Loading...
Həyat yoldaşınızla bunları paylaşmayın

Həyat yoldaşınızla bunları paylaşmayın

Loading...
Həyat yoldaşınızla bunları paylaşmayın

 

Bizlər düşündüyünü gizlətməyən insanlarıq. İlk dilimizə gələni qarşımızdakına olduğu kimi çatdıra bilirik... Amma nə qədər doğru edirik?
Bəzən öz ətrafımıza bir divar hörməmiyiz və düşünərək danışmağımız lazımdır. Xüsusilə də sonu evlilikdə davam edəcək bir əlaqə istəyirsinizsə, kişi yoldaşınıza nəyi söyləyib, nəyi söyləməyəcəyinizi bilməniz lazımdır.

Onun haqqında deyilənləri:

Əsla amma əsla, ailənizin və ya yoldaşlarınızın onun haqqında söylədikləri mənfi tənqidləri ona izah etməyin. Çünki bu bir tarazlıqdır. Kişi yoldaşınızın ailənizlə və yoldaşlarınızla yaxşı dolanmasını istəyərsiniz. Onların tənqidlərini eşidincə özünü geri çəkə bilər və ya çəkinə bilər.
Əgər hər şeyin idarə altında olmasını istəyirsinizsə nə kişi yoldaşınızın onlar haqqındakı tənqidlərini, nə də onların kişi yoldaşınız haqqındakı tənqidlərini bir-birlərinə söyləməyin.

Dəyişdirə bilmədiklərini:

Bir əlaqədə açıq olmaq, əlaqəni irəliyə daşıyar. Yəni ona qarşı istəklərinizi və ya xoşunuza getməyən xasiyyətlərini dəyişdirməsini istəyə bilərsiniz. Ancaq onu dəyişdirə bilməyəcəyi şeylər mövzusunda sıx boğaz etməyin. Keçəl olması və ya boyunun uzun olması kimi... Onu bu mövzularda tənqid etməyiniz heç də ədalətli deyil...
Onu dəyişdirmək istəyir ola bilərsiniz. Ancaq bu dəyişmənin xarici görünüşüylə əlaqəli olmasını gözləməyin.

Başqalarının sirrini:

Bir yoldaşınız sizə xüsusi bir şey söylədisə və bunu kimsənin bilməsini istəmirsə, sirrinə sadiq qalın. Hər hansı bir problem olduğunu düşünsəniz belə, özünüz həll etmə yolu axtarın. Sizin üçün çox əhəmiyyətli olan bir şey, kişi yoldaşınızı narahat etməyə bilər. Və ya bir şəkildə ağzından qaçıra bilər.

Ailəsi haqqındakı mənfi düşüncələrinizi:

Ailəsini sevmir ola bilərsiniz, amma bu mənfi düşüncələrinizi özünüzə saxlayın! Belə düşünün; onun üçün ən xüsusi və ən həssas olduğu kəslər ailəsidir; o sənin onları sevməyini ürəkdən istəyir... Ailəsindən biriylə bir problemin varsa, necə həll edəcəyin mövzusunda ondan tövsiyə ala bilərsən. Amma təbii ki o adamı pisləmədən və şərh etmədən! Kişi yoldaşınız ailəsini dəyişdirə bilməyəcəyi üçün, sizin mənfi düşüncələrinizi içinizdə tutmanızda fayda var!

Başqa kişilər haqqındakı düşüncələrinizi:

Qarşıdan gələn yaraşıqlı ikinizin də tanışı biridirsə, salam verib yolunuza davam edin. Həqiqətən onu cazibədar hesab edə bilərsiniz, bu onu aldatdığınız mənasına da gəlmir. Məsələn bəzi aktyorları da yaraşıqlı hesab edirik. Ancaq bütün bu düşüncələrinizi içinizdə saxlayın. Çünki kişilər belə şeyləri qısqanar, həm duyğularını bulandırmağa da ehtiyac yoxdur!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

22 Mart 2013 21:59

Mence paylaşmaq lazımdı her şeyi ki,o sene inansın.

