Loading...
Gözəllik üçün yaşıl bitkilərdən kömək alın!

Gözəllik üçün yaşıl bitkilərdən kömək alın!

Loading...
Gözəllik üçün yaşıl bitkilərdən kömək alın!

Gözəllik üçün yaşıl bitkilərdən kömək alın!

İndiki vaxtda bir çox qadın, dəri baxımı üçün təbii yolları seçir. Kosmetika da qadınlara sonsuz gənclik və gözəlliyi vəd edərkən, təbiətin möcüzələrinə müraciət edir.

Alma maskası:

Sulu almaların bacarıqları arasında qırışları aradan qaldırmaq da var.
Yaşıl bir almanı soyun və qabıqsız qismini təmizlənmiş dərinizin üzərinə qoyun.
10 dəqiqə sonra soyuq suyla üzünüzü durulayın.
Almanın içindəki bitki mənşəli maddələr, hüceyrələrə böyük miqdarda nəmlik verər.
Dərinin içəridən şişməsini və düzləşməsini təmin edər. Bu müalicəni istədiyiniz vaxtlarda üzünüzə tətbiq edə bilərsiniz.

Yaşıl Çay:

Gözlərinizə baxım etmək üçün istifadə edə bilərsiniz. İçində bol miqdarda E vitamini olan yaşıl çay, çox yaxşı bir dəri balzamıdır.
E vitamini, hüceyrələrin quruluşunu pozan sərbəst radikalları təsirsiz hala gətirir.
Bu da dərini qocalmağın təsirlərinə qarşı qoruyur.
Yaşıl çay, içində olan təbii maddələr sayəsində, göz qapaqlarındaki şişlərin, göz torbalarının enməsini təmin edir.

2 fincan yaşıl çay paketini, bir fincana və ya kiçik bir qaba qoyun. Üzərinə isti su tökün.
5 dəqiqə dəmləyin. Sonra yüngülcə sıxın. Bu iki paketi, 10 dəqiqə boyunca gözlərinizin üstündə gözlədin.

Cəfəri:

Gözəlliyiniz üçün son dərəcə faydalıdır. Bu otun içində, yüksək dozada pro-vitamin A var.
Provitamin A, bədənin kimyəvi əməliyyatlarını aktiv edərək, dərinin hüceyrə yenilənməsini sürətləndirər.
Həmçinin dərinin maye tuta bilmək xüsusiyyətini də gücləndirər. Nəticədə, möhkəm və düz bir dəriniz olar.

Həftədə bir dəfə, yarım fincan cəfərini xırda doğrayın. 2 yemək qaşığı pendir və 1 yemək qaşığı krem ilə qarışdırın.
Bu qarışığı üzünüzə sürtün və 20 dəqiqə gözlədin. İlıq suyla durulayın. Pendirin içindəki zülal, eyni zamanda hüceyrələri gücləndirəcək.

Kəklikotu:

İçində olan uçucu yağlaar, dezenfektan xüsusiyyətinə malikdir. Sızanaqlara qarşı da istifadə edilər.
Kəklikotlu bir buxar duşu üçün, 2 yemək qaşığı quru və ya təzə kəkliyotunu bir qaba qoyun.
Üzərinə qaynar su tökün. Üzünüzü ləyənin üstünə tutun və böyük bir dəsmalla buxarın qaçmağını saxlamaq üçün, başınızı bağlayın. Gözlərinizi bağlayın və 10 dəqiqə belə qalın. Buxardan ötəri məsamələr açılacaq və dəriyə daha çox nüfuz edəcək.

Həmişə Gözəllikdə!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

18 May 2013 20:28

Ne qeder maskalar etmişem özüme,bele xeyrin zad görmemişem.

Gunay_oxatan

6 İyun 2011 00:42

eh ay Britney baji meslehete gore sagol ama qorxuram vapwe sir-sifetin yawil olsun. fuu kim alar sora meni??? sexymix

Aidan

6 İyun 2011 00:26

Maska eLəməy zad mənniy deiL ama bitki çayLarı içirəm =)
--------------------
Dream it.
Wish it.
Do it.

Nilay

5 İyun 2011 20:54

bilirdim,yene de tesekkurler winked

D-e-V-i-L

5 İyun 2011 17:40

Sitat: Rufat
Facebookda belə bir status görmüşdüm: "Bütün gün üzlərinə maska sürtüb çəkən qızlar, Allahın vermədiyi gözəlliyi xiyardan istəməyin:)"

Duzdu good

FLOR

5 İyun 2011 15:25

ay da heyatda elemerem bu maskalari zadi ne varsa odu , sukur ki ne qeder eybecer olsamda deri terefden bextim getirib ))))))

pitbull1998

5 İyun 2011 12:27

faydali meslehete gore twk
--------------------

Səni Sevirəm

Mr_RoCCo

5 İyun 2011 11:36

Sitat: Rufat
"Bütün gün üzlərinə maska sürtüb çəkən qızlar, Allahın vermədiyi gözəlliyi xiyardan istəməyin:)"

lol
--------------------
FaceBook
Instagram - ageelvevo

_sabishka_

5 İyun 2011 10:55

tesekkurler maraqli ve faydali xebere gore

Rufat

5 İyun 2011 10:53

Facebookda belə bir status görmüşdüm: "Bütün gün üzlərinə maska sürtüb çəkən qızlar, Allahın vermədiyi gözəlliyi xiyardan istəməyin:)"
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...