Loading...

Gəlin ayaqqabısı necə olmalıdır?
Qadın dünyası
- 31 Yanvar, 2012
- 8 231 Baxış
Loading...

Bir gəlin üçün gəlinlik qədər əhəmiyyətli olan nə var? Təbii ki də gəlin ayaqqabısı... Şübhəsiz toy günü üçün hər şey mükəmməl olmalıdır, amma bütün gün rəqs edəcəyinizi, ayaqda duracağınızı saatları düşünsək gəlin ayaqqabısı da gəlinlik qədər önəmlidir. Həm rahatlığınız, həm də qəşəng olması baxımından bir neçə detala diqqət etsəniz belə əhəmiyyətli bir günü ən yaxşı şəkildə keçirə bilərsiniz...
Ayaqqabınızı gəlinlikdən sonra alın. Əvvəlcə gəlin ayaqqabınızın hazır mı yoxsa xüsusi istehsal olacağına qərar verin. Beləliklə seçiminiz istiqamətində gəlinliyinizin parçasından, gəlin ayaqqabısı hazırlana bilər. Gəlin ayaqqabınızı sifarişlə etdirmək istəyirsinizsə; gəlinliyinizin parçasını alarkən bir az çox kəsdirməlisiniz və sifarişi toy gününüzə yaxın bir tarixə deyil, gəlinlik sınağınızın tarixinə görə verməlisiniz. Ayaqqabınızı geyərək gəlinliyinizi sınasanız gəlinliyinizlə uyğunlaşmasını daha yaxşı təmin edə bilərsiniz.
Gəlin ayaqqabısını hazır almaq istəyirsinizsə mütləq axşam saatlarında alverə çıxın çünki toy gününüzdə o qədər çox ayaqda qalacaqsınız ki ayaqlarınız axşam saatlarında şişmiş olacaq. Ayağınıza tam olan bir ayaqqabı alsanız müəyyən bi saatdan sonra sıxmağa başlayacaq. Bir də ayaqqabı dərisinin yumşaq olmasına və topuğunu çox yüksək olmamasına diqqət yetirin. Bir iki həftə əvvəl evdə gəlin ayaqqabınızla gəzməyiniz şiddətlə tövsiyə edilir

Bütün gecə boyu rəqs edəcəyinizi düşünsək az dikdaban ayaqqabıları seçim etməniz daha yaxşı olar. Beləliklə addımlarınıza hakim ola bilər, tarazlığınızı da itirməyəcəksiniz.
Gəlin ayaqqabınızı alarkən toyun ediləcəyi məkanı və mövsümü də düşünməlisiniz. Yay toyu ya da bağça toyu düşünürsünüzsə düz dabanlı ayaqqabılara nəzər salmaq da fayda var.
P.S. Bütün gecə sizi daşıyacaq olan gəlin ayaqqabınız üçün bu qədər incə düşünməyə dəyər.

Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...