İlkay

8 Yanvar 2013 18:08

Heyat yoldawina hele coox cooox var ))

Deli Yurek

3 May 2012 19:28

Vaxtim Olanda Oxuyucam

kamay

26 Aprel 2012 09:01

men yoldasim ucun ve onun ailesi ucun elimden geleni ederem heleki nisanliyam dusunuremki aile qurandan sonra ele de prablem cixmaz xebere gore tsk.. yerivar

MisSayka

1 Aprel 2012 23:35

Sitat: NellY
Men heyat yodlawi se4diyim insanla her bir movzuda daniwmag isteyerem..mene gore olmaz yoxdur!ona gore ele yazilanlarin hamsin bir bir deyerem...

aynən məndə.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

FLOR

1 Aprel 2012 03:11

yoo eksine edin hr seyi paylasin mocking

DonnA

1 Aprel 2012 02:47

maraqliydi lazim olar gelecekde ))
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Tatli cadi

31 Mart 2012 23:40

Mence heyat yoldasinla her seyi paylasmalisan ele bir sey olmamalidiki paylasmiyasan cunki o senin heyatinin yoldasidi laughing

ToMa_84

31 Mart 2012 22:39

Baxır nəyi,onun haqqında danışılanları,ailəmiz haqqında olanları və yaxud da münasibətlərimiz haqqında olanları niyə də ki deməyim,və yaxud da onun haqqında eşitdiklərim bəzi gözlənilməz xəbərləri niyə də ki paylaşmayım onunla,örtülü bazar dostluğu pozar.Ancaq elə məsələlər var ki onu kişi ilə paylaşmağa heç də gərək yoxdu. yes

ms_dynamite

31 Mart 2012 22:05

Sitat: NellY
Men heyat yodlawi se4diyim insanla her bir movzuda daniwmag isteyerem..mene gore olmaz yoxdur!ona gore ele yazilanlarin hamsin bir bir deyerem...


ay sagol....
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

loving_heart

31 Mart 2012 22:03

helelik evlenmemiwem evlenende oxuyaram smile

NellY

31 Mart 2012 21:27

Men heyat yodlawi se4diyim insanla her bir movzuda daniwmag isteyerem..mene gore olmaz yoxdur!ona gore ele yazilanlarin hamsin bir bir deyerem...

Ledi Luiza

31 Mart 2012 21:05

Sitat: miskaa
mende gizletmek mumkun olmurrr

yes
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

XZ

31 Mart 2012 20:59

olur herden bezi weyleri gizletmek gerekir

life565

31 Mart 2012 17:41

hmmmmmmmmmmm tesekkur lovejoy

Mrs.serqiyye

31 Mart 2012 17:16

tesekkurler mlumatucun lovejoy

melek...

31 Mart 2012 17:08

Başqa kişilər haqqındakı düşüncələrinizi:
hec neyi demesemde bax bunu deyeremmmmmm ne

F_N

31 Mart 2012 16:06

Men gizlede bilmirem

miskaa

31 Mart 2012 14:56

mende gizletmek mumkun olmurrr

ღ SuPPeR ღ

31 Mart 2012 14:46

XEBERE GORE COX SAGOLUN.MELUMATIM VAR lovejoy

HOSTKOLIK

31 Mart 2012 14:37

hm.duz du de........inwallah geleceyde bunlara riayyet ederiy.twk. loveis

JeSsie

31 Mart 2012 14:25

Başqa kişilər haqqındakı düşüncələrinizi:

bunu 100 % paylaşmaram, heç kim paylaşmaz yəqin, nəinki mən.. mocking

Sebishko

31 Mart 2012 14:14

Təşəkkürlər...
--------------------
<3<3<3<3<3

Esperanza

31 Mart 2012 14:13

Sitat: super_emocka
heleki erim yoxdu..axxaxaxa

aynen olanda paylaşarığ )))

super_emocka

31 Mart 2012 14:11

heleki erim yoxdu..axxaxaxa

Lektra

31 Mart 2012 14:02

Onun haqqında deyilənləri:
Ailəsi haqqındakı mənfi düşüncələrinizi:
Başqa kişilər haqqındakı düşüncələrinizi: