Loading...

Gəlin saçı
Qadın dünyası
- 02 Fevral, 2012
- 9 392 Baxış
Loading...

Toy gününüzdə əlbəttə ki hər şey kimi saçlarınız da gözəl olsun istəyərsiniz. Saçlarınız qısa ya da uzun olsun hər modeldə çox qəşəng bir görünüş əldə edə bilərsiniz. Tövsiyəm bir çox model var və seçə bilmirsinizsə, toydan əvvəl bütün modelləri təyin edib, saç sınağı edin.
Beləliklə bu müddətdə özünüzə ən çox yaraşan modeli tapa bilərsiniz. Amma bir neçə detala diqqət yetirməkdə fayda var.
Əvvəlcə unutmayın ki hər saç modelinin hər üz tipinə uyğun olmadığıdır. Bu səbəblə bir mütəxəssisdən üzünüzə və gəlinliyinizin ən uyğun modeli seçməkdə kömək istəyə bilərsiniz.
Ya da ...
- Salona gedərkən, fikrinə etibar etdiyiniz bir yoldaşınızdan sizə qatılmasını xahiş edə bilərsiniz. Beləcə qərar verməniz asanlaşacaq.
- Saç aksesuarlarınızı və duvağınızı da yanınızda aparıb aksesuarlarınıza görə saç modelinizi seçin. Hətta gəlinliyinizin və istifadə edəcəyiniz geyimin bir fotoşəkilini də saç ustanıza göstərə bilərsiniz.
- Saç modelinizi qərar verərkən gəlinliyinizin və toyun ediləcəyi mühiti göz qarşısında saxlayın. Bir yaz toyu üçün açıq saçlarda kiçik çiçəklər xoş dayanarkən, qapalı yer üçün toppuz bir model və göz oxşayan bir tac yerində bir seçki olacaq.
- Toyun ediləcəyi yerin iqlim şərtləri də seçkinizi təsir edəcək. Küləkli bir gündə yaz toyu edirsinizsə saçlarınızın dağılmayacağı bir modeli və aksesuarları seçməlisiniz. Saçlarınızı isə gözəl bir tac, kiçik çiçəklər, muncuqlar, işıltılı bijuteriya ilə bəzəyə bilərsiniz.
- Saç modelinizi seçərkən bəyi unutmayın. Aranızda boy fərqi varsa uzun bir toppuz, dikdaban ayaqqabılarla birləşincə sizi bəydən çox daha uzun göstərəcək. Bu vəziyyətdə başınızın arxa hissəsində ediləcək bir toppuz seçə bilərsiniz.
- Üzünüzün quruluşu da gəlin başı modeli seçkisində əhəmiyyətlidir. İncə, uzun bir üzdə tətbiq olunacaq toppuz modelində üzə doğru bir tutam saç salınması gəlinin üzünü daha da uzun göstərəcəyi üçün istifadə olunmur. Çəkili gəlinlərdə isə, üzü incə göstərmək üçün üzə yanlardan və qulaq arxasından saçlar çıxarıla bilər.
- Gəlin başında ümumiyyətlə toppuz seçilir. Amma siz klassik olmaq istəmir ola bilərsiniz. Saçınız qısa ola bilər. O zaman aksesuarlarla saçlarınızı rəngləndirərək çox gözəl bir gəlin başı etdirə bilərsiniz.
Üz şəklinizə görə:
Yumru üz: Üzünüzün yumruluğundan şikayətçisinizsə bir az olsun naziltmək üçün saçınızın həcmini yüksək tutacaq modelləri seçim edə bilərsiniz. Qısa kəsdirmək bir həll ola bilər. Ancaq uzun istifadə etmək istəyirsinizsə toppuz da yaxşı bir seçim.
Kvadrat üz: Tarazlı bir üz tipidir. Üzdəki ifadəni yumşaltmaq üçün tel kəsdirə ya da gicgahlarınıza enən saç tutamları etdirə bilərsiniz.
Düzbucaqlı üz: Kəsmək düşünürsünüzsə çənə sümüyünü keçməyəcək şəkildə olmalıdır. Gicgah sümüyünü örtəcək şəkildə seqmentlər ilə tarazlı, uyğun saç modellərinə sahib ola bilərsiniz.
Üçbucaq üz: Bu tip üz şəkillərində mənfi olan üz formasını saçınıza veriləcək müsbət enerji ilə tarazlamalısınız.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...