Loading...
Saça qulluq

Saça qulluq

Loading...
Saç sağlamlığını pozan səhvlər

 

Saç sağlamlığını pozan səhvlər


Saçı fiziki olaraq keyfiyyətdən salan əməliyyatları bu şəkildə sıralaya bilərik:


Saçı quru ikən darama: Saç forma dəyişdirməyi içindəki hidrogenin (su) yer dəyişdirməsi surətiylə edər. Saç elastikliyi saç nəmli ikən artar. Saç quruykən öz boyunun 20%-i nisbətində zəifləyər və qırılar, bu səbəblə saç quruykən daranmamalıdır. Saç nəmliykən 50% nisbətinə qədər dartıla bilər. Saçın ən böyük nəm qaynağı sudur, bu səbəblə saçımız yuyunduqca ehtiyacı olan nəmi qazanar. Qazandığı nəmi uzun müddət qoruya bilməsi üçün saç kremi və baxım kremlərinin istifadəsi faydalıdır.

 

Fen, düzləşdirici: Saça edilən isti əməliyyatlardır. Saçın istiyə qarşı müqaviməti vaxt keçdikcə azalar. Bu səbəblə bu əməliyyatların çox tətbiq olunması ilə saçda qopma və qırılmalar artar.

 

Qaynaq saç istifadəsi: Saçın daha çox görünməsi məqsədi ilə edilən üsuldur. Saçda qırılma riski yaradır. Xüsusilə zəif saçı olan xanımlarda çox istifadə ziyandır.

 

Saçı çox möhkəm yığmaq: Bu əməliyyatda saçı dartaraq yığmaq saçda ilk mərhələdə qırılma yaradacaq.

 

Saç sağlamlığını pozan səhvlər

 

Saçda struktur cəhətdən əskikliklər qida əskikliyi səbəbiylə meydana gələr. Saçın az zülal qəbul etməsi saçda zəifləmə və asan qırılma olar. Saç ən kiçik dartılmada qopar və qırılar.

 

• Zülaldan əskik qidalanma, vegeteryan qidalanma,

 

• Dəmir əskikliyinə bağlı qansızlıq,

 

• Sink, folik turşu, B-12, bioten əskikliyi,

 

• Sağlam olmayan saç dərisi

 

Saçın möhkəm quruluşunu pozar, saç canlılığını itirər və saçda qırılmalar başlayar.

 

Saça  tətbiq olunan forma vermək üsulları saça fiziki təhdid meydana gətirə bilər. Çox edilən kimyəvi əməliyyatlar ən möhkəm saçda da qırılma və qopma yaradar.

 

Sağlam saç üçün nə etməli?

 

İsti fen yerinə, arada biqudi ilə burun.

 

Düzləşdiriciləri hər gün istifadə etməyin.

 

Saça nəm və zülal verən baxım maskaları istifadə edin.

Saçın təbii rənginə yaxın boyalar seçilməlidir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

İlkay

26 Avqust 2012 09:50

Saclar ucun qulluq her zaman gereklidir
Menim saclarim uzundur oncun daha qulluq etmek vaciblidir
Elimden geldiyi qederde edirem))

Lalila

6 May 2012 15:19

Saclarimi coooox sevirem haha

bextever

20 Aprel 2012 12:45

menimde sacim tez yaqlanir bilmirem ne edim bj

Gunay_oxatan

10 Aprel 2012 02:17

men fenden demek olar ki istifade etmirem,cox az halda istifade edirem,sacim duzdur menim hemde qisa deye burmuram hecvaxt.yarawdirmiram ozume buruq sac.fenlede qurutmuram.duzlewdirici fenden arada istifade edirem oda yuyandan sonra duz emelli durmur,eseblewirem.bir iki defe evvel sacimda tokulme hiss edende xinadan istifade etmiwem ama kimyevi boyalardan hecvvaxt.duzu fobiya var mende ele bilirem istifade etsem pis bir effekt verer. al

maraqli xebere gore cox sagol!
beli

MisSayka

9 Aprel 2012 21:56

İsti fen yerinə, arada biqudi ilə burun.

mənim saçımı burmax lazım deyil heç, özü elə buruxdu )
Düzləşdiriciləri hər gün istifadə etməyin.

