Loading...
Dırnaqlarımıza və əllərimizə qulluq

Dırnaqlarımıza və əllərimizə qulluq

Loading...
Dırnaqlarımıza və əllərimizə qulluq

Hərdən elə olur ki bəzilərimiz əllərimizə və dırnaqlarımıza baxdıqda onlara yazığımız gəlir. Bəzən olur ki dırnaqlar kövrəkləşir və qat-qat olmağa başlayır,hətta kənarlarda kiçik dərilər qopmağa başlayır. Bir çoxlarımızın analarımız bunu səbəbini düzgün qidalanmamağımızda görür, meyvələrdən, tərəvəzlərdən yetəri qədər istifadə etmədikdə bədəndə vitaminlər və minerallar çatışmazlığı əmələ gəlir, əlbəttə ki səbəblərdən biri də budur.
Ama unutmaq olmaz ki bunlarla yanaşı bütün yuyucu və təmizləyici vasitələr də dırnaqların kövrəkləşməsinə və qopmasına gətirib çıxarırlar, nəinki dırnaqların hətta dəriyə də onlar çox ziyandırlar


Beləliklə dırnaqları qorumaq və əllərə qulluq etmək üçün bir neçə faydalı məsləhətlətlər:

Dırnaqlarımıza və əllərimizə qulluq

1. Bilirik ki dırnaqlara və sümüklərə bərklik verən mineral maddə Kalsiumdur (Ca) və bunun hər bir orqanizmdə çatışmazlığı ola bilər. Heç olmasa müəyyən müddətdən bir labarator analizlərdən keçib orqanizmdə bu kimi mineralların miqdarını dəqiqləşdirmək lazımdır. Ən vacibi, unutmayın ki, kalsiumun orqanizmdə ən yaxşı mənimsənilməsi üçün onunla paralel vitamin D-ni qəbul etmək lazımdır. Bundan başqa qida rasionumuza vitamin A, E, B və C-ni də daxil etməliyik. Bundan başqa dırnaqların bərkiməsi üçün jelatindən də istifadəö edirlər

2. Əgər siz lakdan istifadə edirsinizsə, bir neçə günə ondan uzaq durmalısınız

3. Düzdü hər evdə qabyuyan maşın olmasa da ama biz qab yuyarkən əllərimizə və dırnaqlarımıza zərər vuran yuyucu vasitlərin tərkibindəki neqativ maddələrdən uzaq olmaq üçün heç olmasa məişət əlcəkləri geyinə bilərik, onlar bizim əllərimizi daha yaxşı qoruyacaqlar. Hətta suda adi yaxalama belə əllərimizə xeyir, baxmayaraq ki onun tərkibində soda var.

4. Əgər dəri üçün xüsusi nəmləndiricilər və yumşaldıcılar almağa pulunuz çatmırsa onda bunu ən adi zeytun yağı ilə əvəz edə bilərsiz, ama istifadədən əvvəl yaxşı olar ki onu buxarda qızdırasınız

Dırnaqlarımıza və əllərimizə qulluq

5. Duz vannaları edin: 1 xörək qaşığı yemək və ya dəniz duzu, 1 stəkan 37-38 dərəcə istilikdə su və bir neçə damcı yod- bu qarışıqdan ibarət olan suda əllərinizi 20 dəqiqə saxlayın. Müalicə kursu 2 həftədir, arada 1 həftə fasilə verib sonra yenə 2 həftə davam etmək lazımdır.

6. Dırnaqlarınız üçün istifadə etdiyiniz pilkalarınızı yoxlayın – bunu üçün metaldan olan pilkalar münasib deyillər.
Sonda əgər sadalanan bu prosedurların heç biri sizə kömək etmirsə onda mütəxəssisə müraciət edin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sebishko

5 İyun 2012 15:48

Maraqli melumatlar idi mende her zaman qulluq edirem dirnaqlarima.
--------------------
<3<3<3<3<3

DRAKA

4 İyun 2012 16:36

MELUMATINIZA GORE TWK

Filay

2 İyun 2012 11:59

Cox sagolun lazimli melumatdi..

XZ

1 İyun 2012 17:09

maraqli melumat idi twk

DonnA

31 May 2012 18:31

Məlumatım var təşəkkürlər
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ToM RiDdle

31 May 2012 16:28

Qizlar ucun maraqli bir melumat idi:))
--------------------
Tural Adrian ♥

Tatli cadi

31 May 2012 14:21

Maraqli melumatlar idi mende her zaman qulluq edirem dirnaqlarima.

Angel

31 May 2012 13:51

Melumata gore twk

BURCU55

31 May 2012 13:34

tesekkurler hemise qulluq edirem ellerime

No.Name

31 May 2012 13:34

xebere gore twk duzla yodu bilirdim yaxwida komek edir good