Loading...
Sağlıqlı saçlar - 3

Sağlıqlı saçlar - 3

Loading...
Sağlıqlı saçlar - 3

1. Saç, boy və ölçülər
Bir-birləriylə mütənasib olmalıdırlar. Məsələn boyu 1.60m nin altındakı qadınlara uzun saç yaraşmaz. Uzun boylu iri qadınlarda qısa saçlar başın kiçik, bədənin iri görünməsinə səbəb olar.

2. Qısaltmaq ya da uzatmaq?
Qəti qərar verə bilməyənlərin, zamanla saçları uzandığında belə, şəkli pozulmayacaq bir modelə ehtiyacları vardır. Ən idealı, boyundan daha uzun, yanlarda daha qısa tökülən qat qat bir modeldir. Bu model çənə xəttində də gözəl durur. Qısa seqmentlər incə saçlar üçün idealdır.

3. Düz saçlı qadınlar
Düz saçlı qadınlar yalançı ya da gerçək perma etdirməyi sevərlər. Amma süni buruqların şəkilləndirməsinin daha uzun sürdüyünü də hesaba qatmaq lazımdır. Buruqlarınızın mükəmməl görünməsini istəyirsinizsə, açıq havada qurumağa buraxmaq çox həll yolu deyil. Bunun yerinə, uyğun bir şəkilləndiriciylə, barmaqlarınızı istifadə edərək saçınızı formalandırın.

4. Daha həcmli saçlar istəyirsiniz?
O zaman saçlarınızı normal uzanmağın istiqamətlərinin tərsinə doğru sarın. Daha möhkəm buruqlar əldə edərsiniz. Daha qabarıq və gözəl tökülürlər. Həm də o qədər də tez düzləşməzlər.

5. Yağlı saçlar hər bir qadının baş bəlasıdır.
Bununla mübarizə aparmaq, salonlara gedib məsləhətlər almaq xeyli vaxtımızı alır. Hər bir Qadın özünə qulluq etməyi bacarmalıdır.
Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib, başınız polietilen papaq və ya dəsmalla örtüb,yarım saat gözləyin, yarım saatdan sonra saçları adi qaydada yuyun. Bu çox faydalı maskadır, yeganə mənfi cəhəti soğan iyinin olmasıdır. Bunu da ətir vasitəsilə ardan qaldıra bilərsiniz.

Sağlıqlı saçlar - 3

6. Saçlarımız çox gec uzanır və cansızlaşır.
2 ədəd yumurta sarısına 2 xörək qarışığı gənəgərçək yağı, 1 çay qaşığı xardal tozu, 1 xörək qaşığı limon şirəsi və ya sirkə töküb qarışdırırıq. Alınmış qarışığı saçın dibinə çəkib 40 dəqiqə gözləyirik. Sonra saçları yumşaldan şampun və ya 1 litr suya 2 xörək qaşığı çobanyastığı ilə yaxalayırıq. Nəticə: gözəl saçlarınızla fəxr edin.

7. Quru saçlar
Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.

8. Kəpək üçün nə etməli
Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil.

9. Zəif və seyrək saçlar üçün maska
200 qr saf zeytun yağı, 10 ədəd qoz və ya fındıq içi, 1 çay qaşığı toz quru maya.
200 qr saf zeytun yağına 10 ədəd qoz və ya fındıq içi atın.Bunu 15 dəqiqə vam xodda qaynadın.İlıqlandıqdan sonra bir çay qaşığı toz quru maya atın.Qarıçığı saçın diblərinə sürtüb streçlə bağladıqdan sonra iki saat gözləyin.Bunu həftədə bir dəfə edin.Saçları yumaq üçün isə zeytunyağlı sabundan istifadə edin...

10. Saçların tökülməsi çox qadının qorxulu yuxusudur. Bunun qarşısını almaq üçünsə saçlara davamlı qulluq etmək lazımdır. Bunun üçün bir neçə maska işinizi asandlaşdıra bilər.
1 ədəd quru soğanı əzin, 1 ədəd yumurtanın sarısı ilə qarışdırın. Hazırlanan məhlul saçın dibinə sürtülür. Daha sonra saçlar sellofan torba və dəsmalla bağlanır. Maska saçlarda 1-1,5 saat qalmalıdır. Saçlar ilıq su ilə yuyulur.