eləmirəmdə onsuz. ancaq xüsüsi yerlərə gedəndə ad günə toya zada ancax eliyirəm belə oxotumnan aslıdı. ama eləmirəm tez-tez bu axrıncı yarim yada 1 il ərzindədiki ayda 1 dəfə eliyərəm ya yox. sonra saç qıranlar olur ucunda ondada saçlarım uzanmır, onu kəsdirərən soram elə ayda 1 dəfə eliyirəm ya yox. saçlarımda day birdənədə saç qıran yoxdu uzanır saçlarım ) hər ay ukladka eliyəndə inanmıramki mənim saçlarımdı bu hər dəfə eliyəndə görürəmki dəhşət uzanıblar, ki mənim saçlarım gec uzanandı.
Saça nəm və zülal verən baxım maskaları istifadə edin.

maska falan eləməknəndə heç aram yoxdu nədəki həvəsim var. yəni heç maraqlanmamışamda.
Saçın təbii rənginə yaxın boyalar seçilməlidir.

hərdən istiyirəm açım rəngini saçlarımın ama bitərəfdəndə eləmək istəmirəm. həm mama qoymur həmdəki soram diyirlər saç tez ağarır fellow
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

DonnA

9 Aprel 2012 19:11

Elədir ki var bunlari mene mamam bir bir basa salib.
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

hekimli

9 Aprel 2012 18:16

açın möhkəm quruluşunu pozar, saç canlılığını itirər və saçda qırılmalar başlayar

ToMa_84

9 Aprel 2012 17:59

Saşlarıma bacardığım qədər qulluq edirəm,maskalardan da istifadə edirəm,ancaq yazıqlara bir o qədər də zülm verirəm,düzləşdirməklə.

ღ SuPPeR ღ

9 Aprel 2012 16:35

wukur problem yoxdu duzlesdirib de elemirem tebii qeseydi

XZ

9 Aprel 2012 16:32

sacdan daniwmayin menimde saclarim cox zeif ve tokulendi

dilsad

9 Aprel 2012 15:39

sacin cirkini aparmaq ucun sirke ve ya limon suyu istifade etmek olar bu heqiqeten ise yarayir. sampunlu olanda onlardan birini surtmek olur ise yarayir

Tatli cadi

9 Aprel 2012 15:11

Men dehset derecede sacima vurgunam kesdirmeye elim gelmir cox zaman calisiram duzgun qulluq edim ama saclarim cox nazik ve tokulendir bir iki defe maska etmisem ama cox xeyri olmayib.Saclarala bagli xeberi cox sevirem xebere gore tesekurler.

Faya

9 Aprel 2012 14:57

Saçın təbii rənginə yaxın boyalar seçilməlidir.

Hələ ki boya istifadə etməyə ehtiyacım yoxdur
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

ms_dynamite

9 Aprel 2012 10:59

Sitat: Esperanza
biraz ilıq suyla yuyacam görüm xeyri olur ya yox ama heç inanmıram, 2 günə uje hazırdı saçlarım yağlanır


he onda isti suyla yuyursan ondandir iliq suyla yuyanda gec yaglanir meslehetlidir...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Esperanza

9 Aprel 2012 10:55

ms_dynamite,
biraz ilıq suyla yuyacam görüm xeyri olur ya yox ama heç inanmıram, 2 günə uje hazırdı saçlarım yağlanır

ms_dynamite

9 Aprel 2012 10:51

Sitat: Esperanza
mənim saçlarım niyə tez tez yağlanıre uje bezmişəme


yeqin sacini cox isti suyla yuyursan ona gore esitdiyime gore saci isti suyla yuduqda basda olan piy vezilerinde canlanma bas verir ve bunun neticesinde de saclarda adi haldan tez yaglanma bas verir normal halda saci yuduqdan sonra 4gunden sora yaglanma olursa bu normaldir ama 4gunden tez olarsa bu qeyri normaldir,...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Esperanza

9 Aprel 2012 09:57

mənim saçlarım niyə tez tez yağlanıre uje bezmişəme

Poker Face GaGa

9 Aprel 2012 09:36

İsti fen yerinə, arada biqudi ilə burun.
Düzləşdiriciləri hər gün istifadə etməyin.
Saça nəm və zülal verən baxım maskaları istifadə edin.
Saçın təbii rənginə yaxın boyalar seçilməlidir.
good
--------------------