevin ki, başqası da sizi sevsin.

İlkay

15 Avqust 2012 21:44

™NoName™,
Hm duzdu ehdiyac yoxdu ))Amma he maragli geldi))

Diloş

15 Avqust 2012 21:20

Bunlara ihtiycım yok lol

_BianKa_

15 Avqust 2012 21:03

MARAQLI XEBER IDI TWK...

FLOR

15 Avqust 2012 20:40

iss nece varam elede qoy qebul elesin ... zamanla zloy oluram kupe giren qari kimi )) zamanla sakit sessiz .. zamanla ise gulub gulduren)) evvelden demisdim menimle bir gunu o biri gune benzemeyecek.. gunde bir fasonda olacam lap bir heyvan var ee adi yadimdan cixdi her stuaciyada bir renge dusurdu lol yada ki deniz kimi bir gun sakit, bir gun dalgali, bir gun ise puskurmus

Filay

15 Avqust 2012 20:22

Eee yaparız artık bişeyler :)

™NoName™

15 Avqust 2012 19:52

Sitat: A_N
Maragli geldi.

Maraqli gelerde qadinlara))))

İlkay

15 Avqust 2012 19:41

Maragli geldi.

gulnar456

15 Avqust 2012 19:19

ilk serh menden meslehetlere gore tesekurler ay
loading...
Загрузка...