Loading...
Dəriyə Qulluq

Dəriyə Qulluq

Loading...
Dəriyə Qulluq

1. Fəsilllər dəyişəndə dəriniz quruyub, tökülə bilər. Dərinizə ipək kimi bir görünüş qazandırmaq və ölü hüceyrələrdən təmizləmək üçün kisə köməyiylə yüngülcə masaj edin. Dərinizi zədələməmək üçün kisəni çox basmayı, göz ətrafına dəydirməməyə diqqət edin.

2. Dərinizin sağlamlığını qorumaq və qırışları aradan qaldırmaq üçün mütləq nəmləndirici krem istifadə edin. Quru dəriyə sahibsinizsə, yağ əsaslı nəmləndiriciləri; yağlı dəriyə sahibsinizsə, su əsaslı nəmləndiriciləri seçə bilərsiniz. T bölgəsi yağlı dərilərdə isti duşdan sonra yanaqlarda qızartılar ola bilər. Dəri tipinizə uyğun bir kremlə mütləq nəmləndirməlisiniz.

3. Göz ətrafı həssasdır və hər vaxt istifadə etdiyiniz nəmləndirici kremlər allergiyaya səbəb ola bilər. Mimikalar və yaşa bağlı olaraq göz ətrafında qırışların meydana gəlmə ehtimalı yüksəkdir. Bu bölgə üçün xüsusi olaraq çıxarılmış kremləri hər gecə yatmadan əvvəl çəkməyi vərdiş halına gətirin. Yağlı dəriyə sahibsinizsə, gel formasında; quru dəriyə sahibsinizsə, pudra tərkibli kremləri seçə bilərsiniz.

4. T bölgəsi yağlı dərilərdə gün içərisində parıltılar görünə bilər. Kosmetik marketlərdə asanca tapa biləcəyiniz quruducu kağızları mütləq yanınızda gəzdirin. Dərinizdə həddindən artıq yağlanmadan qaynaqlanan parıltıları quruducu kağızlar sayəsində yox edə bilərsiniz.

5. Dəri baxımı üçün maska etməyə vaxtınız yoxdursa, yalnız bal çəkib 15 dəqiqə gözlətdikdən sonra ilıq suyla durulaya bilərsiniz. Bal; içində oldurduğu maddələr sayəsində mikrobları öldürər, yəni sızanaqları yox edər, qara nöqtələri təmizləyər və dərinizin özünü yeniləməsinə kömək edər. Quru dəriyə sahibsinizsə, balın içinə bir miqdar zeytunyağı əlavə edib qarışdırın və dərinizə tətbiq edin. Zeytunyağı; dərinizi bəsləyərkən nəmləndirər.

Dəriyə Qulluq

6. Qatıq; hər dəri tipi üçün uyğun bir maskadır. Quru dəriyə tətbiq olunduğunda nəmləndirər, yağlı dəriyə tətbiq olunanda çox yağı yox edər. Gecə yatmamışdan əvvəl üzünüzə və boyun bölgənizə qatıq çəkərək 15 dəqiqə gözlədin, ilıq suyla yuyun.

7. Dəri maskalarından daha təsirli nəticələr əldə etmək üçün təmiz bir tülü maskanın üzərinə örtün. Dəri baxımı üçün özünüzə xüsusi bir tül ayırın, hər istifadədən sonra mütləq yuyun.

8. Yağlı dərinizi təmizləmək üçün gil maskası tətbiq edə bilərsiniz. Bütün kosmetik marketlər və təbii məhsul satan dükanlardan asan əldə edə biləcəyiniz gil maskası həm dəri, həm də bədəndəki sızanaqları yaxşılaşdırmaq üçün təsirli bir üsuldur.

9. Həssas dərilərdə baxımdan sonra qızartılar meydana gələ bilər. Qızartıları yaxşılaşdırmaq üçün bir paket yaşıl çay ya da çobanyastığı çayını dəmləyin. İlıq olduqdan sonra çay paketini üzünüzdə gəzdirin.

10. Soyuq havalarda dodaqlarda çat ola bilər. Ən asan müalicə üsulu olaraq bal və şəkər tozu qarışığını istifadə etməkdir. Bir miqdar bal və şəkər tozunu kiçik bir qabda qarışdırın. Barmaqlarınızın uclarıyla çox basmadan qarışığı dodaqlarınıza tətbiq edin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

21 Avqust 2012 18:48

hec bir maskada istifade etmirem.......
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

sweet doll

11 İyul 2011 17:58

hmm maraqli meslehetlerdi..ama men sifetime o qeder krem maska cekmirem,cunki menim derim de hessasdi ancaq gundelik sakitlesdirici losyon...twkler sexymix

DReaM

11 İyul 2011 16:52

belə şeylər maraqlı gəlir,oxuyuram tez-tez amma özümə gləlif çatanda nəsə çəkinirəm dəri çox həssasdı,hər şey toxunur,mənimçün ən gözəli sadəcə təmiz saxlamaqdır)))

elena

11 İyul 2011 16:47

Bu maskani allergiyasi olanlar etmese yaxwi olar:
5. Dəri baxımı üçün maska etməyə vaxtınız yoxdursa, yalnız bal çəkib 15 dəqiqə

Bezen bu yazilanlarin effecti olmur cunki cox vaxt problem daxili olur.Kokunu kesmek lazimdir.

mesi_16

11 İyul 2011 16:06

Derime xususi qulluq elemirem.Hec ehtiyac yoxduda tongue

FLOR

11 İyul 2011 15:32

1. Fəsilllər dəyişəndə dəriniz quruyub, tökülə bilər. Dərinizə ipək kimi bir görünüş qazandırmaq və ölü hüceyrələrdən təmizləmək üçün kisə köməyiylə yüngülcə masaj edin. Dərinizi zədələməmək üçün kisəni çox basmayı, göz ətrafına dəydirməməyə diqqət edin.

her bir canli kimi insaninda derisi zamanla deyisir ,, canlilarda bu goze carpir insanda ise gorunmeden , goze carpmadan deyisiklik gedir ... maskalara qalsa ise bu gune qeder istifade etmemisem duzu iyreniremde ne maska ne krem hec birini yaxina buraxa bilmirem

Aidan

11 İyul 2011 12:28

"BaL-qatıq" - vaxd oLanda bəkə eLədim)
--------------------
Dream it.
Wish it.
Do it.

D-e-V-i-L

11 İyul 2011 12:18

Sitat: Mr_RoCCo
p.s:2-ci şəkildəki qızın gözəl gözləri var

Britney Spears

11 İyul 2011 11:58

Sitat: Mr_RoCCo
2-ci şəkildəki qızın gözəl gözləri var


Natalia Vodyanovadı..

Mr_RoCCo

11 İyul 2011 11:36

p.s:2-ci şəkildəki qızın gözəl gözləri var feel
--------------------
FaceBook
Instagram - ageelvevo

ReaDStaR

11 İyul 2011 11:19

Men oz derime laziminca qulluq edirem tebi yolla...!!!tewekkurler..!!!

Dandoline

11 İyul 2011 10:04

Bir dəfə sifətimə smetan çəkmişdim..Onu yuyanda o qədər öyüdüm ki, dedim day bir də sifətimə qida maddələri sürtmərəm..Odu budu, üzümü yalnız gündəlik skrabla yuyuram..