Loading...

Dodaqlarınızın gözəl və cazibədar görünməsi
Qadın dünyası
- 21 Dekabr, 2011
- 17 383 Baxış
Loading...

Dolğun baxımlı və gözəl görünən dodaq dişiliyin və seksuallığın simvoludur. Dodaq baxımı dodaqlarımızın gözəl və cazibədar görünməsini sağlar. Dodaqlarımız çox həssas və dərisi incə olduğu üçün xüsusi bir baxım istəyər. Dodaqlarımızı həddindən artıq külək, soyuq və istidən qorumaq, qurumağının və çatlamağının qarşısını almalıyıq. Bunun üçün çantamızda hər vaxt bir çatlaq kremi (lipstick) olmalıdır. Vazelin və ya zeytun yağı ilə dodaqlarımızı nəmləndirərək baxımını edə bilərik.
Həmçinin soyuq havalarda dodaqlarınız çatlayırsa kakao yağı istifadə edə bilər və dəriniz üçün istifadə etdiyiniz nəmləndirici ilə dodaqlarınızı da nəmləndirə bilərsiniz.
Dodaqlarınızdakı qüsurları düzəltmək üçün açıq tonlardakı pomadaları seçməlisiniz. Əgər dodaqlarınız incə isə açıq tonda və ucu küt bir dodaq qələmiylə üst dodağınızın ortasından başlayaraq və dodaq xəttinizi bir az üstündən dodaqların birləşdiyi yerə qədər yumşaq bir xətt çəkin. Eyni əməliyyatı alt dodağınıza da tətbiq etdikdən sonra qələminizi rəngindən bir ton daha açıq rəngdə pomada çəkin və alt dodağınızın tam ortasına bir az parladıcı tətbiq edin.

P.S. Bunu əsla unutmayın qadın üçün ən gözəli təbii gözəllikdir. Xüsusilə 20 li və 30 lu yaşlarda çox makiyaj gözəlliyinizi kölgələr.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...