Fon yüklənir...
Загрузка...

Gözəlliyin Sirri Zeytundadır...

Загрузка...
Gözəlliyin Sirri Zeytundadır...


Gözəlliyin Sirri Zeytundadır...

Xüsusilə nahar süfrələrinin vaz keçilməzidir zeytun. Bir çox salata ləzzət verən zeytun və zeytun yağının gözəlliyimiz üçün nə cür əhəmiyyətli olduğunu bilirdinizmi? Budur sizə zeytundan gələn gözəlllik və zeytun möcüzələri...
Aralıq dənizi bölgəsində yaşayan qadınların dəriləri niyə tərtəmiz və gözəldir heç maraqlandınız mı? Üstəlik çox daha uzun yaşayırlar. Onların bu xüsusiyyətlərinin tək bir sirri var: zeytun! Antik çağlardan günümüzə sağlamlıq və gözəllik qaynağı olan zeytun, indi də kosmetik sektoru tərəfindən kəşf edildi. Sağlamlıqdan sonra gözəllik sahəsində də möcüzələr yaradan zeytunyağından evinizdə hazırlayacağınız maskalarla faydalana bilərsiniz.

Bədən Maskası
Əvvəl vəsaitlərinizi hazırlayın: 1 xörək qaşığı dəniz duzu, 3 xörək qaşığı zeytunyağı və püre halında qıyılmış bir miqdar cəfəri. Bütün vəsaitləri bir kasa içərisində qarışdırın. Daha sonra təmiz dəriniz üzərinə sürüb 20 dəqiqə qədər gözlədin. Dərinizi ovalamadan yuyun. Ayda bir dəfə edəcəyiniz bu maska sayəsində dəriniz yumşaq olar.

İşıltılı Saçlar
Boyadan və refleden köhnələn saçlar üçün zeytunyağından faydalana bilərsiniz. Yenidən işıltıyla parlayan saçlara sahib olmaq üçün bir xörək qaşığı badam yağı, bir xörək qaşığı zeytunyağı və bir yumurta sarısını qarışdıraraq saçınıza sürtün. Yarım saat gözlətdikdən sonra saçınızı yuyun. İki həftədə bir saçınıza bu baxımı tətbiq edə bilərsiniz.

Baxımlı Dırnaqlar
Asanca qırılan dırnaqlar üçün möcüzə bir baxım: 1 qaşıq zeytunyağına bir neçə damla limon əlavə edib yüngül qızdırın. Daha sonra dırnaqlarınızı bu qarışığın içərisində 5 dəqiqə gözlədin. Dırnaqlarınızın güc qazandığını görəcəksiniz.

Gözəlliyin Sirri Zeytundadır...


Dəriniz Yenilənsin
Dərini ölü hüceyrələrdən təmizləmək üçün fərqli markalarda peeling məhsulları satılır. Amma siz bu təsiri evinizdə hazırlayacağınız bir qarışıqla əldə edə bilərsiniz. Bir miqdar zeytunyağını bir miqdar toz şəkərlə qarışdırın. Daha sonra bədəninizə eynilə peeling edər kimi yüngülcə basdıraraq dairəvi hərəkətlərlə tətbiq edin. Duruladıqdan sonra təptəzə yumşaq bir bədənə sahib olun !

Kəpəkləri də Yox edər
Zeytunyağının möcüzələri kəpəklər üzərində də təsirlidir. Tez-tez kəpək problemi yaşayırsınızsa, bir pambıq üzərinə zeytunyağı töküb saç dərinizə sürün, yüngülcə masaj edin. Yarım saat sonra saçlarınızı yuyun.

Canlandırıcı Duş
İsti su dolu bir ləyənə 15 ml. zeytunyağı, 4 ml. efir yağı, bir neçə damla nanə yağı və 2 litr tam yağlı süd qatın. 15 dəqiqə boyunca vannada dinlənin. Duşdan sonra həm ruhunuz həm də dəriniz canlanacaq.

Yumşaq Dirsəklər
Dirsəklər zamanla sərtləşər. Bu vəziyyətdən xilas olmaq üçün zeytunyağı baxımını tətbiq edə bilərsiniz. Yarım çay stəkanı zeytunyağı ilə yarım çay stəkanı alma sirkəsini qarışdırın. Bu qarışığa dirsəklərinizi soxub 15 dəqiqə gözlədin. Dirsəklərinizdə sərtlikdən əsər qalmayacaq.

Ayaqlarınızı Unutmayın
250 ml. tam yağlı süd və 50 ml. zeytunyağından ibarət olan xüsusi bir duş suyuna ayaqlarınızı soxub 10 dəqiqə gözlədin. Ayaqlarınızı duruladıqdan sonra dabanlarınızın yumşaldığını görəcəksiniz.
Zeytunun bu qədər faydalı olduğunu bilirdinizmi?
Загрузка...

ŞƏRHLƏR

Milashka_SL

25 Dekabr 2014 13:51

zeytn yagindan tez tez istifade edirem.
--------------------

Nina Guney

21 Avqust 2012 18:35

Görəsən niyə bütün faydalı şeylər iyrənc olur???????
ne ne
maraqlidi goresen niye ele olur ???????
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Dj_SaKiNa

11 İyul 2012 19:02

sag ol zeytun malades furious ay

l2a1000

31 Oktyabr 2010 18:41

Sitat: Rain-Cool
Səndə gözəl olmaq istəyirsən???

Yoo mən öz adımdan yazmamışamki yəni müəllifə təşəkkür əlaməti olaraq)

misslove-n

8 Oktyabr 2010 16:55

yawil zeytunu xowlayiram,kopyaladim,tewekkurler

MR.QARRI

6 Oktyabr 2010 12:23

arada bir istifadə edirəm

Faya

6 Oktyabr 2010 10:33

Zeytunu çox sevirem, ama duzu az olsun daa)))
Zeytunun bu qədər faydalı olduğunu bilirdinizmi?
Bilirdim, təşəkkürlər
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Dandoline

6 Oktyabr 2010 09:57

Görəsən niyə bütün faydalı şeylər iyrənc olur ?! Hə, bildim..Mən istifadə edə bilməyim deyə..

Special

6 Oktyabr 2010 09:48

xoşlayıram və istifadə edirəm

http://www.joy.az/lady/13567-zeytun-yaginin-faydasi.html

demək olar ki, eynidir bəzi əlavələr var

FLOR

6 Oktyabr 2010 02:53

zeytunu xoslayiram amma yagini yoooo

Mamedovich

5 Oktyabr 2010 22:27

Xosum gelmir

LARACROFT

5 Oktyabr 2010 22:13

Tez-tez olmasa da hərədn yeyirəm.Xoşuma da gəlir.Xeyirlərini də bilirdim.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Fedor Emelianenko

5 Oktyabr 2010 21:36

Sitat: OnLy_YoU

Maraqlı məsləhətə görə təşəkürlər)

Səndə gözəl olmaq istəyirsən???

l2a1000

5 Oktyabr 2010 21:18

Maraqlı məsləhətə görə təşəkürlər)

NellY

5 Oktyabr 2010 21:07

olem zeytuncun))
loading...
Загрузка...