Loading...

Bədən tipinizə görə çantanızı seçin!
Qadın dünyası
- 28 İyun, 2012
- 6 320 Baxış
Loading...

Köhnə çantalarınızdan bezmisinizsə, artıq alış-veriş zamanı gəlmiş deməkdir.
Özünə və bədəninə ən uyğun çantanı seçməkdə çətinlik çəkənlər üçün gözəl bir çanta rəhbəri hazırladıq!
Bu rəhbərə nəzər salmadan əsla/çəkin alverə çıxmayın!

"Fit" bir bədənəmi sahibsiniz?
Əgər zəif və fit bir bədənə sahibsinizsə, böyük və geniş çantalar tam sizə görədir!
Həkim çantasına bənzəyən, qalın kənarlı çantalar fit bədəninizə çox yaraşacaq.

"Minyon" bədənə sahibsinizsə, böyük çanta seçə bilərsiniz!
Bir çoxunuza çox maraqlı gələcək, amma "minyon" qadınlar da böyük çantaları rahatlıqla daşıya bilərlər.
"Minyon" bir fizikaya sahib olan qadınların diqqət yetirməsi lazım olan ən əhəmiyyətli faktor çarpaz asqılı və uzun asqılı bir çanta istifadə etməməkdir.
Qısa asqısı olan böyük bir çanta sizə həqiqətən çox yaraşacaq.

Uzun boylusunuzsa, bu çantalar tam sizə görədir!
Uzun boylu bir qadın üçün çanta çox əhəmiyyətli bir aksesuardır.
Qısa asqılı, sadə, kiçik bir çanta gözəlliyinizi daha da ön plana çıxarmaq üçün kafidir!

İncə bir fizikaya sahibsinizsə, asqılı çantalar tam sizə görədir!
Əgər incə və zəif bir fizikaya sahibsinizsə, uzun asqılı və çarpaz asqılı çantalar tam sizə görədir!
Bədən tipiniz üçün ən uyğun variant olan çarpaz asqılı çantalarla bütün gözlər üzərinizdə olacaq.

Kilolusunuzsa, həcmsiz çantaları seçin!
Kilolu olduğunuzu düşünürsünüzsə, çanta seçimi sizin çox əhəmiyyətlidir.
Qalın kənarlı, uzun və çarpaz asqılı böyük çantalar sizi olduğunuzdan daha kilolu göstərəcək.
İncə və qəşəng bir çanta sizin bədəninizə çox yaraşacaq.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...