Loading...

Ənliymizi necə vuraq?
Qadın dünyası
- 30 Noyabr, 2011
- 8 054 Baxış
Loading...

Ən ideal üz oval üzdür. Doğru ənlik tətbiqiylə üz şəklinizi oval hala gətirə bilərsiniz.
Necə?
Ənlik istifadəsində fərqlilik göstərən üz tiplərini tək-tək araşdıraq.

Kirsten Dunst - Yumru üz
Yumru yanaqlar dolğun olduğu üçün almacıq sümüklərinin qabardılması vacibdir. Bunun üçün aynaya baxın və gülümsəyin. Önə çıxan yeri təxminləşdirə bilərsiniz.
Bu hissəyə pudra fırçasından istifadə edərək tətbiq edin. Sərt hərəkətlərlə deyil, toxunduraraq rəng verin. Ən çox rəng burada görünəcək.

Daha sonra toplanan ənliyi saç köklərinizi doğru sümük xəttində vurun.

Yaranan xəttləri istifadə etdiyiniz tonal kremnən və ya pudraya dağıdın. Üz sümüyünüzü ən son hissəsinə (gözlərinə yaxın və saç köklərinizi dərhal aşağısında olan) daha tünd rəngli bir ənlik tətbiq edərək kölgə verə bilərsiniz.

Liv Tyler - Uzun Üz
Kabuki fırça istifadə edin. Ənliyi birbaşa olaraq almacıq sümüklərinizə tətbiq edin.

Ənliyinizi yüngülcə dağıtmaq üçün yelpik fırça istifadə edin. Üzünüzün şəklinə ən uyğun olan fırça növü budur. Sümük hissəsində diqqətə çarpan bir rəng olmamasına diqqət edin.

Yaranan xəttləri yanağınıza doğru dağıdaraq yox edin.

Sandra Bullock - Kvadrat Üz
Sizə krem ənlik təklif edirik. Bunu tətbiq edərkən də ən təbii görünüş üçün barmaqlarınızı istifadə edin.

Almacıq sümüklərinizin üzərinə 3-4 damla ənlik tətbiq edin və barmaq uclarınızı bir şey yerleştirirmiş kimi istifadə edərək sümük xəttində yayın.

Diqqətə çarpan bir üz sümüyü üçün yanağınızı gözlərinə yaxın olan qisminə də ənlik tətbiq edə bilərsiniz.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...