
Kim deyib kişiləri anlamaq çətindir?
- 04 Yanvar, 2012
- 2 825 Baxış
Qadınlardan soruşsanız, "kişiləri anlamaq olmur" deyəcəklər. Ancaq doğru yolla baxsaq kişilər çox asan başa düşülür. Kişilərin etdikləri sadə davranışlar onları anlamada ən təsirli yollardan biridir. Əlaqə mütəxəssisi Humfrey Hunter, kişiləri anlamanın sirlərini açıqladı.
Qadınlara, "İlk görüşmədən sonra nə vaxt yenidən əlaqəyə keçməliyəm?", "Məni təkrar görmək istəyirmi?" kimi kişilərə dair ağıllarını qurdalayan suallara cavab verildi. Budur, kişilərin düşündükləri:
- Uzun bir əlaqədən yeni çıxmış bir kişidən uzaq durun. Özünüzü onun yaralarını qucaqlayaraq, sizə aşiq olmasını təmin edəcəyiniz kimi düşüncələrə qapdırmayın.
- Əgər bir kişinin sizdən xoşu gəldisə ilk görüşünüzün ardından qətiliklə heç zaman itirmədən sizinlə ünsiyyətə keçəcək. Əgər ünsiyyətə keçmirsə, ona bir dəfə mesaj yazın, cavabın gəlməsi iki saatdan çox zaman alsa, daha əsla onunla ünsiyyətə keçməyin.
- İlk görüşmənizə nə gec, nə də tez gedin. 10 dəqiqə gec getmək ideal olandır.
- İlk görüşmədə yalnız özünüz olun və əylənməyə baxın. Pozitiv olun.
- Yeni tanış olduğunuz bir kişinin yanında yemək yeməkdən çəkinməyin, kişilər yemək yeyən qızları sevərlər. Yeməkdə "Yalnız salat alacam" deyən bir qız cazibədar deyil.
- Yeni görüşməyə başladığınız birindən əsla çəkinməyin, onu Facebookda axtardığınızı, onun profilini araşdırdığınızı bildirməyin.