Loading...

Mələk kimi saçların sirri
Qadın dünyası
- 08 İyun, 2012
- 4 608 Baxış
Loading...

VS mələklərinin saçlarını şəkilləndirən stilist Orlando Pitonun bütün qadınlara tövsiyə etdiyi "mələk sirləri" var.
Sönük saçlara vidalaşmaq üçün geri sayım başlasın!

"Saçlar uzun olmalı, həcmli olmalı, dalğalı olmalı və işıldamalıdır. Biz qadınların, xüsusilə mələklərimizin qətiliklə oyuncaq kuklalar kimi görünməsini istəmirik. Təbii olmalıdırlar. Belə daha seksualdır, elə deyilmi?"
Victoria's Secretin qızlarını qapaq modellərindən, Amiqolardan ya da Playboy gözəllərindən ayıran da budur. Onların qüsursuzluğunun sirri təbii olmaqlarıdır… Saçların təbii quruluşunu pozmamaq da bu işin ilk qaydası sayılır.

"Həcmli saçlar üçün əvvəl saç kremi istifadə edib, saçlarınızı daramalı, sonra şampun istifadə etməlisiniz.
Saç kremini yalnız qulaq məməsi altı üçün istifadə etməyi də unutmayın.
Krem saçlarınızı ağırlaşdırar və sönük görünməsinə səbəb olar."

"Saç köpüyü adında çox faydalı bir kosmetik icad var, mütləq istifadə etməlisiniz. Duşdan sonra saçlarınızı dəsmalla quruladıqdan sonra yüngül sərtlilik dərəcəsində bir saç spreyini saç köklərinizə sıxın.
Sonra köpük, bol-bol köpük… Çiyin xəttində ya da daha uzun saçlarınız varsa, bir mandarin böyüklüyündə köpüyə ehtiyacınız olacaq.
Daha sonra dalğalandırın və qurumasını gözləyin ya da qurudun. Çox yaş saç fenlə qurudulmamalıdır, bunu da unutmayın."

"Düsturu çətin deyil: Tapa biləcəyiniz ən iri fırça, ən yaxşı fırçadır. Plastik dişli olanlarından almayın, Bunlar istilikdə zərər görər və saçlarınıza da zərər verərlər."
Pitonun tövsiyəsi: Ibiza Hair EX 5

"Saçlarınızı qurutmaq üçün deyil, həcm vermək üçün fenləyin. Bunun içində əvvəl başlığı çıxarın. Saçlarınızı önə atın.
Barmaq uclarınızla saçlarınızı darayarkən, fen yalnız yerə doğru baxmalıdır.
Yəni onu əlinizdə yelləyib, dayanmayın. Axın yuxarıdan aşağı olacaq."

"Bunlar köhnə moda deyil, superdir. Yapışqanlı biqudilərdən də istifadə edin. Gecə yatmadan əvvəl saçlarınızı yığın və feni ora tutun.
Səhər açıldıqdan sonra da saçlarınızı önə ataraq, diblərdə yenə feni gəzdirin."

"Həftədə bir dəfə saç quruluşunuza uyğun maskalar istifadə edin. Zeytunyağının gücünə də inanın.
Gözəl görünmək istəyirsinizsə, bir az zaman ayırmağınız lazım olacaq."
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...