Sağlıqlı saçlar - 3
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Duygu

8 Sentyabr 2011 02:28

Sitat: tu_ru
xoşdu :)


rose

Cheburawka

8 Sentyabr 2011 01:50

Sitat: Duygu
amma ehtiyac duyan etsin, gozellik qurban teleb edir... 1-2 gun evde oturmaq kimi bir qurban yeni qisasi- sebr

düzdü. çətin iş deyil))

Sitat: Duygu
hmm, cox tesekkur... o " normal" sozu casdirdi meni

xoşdu :)
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Duygu

8 Sentyabr 2011 01:49

Sitat: tu_ru
aha mənfi cəhəti soğan qoxusu olmasıdı


amma ehtiyac duyan etsin, gozellik qurban teleb edir... 1-2 gun evde oturmaq kimi bir qurban yeni qisasi- sebr


Sitat: tu_ru
normal uzanma yəni, saç yuxarıdan aşağı doğru uzanır. o normal istiqamətdi. tərsi isə uclardan yuxarı doğru :)


hmm, cox tesekkur... o " normal" sozu casdirdi meni laughing

Cheburawka

8 Sentyabr 2011 01:45

Sitat: Duygu
bu mene lazimdi amma basa dusmedim nece ki, normal uzanmagin istiqametinin tersine dogru?

normal uzanma yəni, saç yuxarıdan aşağı doğru uzanır. o normal istiqamətdi. tərsi isə uclardan yuxarı doğru :)
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Duygu

8 Sentyabr 2011 01:44

O zaman saçlarınızı normal uzanmağın istiqamətlərinin tərsinə doğru sarın


bu mene lazimdi amma basa dusmedim nece ki, normal uzanmagin istiqametinin tersine dogru?
unknown

Cheburawka

8 Sentyabr 2011 01:44

Sitat: Duygu
dogurdan lazimli melumatlar toplanib, muellife tesekkur... bir de onu deyim ki, axirinci maskani ve ona oxsar maskalar eden xanimlar ele gun etsinler ki, hemen gunun seheri hec yere gedesi olmasinlarrrr (belke de 2-3 gun)

aha mənfi cəhəti soğan qoxusu olmasıdı
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Duygu

8 Sentyabr 2011 01:41

dogurdan lazimli melumatlar toplanib, muellife tesekkur... bir de onu deyim ki, axirinci maskani ve ona oxsar maskalar eden xanimlar ele gun etsinler ki, hemen gunun seheri hec yere gedesi olmasinlarrrr (belke de 2-3 gun)

DReaM

7 Sentyabr 2011 18:20

maska etməyə ərinirəm etsəm ayda ildə bir dəfə badam yağından istifadə edirəm...əla məlumatlar var təşəkkür əziyyətə görə gərək biraz tənbəlliyin daşın atım)))

FLOR

7 Sentyabr 2011 18:00

Sitat: tu_ru
aha məndə elə bilirəm. ama burda xardal tozu deyildiyi üçün düşündümki ədviyyat olar.

xardalin tozuda satilir

LARACROFT

7 Sentyabr 2011 14:50

Saçım çox uzanıb kəsdirmək də fikrim yoxdu.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

nikko20

7 Sentyabr 2011 14:45

men bir hekmnen soruwmuwam sa4 tokulmeye qarwi ne etmey lazmdi hekm genegercek yagiynan sarimsaqli wampun bide provitamnleri meslehet gordu istifade elirem mence effekti var

elena

7 Sentyabr 2011 13:41

Elemesem de goturecem birden lazim olar.

Cheburawka

7 Sentyabr 2011 13:36

Sitat: songena
XARDAL QORÇİTSADIR...

aha məndə elə bilirəm. ama burda xardal tozu deyildiyi üçün düşündümki ədviyyat olar.
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Songena

7 Sentyabr 2011 13:34

XARDAL QORÇİTSADIR...

Cheburawka

7 Sentyabr 2011 13:32

Sitat: NellY
4ox sag ol...4oxunu yazib goturdum..indi ke4ek suallara...
Xardal nedi???
Birde orda yazmisanki findig ve ya gozun i4in yeni neyi yediyimizide he?gabigin yox ozun?

xardal bildiyimə görə ədviyyatdı. hə fındıq və qozun içini. yəni yediyimiz, özünü ))
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

NellY

7 Sentyabr 2011 13:10

4ox sag ol...4oxunu yazib goturdum..indi ke4ek suallara...
Xardal nedi???
Birde orda yazmisanki findig ve ya gozun i4in yeni neyi yediyimizide he?gabigin yox ozun?

Cheburawka

7 Sentyabr 2011 13:01

Sitat: _DecelkA_
Mene lazim olanlarini oxudum.tewekkur canim bize gore eziyyet cekirsensende

xoşdu canım kiss
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

_DecelkA_

7 Sentyabr 2011 12:57

Mene lazim olanlarini oxudum.tewekkur canim bize gore eziyyet cekirsensende loveis

Tatli cadi

7 Sentyabr 2011 12:47

maraqli bilgilere gore tyesekurler

Academik

7 Sentyabr 2011 12:18

oxudum

Beatrice

7 Sentyabr 2011 12:06

good
--------------------
Meleyimmmm loveis loveis loveis

_MiSS PrInCeSS_

7 Sentyabr 2011 11:56

Hmmmmmmmm tam mene gore bi xeber,twk.........

Aidan

7 Sentyabr 2011 11:52

Oxudum.=)
--------------------
Dream it.
Wish it.
Do it.